Bakının bu kafesində qorxulu faktlar aşkarlandı - FOTO

Bakının bu kafesində qorxulu faktlar aşkarlandı - FOTOBinəqədi rayonunda yerləşən "Kaspi" kafesində standartların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

Binəqədi rayonunda yerləşən "Kaspi" kafesində standartların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib ki, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk küçəsi, ev 64 ünvanında yerləşən, fiziki şəxs Qələndərov Abdulla Zahid oğluna məxsus "Kaspi" kafesində dövlət nəzarəti tədbirləri aparılıb.

Araşdırmalar zamanı müəyyən olunub ki, müəssisədə natəmizlik hökm sürür, zibil yeşikləri açıq şəkildə mətbəxdə saxlanılır, soyuducuda ət qiyməsi, göyərti və digər məhsullar açıq şəkildə bir-birinin üzərinə qoyulmaqla saxlanılır. Həmçinin yeməklər texnoloji təlimat və reseptura olmadan alüminium qazanlarda hazırlanır və bir gün sonra müştərilərə təklif olunur. Bundan başqa istifadə olunan ətin, toyuğun, hind toyuğunun, donuz ətinin baytarlıq şəhadətnamələri, ərzaq məhsullarının və içkilərin uyğunluq sertifikatları yoxlamaya təqdim edilməyib. Həmçinin kafedə menyunun olmadığı, mətbəxdə çalışan aşbazın təhsilini təsdiq edən sənədin olmadığı, aşbazın müvafiq geyimlə təmin olunmadığı aşkar edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı mal və qoyun əti qarışığından hazırlanmış qiymədən nümunə götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasına təqdim edilib. Mənşəyi məlum olmayan hər biri 3 kq olmaqla 2 balon qatıq, 4 balon qırmızı pomidor turşusu, 2 balon alça turşusu, hər biri 200 qram olan 14 stəkan qatıq aktlaşdırılaraq satışı qadağan edilib. Dövlət Xidməti tərəfindən müəssisədə kulinariya məmulatlarının hazırlanması və satışı qadağan edilib.

Bakının bu kafesində qorxulu faktlar aşkarlandı - FOTOBakının bu kafesində qorxulu faktlar aşkarlandı - FOTOBakının bu kafesində qorxulu faktlar aşkarlandı - FOTOBakının bu kafesində qorxulu faktlar aşkarlandı - FOTOBakının bu kafesində qorxulu faktlar aşkarlandı - FOTOBakının bu kafesində qorxulu faktlar aşkarlandı - FOTOBakının bu kafesində qorxulu faktlar aşkarlandı - FOTOBakının bu kafesində qorxulu faktlar aşkarlandı - FOTOBakının bu kafesində qorxulu faktlar aşkarlandı - FOTO


BiG.Az
Telegramda izləyin
Foto   Baxılıb: 8341   Tarix: 04 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az
.

TOP MP3