Qara şanının qara günü - ARAŞDIRMA

Qara şanının qara günü - ARAŞDIRMAMərhum xalq şairi Məmməd Arazı həyatının son illərində ən çox narahat edən məsələ Abşeronda əkin sahələrinin ləğv edilərək yerində yaşayış evlərinin tikilməsi olub. "Sovet illərində biz həmişə yayda Bakıdan Qubaya gedəndə Biləcərini çıxan kimi yaşıl tarlalar başlayırdı. Amma sonradan o tarlalar hamısı yoxa çıxdı, yerində evlər tikildi. Bu da şairi çox narahat edirdi. Gileylənirdi ki, bu qədər boş yer ola-ola niyə əkin tarlalarını məhv edirlər", - deyə mərhum şairin həyat yoldaşı Gülxanım Fətəli qızı söhbətində bildirib.

Torpağa aqrotexniki qulluğun vacibliyini "Torpağa kül tökməsən, külə dönəcək", "Torpaq uşaq kimi ələbaxandır" misraları ilə ifadə etmiş şairin Abşeronun əkin sahələri barədə narahatçılığı boş yerdən deyildi - o, Bakı ətrafında əkinçiliyin aradan qalxması ilə bütöv bir özünəməxsus aqrar mədəniyyətin yoxa çıxmasınadan narahat idi. 15-20 il qabaq Abşeronun ənciri, kökü, qara şanı və ağ şanı üzüm sortları, göyərtisi, dadı ilə seçilən Zirə qarpızı və yemişi, bütün dünyada məşhur olan Zirə pomidoru, Abşeron zeytunu, badamı və zəfəranı adla tanınırdı, Bakının və digər şəhərlərin bütün imkanlı ailələrinin süfrəsini bəzəyirdi. Abşeronda becərilmiş qərənfillər bütün SSRİ məkanında satılırdı və bu da Bakı kəndlərində yaşayan insanlar üçün çox əlverişli dolanışıq vasitəsi idi.

Bakı tarixən də özünəməxsus əkinçilik mədəniyyəti ilə seçilib. İçərişəhərin yorulmaz tədqiqatçısı, memar Nadir Hüseynovun araşdırmalarına görə, orta əsrlərdə Bakı platosu xüsusi əkinçilik mədəniyyəti ilə seçilirmiş. Bakı qalasının (İçərişəhərin) əhalisi platoda dəmyə taxıl əkirmiş. Biçin zamanı ətraf regionların əhalisi gəmi ilə gələrək Bakıdan taxıl aparırmışlar. Şəhərin Badamdar zonasında iri badam bağları varmış və bağların suvarılması üçün quyu suyundan istifadə edilirmiş. Bakı həm də çox dadlı əncir, zəfəran, üzüm, qarpız və yemiş istehsalı ilə də məşhur imiş. Bakı qalasının düz yanında, indiki Nizami muzeyinin yanında Quru bağ adlanan ərazidə xan ailəsinə məxsus yaşıl zona varmış və orda quyu suyunun yardımı ilə xüsusi meyvələr və tərəvəzlər becərirmişlər.

Amma indi Bakı kəndlərinin əvvəlki əkin mədəniyyətindən əsər-əlamət qalmayıb. Yarımadanın əkinə yararlı torpaqlarının sahəsi həddindən çox azalıb, həyətlərdə kustar üsulla becərilən yerli məhsullar isə iri şirkətlərin güclü rəqabətinə duruş gətirə bilməyərək sıradan çıxır. Rəqəmlər də Abşerondakı aqrar geriləməni açıq göstərir.

İqtisadi Tədqiqatlar Mərkəzinin əldə etdiyi rəqəmlərə görə, 1995-ci ildə Abşeron rayonun 156 min hektar ərazisi olub və bunun 82 min hektar sahəsi kənd təsərrüfatı üçün yararlı olub. Həmin sahələrin 14,5 min hektarı suvarıla bilib. Torpaqların 11 min hektarı əkin sahəsi sayılıb və həmin il onların yarısı əkilib. Abşeron rayonunda 61 min hektar sahə isə örüş sahəsi sayılırdı. Yəni kolxoz-sovxoz təsərrüfatçılığının məhv olmasına baxmayaraq Abşeronda təxminən 6 min hektar sahə əkilib.

