Mən mütləq sədəqə verəcəyəm

Mən mütləq sədəqə verəcəyəmMənbə: http://www.zikr.az

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Bir nəfər: "Mən müt­ləq sədəqə verəcəyəm"– dedi, sonra da (verəcəyi) sədəqəni götürüb evdən çıx­dı və özü də bilmədən onu bir oğruya verdi. Səhər açıldıqda insanlar: "Oğ­ru­ya sədəqə veril­mişdir"– deyə danışmağa başladılar.
Bu adam: "Allahım, həmd Sənə məxsusdur! Mən yenə sədəqə verəcəyəm"– dedi, sonra verəcəyi sədəqəni götürüb evdən çıxdı və bilmədən onu zinakar bir qadına verdi. Səhər açıl­dıq­da insanlar: "Bu gecə zinakar qadına sədəqə verilmişdir"– deyə danışmağa baş­ladılar.
Adam: "Allahım, həmd Sənə məxsusdur! Verdiyim sədəqə zi­na­kar qadına çatdı. Mən yenə sədəqə verəcəyəm"– dedi, sonra sədə­qəni götürüb ev­dən çıxdı və bilmədən onu varlı bir adama verdi. Səhər açıldıqda insan­lar: "Varlıya sədəqə verilmişdir"– deyə danışmağa başladılar.
Adam dedi: "Alla­hım, həmd Sənə məxsusdur! Verdiyim sədəqələr oğruya, zinakara və varlıya qis­mət oldu." Bundan sonra bir nəfər onun yanına gəlib dedi: "Oğruya ver­di­yin sədəqəyə gəlincə, ola bilsin ki, o, bundan ibrət alsın və oğurluq etməkdən əl çəksin. Zinakar qadına gəldikdə isə, ola bilsin ki, o, ibrət alıb zinakarlığına son qoy­sun. O ki qaldı varlı adama, ola bilsin ki, o, bundan ibrət alsın və Alla­hın ona verdiyi nemətlərdən Onun yolunda xərcləsin." (əl-Buxari, 1421).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 6034   Tarix: 22 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516