Müdrik Loğmanın oğluna nəsihəti

Müdrik Loğmanın oğluna nəsihətiMənbə: http://zikr.az

Deyilənə görə Loğman əməlisaleh həbəşi bir kölə olmuşdur. Uca Allah ona dində böyük fəhm və dərin hikmət bəxş etmişdir. Bir gün ondan soruşdular: "Sənin hikmətin nədədir?" O dedi: "Mənə kifayət edəndən əlavə bir şey istəmirəm və mənə aid olmayan şeyləri özümə yük etmirəm." Uca Allah bizə Qurani Kərimdə Loğmanın oğluna etdiyi əvəzolunmaz nəsihəti barəsində xəbər verərək buyurur:
"Biz Loğmana hikmət verdik: "Allaha şükür et! Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, bilsin ki, Allah onun şükrünə möhtac deyildir, Tərifəlayiqdir".
Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: "Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!"
Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.
Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.
Loğman dedi: "Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır.
Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, əzm tələb edən əməllərdəndir.
İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir.
Yerişində həddi gözlə, danışanda səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir" (Loğman, 12-19)
Həmçinin, onun hikmətinə dair belə rəvayət olunur:
"Loğman dülgərlik edən, zənci bir kölə idi. Bir gün ağası ona buyurdu: "Mənə bir qoyun kəs!" O da kəsdi. Sonra ağası dedi: "Qoyunun ən gözəl iki əzasını mənə gətir." Loğman ona qoyunun dilini və ürəyini gətirdi. Ağası dedi: "Qoyunun bu iki əzasından daha gözəl əzaları yoxdur?" O: "Xeyr" – deyib bir qədər susdu. Ağası dedi: "Mənə daha bir qoyun kəs!" O da kəsdi. Ağası dedi: "Qoyunun ən çirkin iki əzasını tulla!" O da qoyunun dilini və ürəyini tulladı. Ağası dedi: "Sənə dedim ki, qoyunun ən gözəl iki əzasını gətir, sən də dilini və ürəyini gətirdin. Sonra dedim ki, onun ən çirkin iki əzasını tulla, sən də onun dilini və ürəyini tulladın." Loğman dedi: "Bu iki əza gözəl olduqda, onlardan daha gözəl heç bir şey olmur. Bu iki əza çirkin olduqda isə, onlardan daha çirkin heç nə olmur."
Loğmanın oğluna etdiyi nəsihətləri barəsində isə aşağıdakılar rəvayət olunur:
Loğman oğluna nəsihət edərək belə demişdir: "Oğlum, tövbəni təxirə salma! Çünki, ölüm qəflətən gəlir."
"Oğlum! Dirsəklərindən yuxarısına qədər qana bulanmış adam səni təəccübləndirməsin. Çünki, onun üçün Allah dərgahında elə bir qatili vardır ki, o heç vaxt ölməyərək əzab çəkəcəkdir."
"Oğlum! Çox doyduqdan sonra yemə, çünki onu köpəyə verməyin sənin üçün bundan daha xeyirlidir".
"Oğlum! Heç vaxt susduğuma görə peşman olmadım. Əgər danışmaq gümüşdürsə, susmaq qızıldır."


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 6028   Tarix: 05 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175