"Harda görsəm elə acığa öpəcəm"
BiG.AZ gecce.az-a istinadən xəbər verir ki, mövqe.az-ın suallarını müğənni Mətanət Əsədova cavablandırıb:
- Son zamanlar başımız qalmaqallardan açılmır...
- Qalmqal deməzdim... Bu sadəcə hüzur idi. Bunu da qloballaşdırdılar.
- Bir sənətçi olaraq adınızın bu qədər qalmaqallarda səslənməsi sizə necə təsir edir ?
- Bilirsinizmi, biz müğənniyik. Sənət adamının adının qalmaqallarda, yaxşı və pis mənada səslənməsidə normal bir haldır. Müğənni var müğənini xoşlamır, jurnalist var müğənini xoşlamır və yaxud da elə müğənni var ki, jurnalistdən xoşu gəlmir. Hər kəs bir-birinə tərif yağdıra bilməz ki… Jurnalist müğənini necə görür elə də onu öz sözləri ilə ifadə edir. Mən ona heçnə deyə bilmərəm Allah köməyi olsun.
- Bu yaxınlarda canlı yayımda olan emosional çıxışınız yaman səs-küy yaratdı...
- Bilirsiniz olmayan şeyləri danışıb, yazmışdılar. Mən dedim ki, bir də ailəm haqda nəsə yazsalar başlarna oyun açacağam. Yenə də sözümün üstündə dururam. Axı onlar kimdir ki, mənim ailəm haqqında yazsınlar, şəxsi işimə qarışsınlar. Sən mənim özümdən danış, səsimdən danış bir söhbət elə mənlə, yaradıcılığım barədə sual ver. Soruş gör ki, niyə heç nə etmirəm, bu boyda səs batıb, gedir.
- Niyə bir şey eləmirsiniz? Niyə bu səs batır ?
- Mətanət Əsədova 1997-1998-ci illərdən efirdədi. Gündəm xəstəsi deyil ki, nələrsə etsin. Əzəl gündəndə sevilib. Onun bu əsrarəngiz, bənzərsiz səsi indiyə kimi də sevilir.
- Şou biznesdə özünüzə rəqib kimisə görürsünüz?
- Rəqibim yoxdu. Nə səsimə, nə də ki, özümə rəqib görmürəm. Gərək bir adam utansın, desin ki, mən Mətanətə rəqibəm. Bəlkə də var mən rəqib görmürəm. Oxuya bilən, səsi olan müğənni ilə meydana çıxaram lap yeri gəlsə səhərə kimi də oxuyaram.
- Bacınızın oğurluq üstündə həbsxanaya düşməsi xəbəri yayıldı. Nə əcəb siz ona kömək etmirdiniz?
- Dünya aləmi mən dolandırıram. O, sözü sizdən başqa kim deyirsə başnı gəlib çırpır sizin ayaqlarnızın altına, qələt edir! (əsəbləşir – red) Orada pul söhbəti olmayıb! Mətanətin ailəyə, bacıya, qardaşa, nəsilə qarşı qeyrətinın yarım faizi o sözü deyənin nəslinin başında yoxdur. Həyatı boyu Mətanət kimi nə ana sevə bilərlər, nə qardaş, nə də ki, bacı qayğısına qala bilərlər. Onlar heç mənim kimi dərin düşüncəli insan ola bilməzlər.
- Həyatda insana ən yaxın ana bacıdır. Mətanət xanım ard-arda onların hər ikisini itirdi. Ancaq yenə səhnədə, efirlərdə sizi görürük. Stimulu hardan və ya kimdən alırsınız?
- Allahın yaratdığı Allaha qayıtmalıdır. Məndə bir gün çıxıb gedəcəm. Hərənin öz vaxtı var. Müqavilə bağlamamışam ki… Qarğa da deyiləm 300 il yaşayım. Bəli onların ölümü mənə acı təsir edir. Daş deyiləm, dəmbə deyiləm. Ölənlə ölmək olmur. Yana-yana dözürəm.
- Bacınıza neçə gün yas tutdunuz?
