"Məqsədə çatmaq üçün gərək iradəcə möhkəm, prinsipial olasan" - Vüsal Abdullazadə

"Məqsədə çatmaq üçün gərək iradəcə möhkəm, prinsipial olasan" - Vüsal AbdullazadəBiG.AZ Dünya çempionu Vüsal Abdullazadənin Avropa.info-ya istinad edərək müsahibəsini təqdim edir:

Vüsal Abdullazadənin çoxmübarizəli döyüş növləri və karate üzrə göstəriciləri

2011-ci il Dünya çempionatında 60 kq çəki dərəcəsində qızıl medal;

2012-ci il Avropa çempionatında 70 kq çəki dərəcəsində gümüş medal;

2013-cü il Dünya çempionatında 70 kq çəki dərəcəsində qızl medal;

2013-cü il Beynəlxalq Kempo Karate və Kobudo üzrə Avropa kubokunda gümüş
medal;
Həmçinin V. Abdullazadə 7 qat respublika çempionudur.

Xatırladaq ki, Vüsal Abdullazadə 2013 -cü il 6-8 dekabr tarixləri arasında
7-ci dəfə respublika çempionu tituluna sahib oldu.

2013-cü il üzrə ASKF tərəfindən ilin döyüşçüsü seçilib.

- 12 sentyabr 1992-ci ildə İsmayıllı rayonunun Tircan kəndində dünyaya göz açmışam. 1999-cu ildə kəndimizdəki M.Piriyev adına tam orta məktəbində birinci sinfə daxil olaraq orada təhsil almışam. Uşaqlıqda məşq etsəm də amma profesional idmanla kənddəki zalımızda ilk müəllimim B.Qəhramanovun başçılığı altında Okinava Qocyu-Ryu Karate-do və Kobudo növləri üzrə başlamışam. Yəni artıq bütün yarışlarda iştirak edə bildim.

- Ailənizdə idmançı olubmu və ya varmı?

- Bəli, qardaşımda məşğul olub. Ailədə üç övladıq. Mən, qardaşım və bacım. Mən evin ən böyük övladıyam. Qardaşım çox az məşğul olub, respublika daxili naliyyətləridə var. Hal-hazırda hərbi xidmətdədir.

- Necə oldu ki, karate idman növünə gəldin, bu həvəs səndə hardan yarandı?

- Kiçik yaşlarımda hər zaman Bryusli və digər idmançı kino ulduzlarını həvəslə izləyirdim. Hər zaman məndə onlar kimi olmaq istəyirdim. Məncə bu hər bir uşağın həyatında baş verib.

- Torpağı işğal altında olan bir gəncin hərbi xitmətə münasibəti necədi?

- Hərbi xidmət elə bir müqəddəs borcdur ki, o borcu alternativ heç nəylə əvəz etmək olmaz. İnşəallah, ali məktəbi bitirən kimi məndə hər bir gənc kimi hərbi xidmətə gedəcəm.

- Kim sevirsə, idmanı...

- Bəli, kim sevirsə idmanı, onun saf olar canı. İdman elə bir sahədir ki, hansı peşəni seçməyindən asılı olmayaraq hər kəs öz fiziki sağlamlığının qeydinə qalması naminə idmanla dost olmalıdır. İdman insanı möhkəmləndirir, insanın qadir olduğu gücünü, bacarığını, qabiliyyətini üzə çıxarır. Kim özünə hansı yolu seçirsə, o yolla da irəliyə gedə bilir. Məsələn, karate mənim seçdiyim sahədir, bütün gücümü, qüvvəmi, bacarığımı bu yolda əsirgəmirəm. İdman artıq mənim həyat tərzimə çevrilib. İldə ən azı iki dəfə beynəlxalq yarışlarda iştirak edirəm.

- Hobbiniz varmı?

- Üzgüçülük hobbimdir. Boş vaxt tapanda üzgüçülüklə məşğul oluram.

- Qalib gəlməyin şərtləri daha çox kimdən asılıdır: öyrədəndən, yoxsa öyrənəndən?

- Mənə elə gəlir ki, öyrədənin üzərinə daha böyük məsuliyyət düşür. Hər bir elm sahəsini, hər bir peşəni, o cümlədən də idmanın istənilən bir sahəsini uşaqlara sevdirmək, dərk etdirmək, mahiyyətini açmaq əsas şərtdir. Elə etmək lazımdır ki, öyrətdiyin şəxs sənin ona öyrətdiklərini sevsin, bezib qaçmasın.

- İdmançının həyat tərzi necə olmalıdı?

- Şəxsən mən vaxtımın demək olar ki, əsas hissəsini məşqlərə sərf edirəm. Hər məşqdən sonra mütləq dincəlmək, yorğunluq hissini çıxarmaq lazımdır ki, növbəti məşqə başlaya biləsən. Məşq mənim həyat tərzimdir. Boş vaxt tapanda da, təbii ki, ata-anamın, bacı-qardaşımın yanında olmaq istəyirəm. Dostalarımla görüşürük, çay içirik, söhbətləşirik.

- Məşqçinizə münasibətiniz necədi?

