"Əli Mirəliyev nəinki, məni hətta ailəsini də çıxıb efirdə biyabr edə bilər"

"Əli Mirəliyev nəinki, məni hətta ailəsini də çıxıb efirdə biyabr edə bilər"Mən bu sənətə pul qazanmaq məqsədi ilə yox sənətkar olmaq üçün gəlmişəm
Tanınmış müğənni Sevda Kazımovanın Gecce.az saytına verdiyi müsahibəsini sizə təqdim edirik.

Mənim sponsorum həyat yoldaşım, uşaqlarımın atası olub.

-Gündəmdə yoxsunuz, harlardasınız?

Bilirsiniz, mən özümü gözə soxmağı sevmirəm. Mən dünən çıxan müğənni deyiləm ki, durum efirlərdə qalım. 27 illdir bu sənətdəyəm.

-Nə yeniliklər gözlənilir sənətinizdə?

Sənətçinin yeniliyi, mahnılar, kliplər, disk və konsertdir. Mən yeni mahnılar hazırlayıram.
Klip çəkilişləri olacaq, konsert söz vermirəm. Əgər sponsorluq edən olsa edərəm. Mən 27 illik sənət yolumda dörd dəfə konsert vermişəm. Bəziləri üçün bu rəqəm az qəbul olunsa da bu gecələri mənim üçün ediblər. Özüm-öz maliyyəmə konsert etməmişəm, etmərəmdə. Çünki, indi konsert vermək üçün müğənniyə böyük maliyyə lazımdır.

-Efirlərdə görünməməyinizə səbəb nədir?

Bilirsiniz ki, mən mədəniyyətə böyük önəm verən bir insanam. Buna görə də son dərəcə diqqət edirəm, məni efirə kim çağırır, necə dəvət edir. Çox mədəniyyətli çağıranlar var, bir də (mədəniyyətsiz demək istəməzdim) amma söz də tapmıram deyim, çünki aparıcılar məhşurları efirə dəvət edəndə məqsədləri öz verilişinin reytinqini qaldırmaq, qonaqları isə alçaltmaq olur. Bu səbəbdən hər verilişə çıxmıram. Mövzunu soruşuram və gələn qonaqların kimliyini soruşuram. Hörmətli olanda o verilişlərə baxan olmur, amma verilişdə kimisə hörmətdən salırlarsa hamı o verlişdən danışır. Bunalara da bu sərf edir.

-Üz qarası müğənnilərin güdazına getməmək üçün bu gün hansı mücadiləni edirsiniz?

Sadəcə efirlərdə belələrini görəndə əsəb keçirirəm. Bizim zamanımızda sənətə sənətkar olmaq üçün gəlinirdi. İndi pul qazanmaq üçün hamı axın edir. Ona görə də müğənnilik adına bu qədər ləkə yaxılır. Mən şəxsən bu sənətdə elə gözəl, ürək açan səhnələr görmüşəm ki, indi mənə deyirlər görünmürsən, haralardasan, deyirəm görünüb pis qalmaqallara düşməkdənsə elə sakit öz sənətimlə məşğulam da. Gözəl, ailəli o qədər müğənnilərimiz var ki, adını saysam bitməz. İndi iki-üç özünü apara bilməyən müğənni görüb hamıya eyni gözlə baxmaq olmaz. Məni əsəbləşdirən odur ki, niyə gəlib bizi biabır edirlər. Özləri cəhənnəm, müğənni deyəndə indi insanlar pis olan şeyləri fikirləşir. Axı elə deyil.

-Deyirlər ailə ilə sənət ikisi də zaman, vaxt istəyir. Buna görə ikisini bir yerdə aparmaq olmur deyə ailələr dağılır. Amma biz biləni siz uzun müddətdir ailəlisiniz. Sənətlə ailəni bir yerdə aparmaq çətindir ?
Yox, əksinə mənim atam istəmirdi mən müğənni olum. Mənim həyat yoldaşım da icənət sahəsində vakal fakültəsini bitirib, məhz buna görə də o, mənimlə ailə qurandan sonra mənim müğənni olmağımı dəstəklədi və daha da məhşur etdi. Ailəsi də gözəl qəbul edirdi ki, gəlinimiz müğənnidir. Daha sonra övladlarım böyüdü və məni düzgün qəbul etdi. Baxmayaraq ki, mən sənət adamıydım, amma günümün çoxunu övladlarıma sərf edirdim. Bu gün şükür olsun ki, nə mən onların nə də uşaqlarım mənim başımı aşağı salacaq nəysə etməyiblər. Həyat yoldaşım "privaznoy" libasları mənim üçün alıb gətirirdi. Azərbaycanda ən açıq-saçıq libasları mən geyinərdim.

-Kişi Sevda Kazımova üçün neçə olmalıdır?
Kişi kişi kimi olmalıdır. Yəni bu günkü bəzi kişilər kimi yox. Mən hətta danışıb söhbət etdiyim kişilərin ilk cümləsindən onları tanıyıram. Əgər bəyənməsəm bir də o tərəfə baxmıram. Məsafəni pozuram ki, kişi kimi danışmırsa mənlik deyil. Mən işimin xətrinə dostluq etmirəm.

