Türkiyə kürdlərlə 25 illik müqavilə imzaladı - Şok

Türkiyə kürdlərlə 25 illik müqavilə imzaladı - ŞokBiG.AZ axar.az-a istinadən bildirir ki,Rusiyadan 450, İrandan 500, Azərbaycandan 400 dollar

Türkiyəyə Şimali İraq Regional Kürd Rəhbərliyinin əlində olan təbii qazla əlaqədar yeni sevindirici xəbər gəlib.

Kürd Rəhbərliyinə yaxın iş çevrələrinin xəbərinə görə, Şimali İraqdan Türkiyəyə gələcək təbii qazla əlaqədar 20-25 illik dövrü əhatə edəcək "sabit qiymətə" başa gələcək alğı-satqı kontraktı imzalanıb. Bu mərhələdə tərəflər arasındakı təbii qazla bağlı razılaşdırılan qiymət açıqlanmır. Ancaq qiymətin hər min kub metr təbii qaz üçün 250 dollar olacağı gözlənilir.

20 milyard kub metr

Kürd bölgəsində çoxlu təbii qaz ehtiyatı var. Türkiyənin illik təbii qaz istehlakı 45-50 milyard kub metrdir. Şimali İraqda çıxarılacaq təbii qaz 2017-ci ildən etibarən Türkiyəyə ixrac ediləcək. 4 milyard kub metr ilə başlayacaq ixracatın zaman içində 20 milyard kub metrə qədər çatdırılması nəzərdə tutulur.

Sabit qiymətlərlə kontrakt Əldə edilən məlumatlara görə, Şimali İraqdan Türkiyəyə gələcək təbii qazla əlaqədar 20-25 illik dövrü əhatə edəcək "sabit qiymətə" razılaşdırılacaq təbii qaz alğı-satqı kontraktına görə qiymət kontrakt dövründə dəyişməyəcək. Şimali İraqdan idxal ediləcək qazın qiyməti rəqib ölkələrdən (Rusiya və İran kimi) alınan qazdan daha ucuz olacaq. Təbii qazın min kub metrinin təxminən 250 dollara alınacağı gözlənilir.

Tankerlərlə neft

Şimali İraq Regional Kürd Rəhbərliyi bir il yarımdır ki, tankerlərlə dünyaya neft satır. Gündə 20-30 min barellik neft ixracatı edir. İndiyə qədər 10 milyon barel neft satılıb. Bunun bazar dəyərinin təxminən 1 milyard dollar olduğu bildirilir. Bu daşıma işlərini Sinqapur mərkəzli "PowerTrans" (PauvəTrans) şirkəti həyata keçirir.

İraqda neft çıxarmağın xərci 4.5 dollardır

Məlumatlara görə, dünyada neft çıxarmağın ən ucuz olduğu ölkə İraqdır. İraqda neft çıxarmağın xərci 4.5 dollardır. 4.5 dolları əlaqədar neft şirkətləri alır. Geriyə qalan 90-95 dolların hamısı dövlətlərin hesabına gedir. Beynəlxalq Enerji Agentliyi (İEA) və Amerika Geologiya Təşkilatının məlumatlarına görə, İraqın sahib olduğu neft və təbii qaz ehtiyatı həddən artıqdır. Ehtiyatların Səudiyyə Ərəbistanındakından belə çox olduğu təxmin edilir. Buna görə də İraqın gələcəyi neft istehsalı tutumu və ixracat gücü həm dünya iqtisadiyyatı, həm də OPEC baxımından böyük əhəmiyyət daşıyır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2120   Tarix: 03 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 461
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 301
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

02.05.2024 913
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

11:03 526
.

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə ço

02.05.2024 223
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

12:55 42
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

11:27 200
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 429
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 922