- Bizim fərdi məşqçilərimiz klublarda fəaliyyət göstərirlər. Bura isə Azərbaycan Peşəkar Karate-do Federasiyası Simmey-do üzrə respublika yığma komandasının məşq zalıdı. Baş məşqçim isə Sabir Süleymandır. Sabir müəllim çox təcrübəli müəllimdir. Həm də federasiyanın və təşkilatın rəhbəridir. O həm gözəl insan, həm də gözəl ustaddır. Bizlərlə bərabər çiyin-çiyinə özüdə beynəlxalq yarışlarda döyüşür. Biz ondan müsbət enerji və ruh yüksəkliyi alırıq.

- Qalib gəlməyin bir sirri varmı?

- Məşqlərlə yanaşı, psixoloji cəhətdən də idmançı özünü qalibiyyətə kökləməlidir. Hər bir idmançı qalib gəlmək, etdiyi məşqlərinin nəticəsini görmək istəyir. İstədiyin məqsədə çatmaq üçün gərək iradəcə möhkəm, prinsipial olasan.

- Karateçi üçün çəki problemi varmı?

- Bəki, idmançı hər zaman formada qalmağı bacarmalıdır. Yarışlarqabağı çəkiyə nəzarət etmək xüsusilə vacibdir. Amma ümumiyyətlə nəzarə alsaq, karate elə bir sənətdir ki, peşəkar döyüşçüyə çəki və s. keçmir. Mən, ümumiyyətlə, indiyə kimi çəki problemi ilə qarşılaşmamışam. Yeniyetmələr arasında keçirilən yarışlarda ilk dəfə 30, 35, 40, 50 kq çəki ilə, sonralar 60 kq və 65 kq çəki ilə döyüşmüşəm. Üç ilə yaxındır ki, çəkim 62-68 arası dəyişir. Onu da qeyd edim ki, heç bir xüsusi pəhrizim yoxdur, siqaretdən, alkoqoldan hər zaman uzaqda durmağı bacarıram. Çəki dərəcəsi insanın özündən çox asılıdır. Təbii ki, kim hansı çəki dərəcəsində döyüşmək istərsə, döyüşə bilər.

- Vüsal, idmanın ailə həyatı qurmağa bir maneçiliyi varmı?

- Bəzən deyirlər ki, ailə qurmaq idman karyerasına son qoymaq deməkdir. Mən bu fikirlə qətiyyən razı deyiləm. Doğrudur, mən özüm ailə qurmamışam. Ancaq zənnimcə idmançı özünə nəzarəti hər zaman diqqətində saxlaya bilirsə, onun
idman sahəsindəki göstəricilərinə istər ailənin, istərsə də övladın heç bir maneçiliyi ola bilməz.

- Qalibiyyətin dadı necədir?

- Yarışlarda qalib gələndə Azərbaycan bayrağını qaldırmaq şərəfini qazanırıq. Bilirsiniz, o anlar necə də unudulmaz anlardı?! Bu səadət iki dəfə mənə nəsib olub: 2011-ci ildə və 2013-ci ildə Ukraynada və Türkiyədə keçirilən
yarışlarda. Təsəvvür edin ki, mən hansısa xarici ölkədə Azərbaycan bayrağını qaldırıram, mənim valideynlərim, doğmalarım, həmvətənlərim ekranda bu görüntüləri seyr edib fərəhlənirlər. Çox qürurverici, xoş hisslər yaşamışam o anlarda...

- Səni Federasiyanın prezidenti, vitse-prezidenti kimi ya da nə vaxtsa siyasətdə görə bilərik? Artıq dəb halını alıb idmançılar siyasətə qoşulsun. Məsələn: Millət vəkili Vüsal Abdullazadə…

- Hər şey ola bilər. Amma düzünü deyim ki, mən sülhü çox sevirəm. Qalmaqaldan qaçıram, yəni siyasətdə olsam belə, hansı işi görsəm belə sülhlə, sakitçiliklə işimi görməyə çalışaram.

- Deyirlər Vüsal qıraqdan göründüyü kimi, səmimi deyil?

- Xeyr, düzü eşitməmişəm, əksinə, hər zaman məni tanıyanlar hər zaman müsbət fikirdədirlər. Nə qədər ki, insanı yaxından tanımırlar ona görə də belə şeylər çox deyiləcək. Məncə yaxından tanısalar o fikirdən daşınarlar.

- Bir az da keçək idmandan kənarada Vüsalı tanımağa... Bir xanıma özünü necə təqdim edərdin? Təsəvvür et ki, idmançı deyilsən?

- Bu, çox ciddi məsələdir. Məndə utancaqlıq var. Həm də deyirlər ki, qızlara qarşı kobudsan. (gülür) Həm də zaman və məkandan çox şey aslıdır. Ümumiyyətlə, bu haqda sussam yaxşıdır. (gülür)

- Tələbəlik həyatın haqda nə deyə bilərsən?

- Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıram. Tələbəlik həyatı çox gözəl bir dövrdür. Hər bir gəncə tələbə adını qazanmağı arzu edirəm.

- Vüsal, sabaha hansı arzularla gedirsən?

