Deputat: Ərazilərimiz işğaldan azad ediləcək

Deputat: Ərazilərimiz işğaldan azad ediləcək

"Artıq düşmənə həlledici zərbə vurub, onu birdəfəlik susdurmağın vaxtı çatıb".

Deputat: Ərazilərimiz işğaldan azad ediləcək

Ərazilərimizi işğaldan azad etmək üçün əməli fəaliyyətə keçməyin vaxtıdır.

BiG Az,oxu.az -istinadən xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin həmtəsisçisi, deputat Elman Məmmədov bildirib.

E.Məmmədov deyib ki, Azərbaycanın əbədi olaraq təmas xəttində gözləmə mövqeyində dayanmaq fikri yoxdur:

"Torpaqlarımız havadarlarının köməkliyi ilə Ermənistan tərəfindən işğal olunub. Lakin Azərbaycanı müəyyən təxribatlara çəkmək istəyən qüvvələr də var. Azərbaycan ordusu bütün o təxribatların qarşısını alır. Artıq təkcə təxribatların qarşısını almaq yox, eyni zamanda düşmənə həlledici zərbə vurub, onu birdəfəlik susdurmağın vaxtı çatıb".

Aparılan danışıqların nəticəsiz qaldığını deyən E.Məmmədov qeyd edib ki, Ermənistan tutduğu mövqeyi ilə Azərbaycanı müharibəyə sürükləyir:

"Buna bizi yalnız Ermənistan deyil, eyni zamanda ATƏT-in Minsk qrupu həmsədr ölkələri də vadar edir. Çünki hazırda ATƏT problemin həlli ilə deyil, münaqişənin ləngidilməsi ilə məşğuldur. Onlar öz maraqları çərçivəsində bu problemin uzun müddət davam etməsini istəyirlər".

Deputat bildirib ki, qeyd etdiyi qurum və ona üzv ölkələr Azərbaycanın iradəsinin tükənəcəyi günü gözləyirlər:

"Düşünürlər ki, Azərbaycan bu vəziyyətlə razılaşacaq və münaqişə ermənilərin xeyrinə həll ediləcək. Ancaq yanılırlar. Hərbi əməliyyatlar başlayarsa, Azərbaycan Ordusu qısa zamanda öz sözünü deyəcək və ərazilərimiz işğaldan azad ediləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2356   Tarix: 24 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

01.05.2024 374
.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

01.05.2024 2888
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 274
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 169
.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

01.05.2024 672
.

"Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir"

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə

01.05.2024 161
.

Səkinə təcili əməliyyat edilməlidir

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

01.05.2024 1343
.

Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə iştirak edir - YENİLƏNİR + CANLI YAYIM

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edir. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı

01.05.2024 214
.

Azərbaycanlı müğənni evində ölü tapıldı

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib. OLAY-ın əldə etdiyi məlumata görə, o, yaşadığı Kürdəxanı kəndində evində dünyasını dəyişib. Sənətçi 27 apreldə qonşuları tərəfindən dəfn edilib. Müğənni uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirmiş. Qeyd edək ki, Züleyxa Rəhimi 1937-c

01.05.2024 1380