- Bacıma lap yaxşı yas da tutdum, qırx da verdim. Deyirlər qırx çıxmamış şənlikdə iştirak etdim yalandı. Elçin mənim ailəvi dostumdu, canımdı, ciyərimdi. Yeri gəlsə onların nəsli canıma and içər, məni çox istəyirlər . Belə yas kiminsə başına gəlsə onlar eybiyox bir il gözləyərlər. Ya da ki, ömür boyu yas tutarlar.
- Belə görünür emosional xanımsız bu sizə nə dərəcədə maneə olur?
- İncəsənətə gəlməyənə qədər emosional deyildim sadəcə insanı məcbur edirlər. Balaca körpəni belə qıcıqlandırsan gör nələr edər.
- Birinci nikahınız alınmayıb, ikinci dəfə ailə həyatı qurmanız barədə açıqlama vermişdiniz, ancaq deyəsən toy gecikir...
- Bu mənim şəxsi həyatımdı açıqlama vermək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, Mətanət üçün ölənlər çoxdu .
- Həyatınızda ən acı həqiqət hansıdı?
- Düz olmağım, insan olmağım, sadə olmağım...
- Nəyin peşmançılığnı hələ də çəkirsiniz?
- Düzgünlüyümün, düz danışmağımın. Dəyişə bilmirəm. İnsan sadə olmalıdır.
- Toya neçiyə gedirsiniz?
- Bakının içərisində yarım saatı 2 minə, bir saatı 3 minə, ansamblla 8 minə… Rayonlarda isə məsafədən aslı olaraq qiymət dəyişir.
- Həyatınızda çatışmayan nə var ?
- Bu günə kimi Allah mənə hər şeyi verib bundan sonrada nə istəyirəm verir. İsədiyimi qəbul edirəm, istəmədiyimi qəbul etmirəm. Dəbdə olan hər şeyi geyinirəm, aftomobilimi 5-6 aydan bir dəyişirəm. Yeməyin yaxşısını yeyirəm. Geyimin yaxşısını geyirəm. Arzuladığım, istədiyim başqa heçnə yoxdu. Allaha bunları verdiyi üçün şükür edirəm.
- Nadir Qafarzadə ilə dodaq–dodağa öpüşən yerdə şəkliniz yayıldı. Sevgi münasibətləri olub aranızda?
- Nadir də, mənim canımdı, ciyərimdi. Harda görsəm elə acığa dodağından öpəcəm. Deyər verdiyim sənət yoldaşımdır. Gözəl ürəyinin vurğunuyam. O da, mənim səsimin vurğunudur. Harda görüşsək, öpüşürük.
- Plastik əməliyyata münasibətiniz necədir?
- Normal. Burnumu elətdirmişəm yaxşı alınmayıb bir də elətdirəcəm. Başqa yerlərmi də əməliyyat elətdirmək fikrim var.
- Mətanət Əsədovanın içkiyə münasibətiti necədir? Bu yaxınlarda sərxoş olduğunuz barədə silsilə xəbərlər yazıldı...
- Mən sərxoş deyildim, o bir şou idi, əlimdəki də sok idi. İçkidən istifadə etmirəm, etsəm ortalığda edəcəm hamın gözü qarşısında mənim gizlində işim yoxdur.
- Mətanət xanım bu gün gündəmə gəlmək üçün nə edir?
Heçnə etmirəm. Mətanətin gündəmdə qalmaq üçün dünya boyda səsi var. Ümumiyyətlə gündəmi fikirləşmirəm, çağrılan yerə gedirəm, çağrılmayan yerə getmirəm, oturub baxıram.
- Özünüzü şou–biznesdə görürsünüzmü?
- Hamı oxuyur. Hamı müğənnidır. Oxuyuruqsa demək şou-biznesdəyik. O, deyir şou-biznesdəyəm, bu deyir şou-biznesdə deyiləm…Mən bunları başa düşmürəm. Efir elə şoudur da, başqa nədir ki?
- Bura gələndə tək gəldiniz. Bəs deyirlər mühafizəçiləriniz var. Özüdə nə az, nə çox 5 nəfər...
- Yox yalan söhbətdir. Heç vaxt mühafizəçim olmayıb. Tədbirlərin birində yanımda bacım oğlu olub elə biliblər mühafizəçimdir. Nə deyim vallah, Allah ağıl versin.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