- Hərdən beynəlxalq yarışlarda düşmən ölkənin idmançıları ilə qarşılaşdığım vaxtdq da olub. 2011-ci ildə düşməni məğlub etmişəm.

Ümumiyyətlə, onlarda bir cəhəti müşahidə etmişəm ki, sanki bizimlə tatamiyə çıxmaqdan çəkinirlər. Özlərini bizim yanımızda elə bil ki, gözükölgəli hesab edirlər. İdmanın özü də siyasətin bir növüdür. Dünyada prezidentlərdən sıravi vətəndaşlara qədər hamı idmana maraq göstərir, beynəlxalq yarışları izləyir.

Hər hansı bir ölkənin bayrağı qalxan anda, bütün izləyicilər o ölkənin adını eşidirlər. İştirakçı ölkələrdən beynəlxalq yarışmalara gələnlərin bəzilərinin Azərbaycan haqqında təsəvvürləri olmayıb. Ancaq bayrağımız qaldırılan anlarda
bir an əvvəl barəmizdə məlumatsız olanlar da bizi alqışlara qərq ediblər.

Hər bir normal insanın istəyidir ki, işğaldan azad bir ölkənin vətəndaşı olsun. O cümlədən mənim də. Açığı bundan böyük arzum yoxdur.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 5100   Tarix: 21 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MMA və Qrapplinq Federasiyasında dəyişiklik: Tofiq Musayev rəhbərliyə gətirildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının İdarə Heyətində dəyişiklik edilib. Səsvermənin nəticələrinə əsasən, Tofiq Musayev federasiyanın vitse-prezidenti seçilib. Tofiq Musayev çıxış edərək göstərilən etimada görə təşəkkür edib və bu idman növünün inkişafı üçün əlindən gələni etməyə hazır olduğun

06.12.2025 290
.

Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib

Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib. Bu barədə BİG.AZ-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Gənclər və idman naziri Çexiyada keçirilən Avropa Gimnastikasının Konqresində səs çoxluğu ilə yenidən həmin qurumun prezidenti seçilib. Qeyd edək ki, Fərid Qayıbo

29.11.2025 365
.

Yankoviç ikinci dəfə ata oldu - Foto

Monteneqro millisinin və "Qarabağ" klubunun yarımmüdafiəçisi Marko Yankoviç ikinci dəfə ata olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə futbolçu instaqram hesabında paylaşım edib. O paylaşımında yeni doğulan oğluna Maksim adını verdiklərini bildirib. Qeyd edək ki, monteneqrolu futbolçunu

24.11.2025 600
.

Yağışa baxmayaraq, stadionda anşlaq yaşanır - Video

Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Qarabağ" Niderlandın "Ayaks" komandasını qəbul edəcək. "Qafqazinfo" xəbər verir ki, paytaxtda soyuq və yağışlı hava şəraitinə baxmayaraq, azarkeşlər "köhlən atlar"a dəstə

10.12.2025 463
.

Lyuis Hemilton "Ferrari" komandasından və azarkeşlərindən üzr istədi

Yeddiqat dünya çempionu və "Ferrari" pilotu Lyuis Hemilton Əbu-Dabi Qran-prisinin təsnifat mərhələsindən sonra 16-cı yeri tutduğu, ümumiyyətlə bu mövsüm yaxşı çıxışı ilə yadda qalmadığı üçün komandadan və azarkeşlərdən üzr istəyib. xəbər verir ki, bu barədə "Sportskeeda" məlumat yayıb

07.12.2025 257
.

Azərbaycanda stadiondan elektrik naqilləri oğurlandı

Şəmkir Olimpiya Kompleksinin stadionunda oğurluq hadisəsi baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, arenadan elektrik naqilləri oğurlandığı bildirilib. İddialara görə, gecə saatlarında yaşanan hadisə "Şəmkir"in ev oyunlarını keçirdiyi məkanın işıqlandırma sistemini yararsız hala salıb

13.12.2025 118
.

Qurban Qurbanov bu futbolçuları "Ayaks"a qarşı oynada bilməyəcək

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda "Ayaks"ı qəbul edəcək "Qarabağ"ın Niderland təmsilçisinə qarşı neçə itki ilə mübarizə aparacağı dəqiqləşib. -a klubdan verilən məlumata görə, 3 futbolçu "köhlənlər" kömək edə bilməyəcək. Turnirin 4-cü turunda, "Çelsi"

08.12.2025 476
.

MMA ustası döyüşdən sonra vəfat etdi

Amerikalı MMA döyüşçüsü İsaak Conson ABŞ-nin Çikaqo şəhərində keçirilən "Matador Fighter Challenge Muay Thai" turnirində yarışdıqdan sonra 31 yaşında vəfat edib. "Daily Mail"ə istinadən xəbər verir ki, idmançı ağır çəkidə döyüşdüyü final matçının üçüncü raundunun sonunda huşunu itiri

23.11.2025 591
.

"Qarabağ" "Ayaks"a məğlub oldu - Yenilənib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq. "Qafqazinfo" xəbər verir ki, təmsilçimiz Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-d

10.12.2025 976
.

TOP MP3