Qəbul imtahanlarının vaxtı açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən "Rezidentura" jurnalının 1-ci sayı nəşr olunub. Bu barədə xəzərxəbər-ə Komissiyadan məlumat verilib.
Jurnalda rezidenturaya qəbul qaydaları və baza fənləri üzrə qəbul proqramları verilib.
Qaydalara əsasən, qəbul imtahanı ötən illərdə olduğu kimi, yenə də iki mərhələdə test üsulu ilə keçiriləcək. Ancaq cari ildən etibarən rezidenturaya qəbul imtahanının birinci mərhələsi mart ayının sonunda, ikinci mərhələsi isə iyul ayının sonunda keçiriləcək.
İmtahanın birinci mərhələsində namizədlərin baza fənləri üzrə bilikləri, ikinci mərhələsində isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə iki mərhələ üzrə ümumilikdə 200 test tapşırığı təqdim ediləcək. Bunlardan 100-ü baza fənlərinə, 100-ü isə ixtisas fənlərinə aid olacaq. Hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərməyəcək. İmtahanın birinci mərhələsindəki nəticələri TQDK-nın müəyyən etdiyi tələbləri ödəyən namizədlər ikinci mərhələyə buraxılacaqlar. İxtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan edildikdən sonra aparılacaq.
Namizədlərin nəzərinə çatdırırıq ki, ötən ildə olduğu kimi, bu il də rezidenturaya qəbul imtahanının test bloklarına açıq tipli test tapşırıqları da daxil ediləcək.
Qeyd edək ki, rezidenturaya qəbul elanı, ixtisas fənləri üzrə qəbul proqramları, ərizə verən namizəd üçün təlimat, elektron ərizənin doldurulma qaydası, qəbul aparılan ixtisaslar və plan yerləri haqqında məlumatlar jurnalın növbəti saylarında dərc olunacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2093 Tarix: 30 yanvar 2014
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan "OpenAI" ilə suveren süni intellekt infrastrukturunun yaradılmasını müzakirə edib
Azərbaycan "OpenAI" şirkəti ilə suveren süni intellekt infrastrukturunun yaradılmasını müzakirə edib. "Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib. Müzakirələr R.Nəbiyevin ABŞ-yə səfəri çərçivəsind
13.12.2025 134 TƏCİLİ: Bu, baş versə pensiya yaşı 60-a endiriləcək
Azərbaycanda cəmiyyəti narahat edən əsas sosial məsələlərdən biri də pensiya yaşının ilbəil artmasıdır. Maraqlıdır, pensiya yaşı yenidən artırıla bilərmi?. Mövzu ilə bağlı -a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, pensiya yaşının artırılması prosesi yeni deyil və buna 2017-ci ildə qanunvericiliy
00:13 141 Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək
Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri
13.12.2025 108 Almaniyada polis milad yarmarkasından təxminən 120 nəfəri təxliyə edib
Polis Almaniyanın Duderştatd şəhərində milad yarmarkasından təxminən 120 nəfəri potensial təhlükə səbəbindən təxliyə edib. "Report"un məlumatına görə, bu barədə Bild qəzeti yazır. Buna səbəb kimi potensial terror təhlükəsi haqqında məlumat olub. Şahidlər gənc bir oğlanın odlu silahla gördüklərin
13.12.2025 124 ABŞ-nin xüsusi elçisi: Lukaşenko ilə münasibətlərimizin nizamlanmasını müzakirə etdik
Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə iki ölkə arasında münasibətlərin nizamlanması məsələlərini müzakirə etdik. "Report" Belarus KİV-inə istinadən xəbər verir ki, bu barədə Con Koul görüşlərin yekunları ilə bağlı məlumat verərkən verib. Onun sözlərinə görə, A.Lukaşenko ilə danışıqla
13.12.2025 124 Gəncədə qadın itkin düşdü
Gəncədə 38 yaşlı qadın itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, şəhər sakini Verdiyeva Samirə Murad qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. S. Verdiyevanın əlamətləri: boyu 157 sm, dolu bədən quruluşlu, saçları qara, gözlərinin rəngi qəhvəyidir. Şəkildə gördüyünüz şəxsi tanıyanlarda
13.12.2025 221 Gizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü
Sosial şəbəkələrdə gizli kameraların, GPS-lərin reklamı və satışı geniş yayılıb. Belə ki, vint, maşın açarı, qələm və s. şəklində mikrokameralar ucuz qiymətə təklif olunur. Bu cür satış təklif edənlər həm də kiberdələduzluqla məşğul olurlar. Baku TV-nin əməkdaşı "TikTok"da ucuz gizli kamer
13.12.2025 155 Azərbaycanda gəlin qayınanası və baldızını qaynar çayla YANDIRDI
Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib. BİG.AZ -a istinadla xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib
13.12.2025 188 Gecə klubundakı partlayışa görə məhkum edilən menecer - Azad olundu
3 il əvvəl Bakıda 4 nəfərin ölümü ilə nəticələnən "Location" klubdakı partlayışla bağlı məhkum edilən Orxan Səfərli vaxtından əvvəl azad edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə məhkumun ərizəsini təmin edib. O.Səfərlinin cəzasının qalan hissəsi şərti hesa
13.12.2025 152