Son illərdə isə Abşeronda əkin sahələrinin toplam həcmi min hektarı belə keçmir. Bütün əkin növləri üzrə dəfələrlə geriləmə olub. Məsələn, 1995-ci ildə 1523 hektar dənli və dənli paxlalı bitkilər səpilib və bunun 235 hektarı buğda olub. 2011-ci ildə isə dənli və dənli paxlalı bitkilərin sahəsi 272 hektar olub və bunun yalnız 47 hektarını buğda təşkil edib. Yəni ümumilikdə 6 dəfəyə qədər geriləmə olub. Kartof istehsalında isə on dəfələrlə geriləmə müşahidə edilir - əgər 1990-cı illərdə Abşeronda 300 hektara qədər kartof əkini vardısa, 2011-ci ildə 4 hektar əkilib.
Üzüm bağlarının sahəsi də 9 dəfəyə qədər azalıb. 1995-ci ildə əgər Abşeron rayonunda 1158 hektar üzüm bağı olubsa, 2011-ci ildə bu göstərici 138 hektara düşüb.

İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar islahatlar üzrə eksperti Vahid Məhərrəmov bu geriləməni təbii sayır. Onun sözlərinə görə, həmin dövrdə üzümçülükdə məhsuldarlıq həddindən aşağı olub, məsələn, 1995-cü ildə hər hektardan 400 kiloqram götürülüb. "Bu həddindən aşağı göstəricidir. Düzdür, indi vəziyyət xeyli düzəlib və məhsuldarlıq hər hektardan 4 tona qalxıb. Amma bu da aşağı göstəricidir, çünki ölkə üzrə orta məhsuldarlıq 8 tondur",- deyə aqrar ekspert vurğulayır.

Abşeronda məhsul istehsalına mane olan başqa amilləri də var: küləklər torpağı daha tez deqradasiyaya uğradır və torpağın qida maddələrini sovurub aparır. İndi suvarmada da ciddi problem var, əvvəllər qurulmuş çox güclü suvarma sistemləri indi dağılıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin göstəricilərində Abşeron üçün müsbət məqamlar da var. Məsələn, tərəvəz istehsalı 1995-ci ildə 98 hektar olubsa, 2011-ci ildə 340 hektara qalxıb. Bostan bitkiləri o vaxt 30 hektar olubsa, 2011-ci ildə 111 hektara qalxıb. Meyvə və giləmeyvə sahələrində də ciddi dəyişmə olmayıb - 2,6 min hektardan 2,1 min hektara düşüb.

Amma bütün bu müsbət dinamikanın fonunda da arzuolunmaz məqam var - az məzhsuldar olduğu üçün Abşeron üçün ənənəvi olan ağ şanı və qara şanı üzümləri, əncir ağacları, Zirə pomidoru tarixə qovuşur və onların yerini daha məhsuldar sortlar tutur. Bu məsələdən Kənd Təsərrüfatı Nazirliyində (KTN) də xəbərdardırlar. Nazirlikdən verilən məlumata görə, bu məsələdə sahibkarlara güc tətbiq etmək olmaz, onlar yalnız rentabelli sortları əkirlər. Amma KTN yerli sortları da unutmur, nazirliyin toxumçuluq laboratoriyalarında həmin sortlar Azərbaycanın əkinçilik mədəniyyətinin nümunəsi kimi qorunub saxlanır.

Lakin aqrar ekspert məsələyə bu cür yanaşmağı doğru saymır. Vahid Məhərrəmovun sözlərinə görə, dünyada analoqu olmayan meyvə və tərəvəzlərimizi - Zirə pomidorunu, Gədəbəyin ağçiçək kartofunu, ağ şanı və qara şanı üzümlərini, Abşeron kökünü və meyvələrini qorumaq üçün fermerlərlə işləmək lazımdır. "Müəyyən proqramlar qəbul etmək lazımdır ki, fermerlər bu sahələrdən yayınmasın. Burada rəqabət yox, keyfiyyət əsas götürülməlidir. İndi Azərbaycanda elə imkanlı adamlar var ki, onlara daha keyfiyyətli məhsullar lazımdır. Belə imkanlı adamlar Avropa da, başqa ölkələrdə də var ki, onlar da Abşeron nemətlərini dadmaqa istərlər". Aqrar ekspert bu məsələdə haqlıdır. Məsələn, indi Türkiyəyə iş üçün gedənlər özləri ilə birlikdə hədiyyə kimi Zirə pomidoru da aparırlar. Ankaradakı elita - iş adamları, generallar, yüksək çinli dövlət məmurları öz tanışlarından Zirə pomidorunu pay kimi həvəslə qəbul edirlər.

Vahid Məhərrəmov bu məsələdən yeni biznes istiqaməti kimi istifadə etməyi təklif edir: "Biz yaxşı gəlir gətirə biləcək bu məhsulların istehsalının dayandırılmasına yol verməməliyik. Onların toxumçuluğunu inkişaf etdirmək lazımdır. Həmçinin bu növləri əkənlərə ucuz kreditlər vermək, xüsusi subsidiyalaşdırmaq lazımdır".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2470   Tarix: 11 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

TOP MP3