Azərbaycanda sürüşmə təhlükəsi artan ərazilərin adları açıqlanıb

Azərbaycanda sürüşmə təhlükəsi artan ərazilərin adları açıqlanıbAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu ölkə ərazisində sürüşmə təhlükəsi olan ərazilərin adlarını açıqlayıb.

İnstitutun elmi işlər üzrə direktor müavini, elmlər doktoru Elbrus Əlizadə Trend-ə bildirib ki, işğal olunmuş ərazilər istisna olmaqla, bütün ölkə ərazisində sürüşmə ilə əlaqədar tədqiqatlar aparıblar. Tədqiqat işləri nəticəsində ölkə ərazisinin sürüşmə təhlükəliliyi dərəcəsi müəyyən edilib.

E.Əlizadə deyib ki, Azərbaycanda potensial sürüşmə təhlükəsi olan ərazilər İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran rayonları, qismən isə Quba və Qusar rayonlarıdır.

Alimin sözlərinə görə, son dövrlərdə ölkənin sürüşmə ehtimalı az olan rayonlarında da sürüşmənin baş vermə ehtimalları artıb. Belə ərazilər Lənkəran, Lerik, Yardımlı, Göygöl, Daşkəsən və Gədəbəydir: "Kiçik Qafqazda Göygöl rayonu insan amili nəticəsində artıq sürüşmə baxımından çox təhlükəli zonaya çevrilib. Lənkəran-Astara zonası həmişə sürüşmə təhlükəsi az olan ərazi hesab edilsə də, son illərdə həmin ərazilərdə tez-tez sürüşmələr baş verir. Ərazinin həddindən artıq yüklənməsi, yolların çəkilməsi, dayanıqlığın pozulması nəticəsində Lənkəran-Lerik yolunda cox tez-tez sürüşmələr baş verir. Cünki yol çəkilərkən, ümumiyyətlə, hansısa infrastruktur salınarkən yamacların dayanıqlığını gözləmək məqsədilə istinad divarları salınmalıdır. Ərazidən artıq qrunt sularını çıxarmaq üçün hər 50-100 metrdən xüsusi qurğular qoyulmalıdır. Ancaq bizdə bunlara az əməl edildiyinə görə sürüşmə ehtimalı az olan yerdə sürüşmə baş verir. Anomaliya da budur".

E.Əlizadə deyib ki, əslində, Şamaxı, Ağsu və İsmayıllı, Xızıda sürüşmələrin baş verməsi gözləniləndir və bu proseslər baş verir. Sadəcə indi həmin ərazilərdə sürüşmələrin miqyasi artıb: "Amma Lənkəran zonasında sürüşmələrin intensivləşməsi, Göygöl, Daşkəsən və Gədəbəydə sürüşmələrin miqyasının artması birbaşa insan amili ilə bağlıdır. Orada sürüşmələrin olma ehtimalı çox az olsa da, insan amili nəticəsində bu ehtimal çox artıb".

O, qeyd edib ki, təqribi hesablamalara görə, ölkə ərazisinin ən azı 25-26 faizinin potensial sürüşmə təhlükəsi var.

İnstitutun direktor müavinin bildirdiyinə görə, ölkə ərazisində sürüşmənin olmasından təəccüblənmək lazım deyil. Azərbaycan dağlıq ərazidə yerləşdiyindən və dağlıq ərazidə də süxurlar sürüşməyə meyilli olduğundan rütubətlilik artan zaman sürüşmə olmalıdır: "Bu, sensasiya deyil. Bizi narahat edən odur ki, sürüşmənin mqiyası artıb. Təbii halda, insan təsiri olmadan baş verə biləcək sürüşmə sahələri ölkənin çox sahəsini əhatə etməməlidir. Ancaq dağlıq ərazilərə antropogen təsirlərin artması, tikintilərin həddindən çox aparılması, yolların çəkilməsi, turizm obyektlərinin tikilməsi, həddindən artıq mal-qara otarılması yamacların dayanıqlığını pozub".

Hazırda Azərbaycanın sürüşmə sahələrində sabitliyin olduğunu deyən mütəxəssisin sözlərinə görə, mart-aprel-may aylarında sürüşmənin xeyli intensivləşəcəyi gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1605   Tarix: 09 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çində qəzada ölənlərin sayı artıb

Dünən Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Meycou əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb. BİG.az xəbər verir ki, ölənlərin sayı 48 nəfərə çatıb, 30 nəfər xəsarət alıb. Yolun çökməsi nəticəsində açılan uçuruma 23 avtomobil düşüb. Meykou əyalətində həddindən artı

13:08 118
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

14:51 112
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

13:00 503
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

16:26 168
.

Çox dondurma yeməyin zərərləri nədir?

Dondurma yay aylarının əvəzolunmaz desertidir. Sərinləmək üçün yediyimiz dondurmadan həzz aldığımız qədər, zərərləri də var.Dondurmanın tərkibində süd və süd qatı maddələr var, ona görə də hər dəfə dondurma yeyəndə vücudunuz D vitamini, A vitamini, kalsium, fosfor və riboflavin alır. Bundan əlavə, müxtəli

18:08 165
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

10:39 1084
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 1280
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

15:45 292
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 798