Antibiotiklər haqqında faydalı məlumatlar

Antibiotiklər haqqında faydalı məlumatlarAntibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insanın ölümünün əsas səbəbi idi. İlk antibiotik olan penisillin 1929-cu ildə Şotlandiyalı bakterioloq Aleksander Fleminq tərəfindən kəşf edilmışdır. O, təsadüfən laborator kasacıqların birində stafilokokların inkişafını dayandıran penisillin adlı kif göbələyini aşkar etmişdir. Bu, XX əsrin ən böyük kəşfi, tibbdə isə həqiqi bir inqilaba səbəb oldu. Daha sonra 1940-cı ildə İngiltərədə penisillin antibiotiki təmiz şəkildə alınmışdır.

Hazırda dünyada təxminən 200 növ antibiotik hazırlanmışdır. Kimsə soruşa bilər ki, bəs nə üçün bu qədər çox? Məsələ ondadır ki, mikroblar da özlərini antibiotiklərin hücumundan qorumaq üçün – bəziləri onlara qarşı davamlılıq yaradır, digərləri isə antibiotikin özünü parçalayan ferment hazırlayır və s. Ən pisi də ondan ibarətdir ki, daima bir-biri ilə cütləşən bu mikroblar antibiotiklərə qarşı davamlılığı bir növdən digərinə də ötürürlər! Məhz buna görə alimlər daim yeni növ antibiotiklər hazırlamağa məcbur olurlar. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, ilk antibiotik olan penisillin hal hazırda öz əhəmiyyətini demək olar ki, tamamilə itirmişdir. Buna səbəb isə əksər mikrobların, penisillini parçalayan "penisillinaza" adlı ferment hazırlamaqla, özlərini ondan qoruya bilməsi ilə izah olunur.

Əfsuslar olsun ki, antibiotiklərin bu qədər yayılması fonunda, insanlar onlar haqqında çox az məlumata malikdirlər. Ona görə də antibiotiklərə olan münasibətə görə cəmiyyətdə iki əks mövqe mövcuddur. İnsanların bir qismi onları xeyli təhlükəli hesab edərək, hər vasitə ilə onlardan istifadə edilməsindən uzaq olmağa çalışırlar. Digərləri isə, əksinə olaraq antibiotikləri "bütün xəstəliklərdən" müalicə olunmaq vasitəsi kimi qəbul edərək, xəstəliyin ilkin əlamətləri meydana çıxan kimi, özlərinə antibiotik "təyin" etməklə müalicəyə başlayırlar.

Biz, diqqətinizə çatdırmaq istədiyimiz bu məlumatlarla antibiotiklər barədə daha düzgün təsəvvür yaratmağa çalışacağıq.

Qeyd etmək lazımdır ki, antibiotiklər yalnız infeksion xəstəliklərin törədicisi olan bakteriyalara qarşı effektiv hesab olunur! Məhz buna görə antibiotikləri aşağıdakı xəstəliklər zamanı tətbiq etmək mənasız, xeyirsiz və hətta zərərlidir:

— KRVİ, qrip, qızılca, məxmərək, epidemik parotit, A, B, C hepatitləri və s. Bütün bu xəstəliklər viruslar tərəfindən törədilir. Antibiotiklər isə viruslara heç bir təsir göstərmirlər;
- temperaturun yüksəlməsi zamanı. Antibiotiklər temperaturu aşağı salan və ağrısızlaşdırıcı preparatlara aid deyillər;
- iltihabi proseslər zamanı. Antibiotiklər iltihab əleyhinə təsirə malik deyillər;
- öskürək zamanı. Öskürəyin bir çox səbəbləri vardır: virus infeksiyaları, allergiya, bronxial astma, ətraf mühitin bir sıra qıcıqlandırıcı faktorlarına qarşı yüksək həssaslığın olması və s. Bunların yalnız çox az bir hissəsi mikroqrqanizmlərlə əlaqəli olur.
- bağırsaq pozğunluqları (ishal) zamanı. Məsələ bundadır ki, birincisi — bağırsaq infeksiyalarının bir çoxu viruslar tərəfindən törədilir. İkincisi – nəcis ifrazının pozulması yalnız bağırsaq infeksiyası nəticəsində deyil, məsələn, hər hansı bir qidaya allergiyanın olması nəticəsində də baş verə bilər.

Bəs, antibiotiklərdən nə vaxt istifadə etmək lazımdır? Antibiotiklər olmadan pnevmoniyanı, anginanı, haymoriti, otiti, sidik-cinsiyyət üzvülərinin infeksiyalarını, dəridəki irinli iltihabları, cinsi yolla keçən bir çox xəstəlikləri, sepsis və müxtəlif bakteriyalar tərəfindən törədilən digər xəstəlikləri müalicə etmək mümkün deyil. Bu xəstəliklər zamanı antibiotiklərin qəbul edilməsindən imtina edilməsi ağır fəsadların baş verməsi, bəzi hallarda isə (məsələn, sepsis zamanı) ölümlə də nəticələnə bilər. Məsələn, vaxtında antibiotiklərin tətbiq edilməsi ilə müalicə olunmayan anginalar, sonradan ürəyin (revmatizm, miokardit) və ya böyrəklərin(qlomerulonefrit) zədələnməsi ilə nəticələnə bilər. Kəskin xəstəlikləri (pnevmoniya, haymorit və s.) antibiotiklərlə vaxtında müalicə etmədikdə, bu xəstəliklər xroniki formaya (xroniki pnevmoniya, xroniki haymorit, sidik yollarının xroniki infeksiyaları) keçir. Əksər hallarda, müxtəlif orqanlarda aparılan cərrahi əməliyyatlardan sonra da antibiotiklə müalicə təyin olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2278   Tarix: 13 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723