Bakının mərkəzində sökülməsi gözlənilən ərazilərin adları açıqlandı

Bakının mərkəzində sökülməsi gözlənilən ərazilərin adları açıqlandıBakının mərkəzi hissəsində yaşıllıq normadan xeyli azdır. Paytaxtda yaşıllığın artırılması ilə bağlı ayrı-ayrı tikililərin, heç bir tarixi əhəmiyyəti olmayan, texniki cəhətdən dayanıqlığını itirmiş və insan həyatı üçün təhlükəli olan binaların sökülməsi nəzərdə tutulur. Bu barədə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

Şöbə müdiri sökülməsi nəzərdə tutulan bəzi ərazilərin adlarını açıqlayıb: "Bakıda "Sovetski" adlanan ərazinin sökülməsi barədə fikirlər hələ Sovet dövründə səslənirdi. Sovet hökuməti dağıldı, amma "Sovetski" sökülüb qurtarmadı. Bir şey də deyim ki, "Sovestki"nin sökülməsi məsələsinə yanaşma kütləvi olmalıdır. Mənə də müraciət edirlər ki, orada hətta hava olmayan, günəş şüası düşməyən zirzəmilərdə yaşayan insanlar var. Təbii ki, onlar oradan köçmək istəyir. Amma həmin ərazidə iş yerləri, biznes fəaliyyəti ilə bağlı obyektləri olan, bundan əlavə çox gözəl, hətta tarixi əhəmiyyəti olan evlərdə, binalarda yaşayan insanlar da var ki, onlar köçmək istəmirlər. Bu baxımdan, oradakı söküntü işlərinə fərdi yanaşmaq lazımdır. Hesab edirəm ki, bundan ötrü müvafiq işçi layihəsi hazırlanacaq. Biz yaxın gələcəkdə bunun reallaşmasının şahidi ola bilərik".

Şöbə müdirinin sözlərinə görə, diqqət mərkəzində olan yerlərdən biri də "Kubinka" adlanan ərazidir: "Orada da vəziyyət çox acınacaqlıdır. Özü də son vaxtlar orada çoxmərtəbəli uca binaların tikilməsi ilə azmərtəbəli binalarda yaşayanlar üçün çətin vəziyyət yaranıb, həmin ərazinin ekoloji durumu bir az da mürəkkəbləşib. Təbii ki, sökülməsi yox, abadlaşdırılması gözlənilən ərazilərdən biri də "Kubinka" olacaq".

C.Qocayev, həmçinin qeyd edib ki, "Papanin" adlanan ərazidə də söküntü işlərinin aparılması ehtimalı yüksəkdir: "Papanin" Sovet dövründə insanlara ev tikməyə imkan verilmədiyi zamanlarda yaranıb. Orada əsasən bir gecəyə sıx yanaşı tikilmiş, heç bir sanitar şəraiti olmayan, günəş şüası düşməyən, havalanmayan evlər yerləşir. Bu ərazilərin sökülməsi doğru olardı. Qeyd edim ki, burada söküntünün dövlət hesabına aparılmasından söhbət getmir. Hansısa sərmayədar, sahibkar bu ərazidə biznes məqsədilə müəyyən ərazini alıb orada yeni obyektlər tikə bilər. Bakı şəhərinin müfəssəl planlaşdırma layihəsində nəzərdə tutulan parametrləri pozmamaq şərtilə bu qayda "Sovetski"də də tətbiq oluna bilər. Ola bilsin ki, sadaladığım bu ərazilər sökülmək üçün açıq elan edilsin. Çünki bu yerlərin sökülməyə, daha doğrusu abadlaşdırmaya verilməsi potensialı daha yüksəkdir. Bu ərazilərin abadlaşdırılması, oradakı insanların həyatının yaxşılaşdırılması gündəlikdə duran vacib məsələlərdən biridir".

Dövlət Komitəsi rəsmisi bildirib ki, bu işlərin bir qismi dövlət, digər qismi isə investorların hesabına aparıla bilər: "Lakin əvvəlki dövrlərdən fərqli olaraq bu dəfə yanaşma başqa cür olacaq. Yəni, əvvəllər gəlib 5-6 evin yerini alıb orada çoxmərtəbəli bina tikirdilər, qalan ərazi isə belə də qalırdı. Amma bundan sonra belə olmayacaq, kompleks yanaşma tətbiq ediləcək, yəni ətrafda artıq başqa evlər qalmayacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1396   Tarix: 09 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

10:50 399
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 211
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 1083
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 288
.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayaraq aramızdakı dostlu

02.05.2024 613
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 258
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

02.05.2024 967
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 801
.

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO

Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib. Bu barədə görüntülər -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib. Özünü yandırmağa cəhd göstərən şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə edib

12:12 304