-İnsanları tanıyınsınız?

Udar ala –ala tanıyıram. Köməkçilərimdən zərbə aldım. Sevib ailə qurduğum, uşaqlarımın atasından məni ayırdılar. On iki ildən sonra yenidən barışdıq. Yoldaşım gəzdi dolaşdı gördü ki, Sevdadan yoxdur, geri qayıtdı. İndi barışmışıq, yəni insan gərək yaxınından daim özünü qorusun. Həyat yoldaşımla can deyib can eşidərdik. On dəfə evə girib çıxsaydıq öpüşüb görüşərdik. Biz aramızda bir söz olmadan ayrıldıq, sakitcə. Hamı bizim ailəyə həsəd aparırdı. Biz ayrılanda hamı şoka düşdü ki, ola bilməz, amma pis qüvvələr on iki il bizi ayırdı. Bütün geyimlərimi o seçərdi. Bu Sevda üçün olmalıdır birinci. Alverçilər dəli olurdu ki, ay Əli, bu qiymətə arvada paltar alacaqsan? Deyirdi hə, birinci Sevda geyinməlidir. O qədər imkanımız var idi, hamıya borca pul verirdik. Qaytaran da olurdu, qaytarmayan da. Hətta geyindiyim libasların iplərini qızıldan edirdim. Azərbaycanda məni kimi geyinən müğənni yox idi. Mən nələr geyinmişəmsə indi də bir araya gələndə həmkarlarım yada salır. Mənim geyindiyim geyimləri müğənnilər yalvarırdılar ki, nə olar filan paltarını mənə sat da. Mənim paltarlarımdan Azərbaycana gəlməzdi.Çinar mağazaları var idi, ora ya gələrdi ya da yox. Gəlsəydi də xususi adamlar ala bilərdi. Yəni mərdimazara lənət olsun, müvəqqəti də olsa öz işini gördü.

-Deyirlər özünüzü Nisə Qasımovaya oxşadırsınız?

Yox qətiyyən. Uşaq olarkən çox həvəslə Zeynəb Xanlarovanın və Nisə Qasımovanın mahnılarını ifa edirdim. Elə olur ki, Nisə xanım deyə el şənliklərində və ictimai yerlərdə yaxınlaşıb qucaqlayırlar. Sonra aydınlıq gətirirəm ki, yox mən Sevda Kazımovayam. Nisə xanım bacım qədər əzizimdir, amma hər sənətçi istəyir öz imzası ilə tanınsın.
-Sizi bir zamanlar Xatuba deyə cağırırdılar?

Bəli, mən gözəl Xatuba rəqsi edirdim deyə elə cağırırdılar, amma indi utanıram, daha özümə sığışdıra bilmirəm.(Gülür)

-Siz də pis günlərdən gəlib belə ucaldınız?

Xeyr, mənim atam çox imkanlı adam olub. Mən bu sənəti pul qazanmaq üçün yox, sənət göstərmək üçün seçmişəm. Bizim orta məktəbə geyindiyimiz geyimlərə müəllimlər paxıllıq edərdi. Daim eksklyüzivləri bizə edərdi atam. Biz görə-görə gəlmişik. Süfrəmiz yığılmazdı. Vay sonradan görən əlindən. Elə ona görədir ki, pula görə alçala bilmirəm. Mənim üçün pul ikincidir. Filankəsin o qədər pulu var sözü mənim üçün ən cılız sözdür. Mən də həmişə cavab verirəm ki, "za to" kişiliyi yoxdur. Sakitcə durub gözlərini döyürlər.

-Həyat yoldaşınızdan ayrı, on iki il tək başına iki oğlan uşağ böyütmək asan məsələ idi?

Yox əksinə, nəinki, uşağa baxmaq hətta borc qaytarmaq mənim üzərimdə idi. Amma mən bir kəsin qapısını döymədim. Elə günlərim olub ki, çörək almağa pulum olmayıb, amma Allah ruzumu verib. Uşaqlarım quş züdü istəyib onu da alıb yedizdirmişəm. Şükür dünənimə, şükür bu günümə.

-Sevda xənım, Toylar kralı yarışmasında yarışmanı tərk etməyə Əli Mirəliyevin sizi incitməsi səbəb oldu?

Yox, qətiyyən. Üçə qədər gəldim, sonra bildim ki, tac qızıldan deyil çıxdım. Bir də dubaya iki nəfərlik səyahət verirdilər. O da dostlarım sağ olsun, orada mənə o qədər sms göndərdilər ki, onun pulunu kənarda versəydilər yüz dubay bileti olardı. Qurana and içim ki, özümə bir sms göndərməmişəm. Mən retro mahnıların ifaçıyam mənə arxiv deyirlər. Mən oxuduğum retro mahnıları müğənnilərin doxsan faizi bilmir. Əli Mirəliyevə qalanda o, yaxşı insan deyil. Mən arzu edirəm ki, hər kişi adını daşıyan insan o sözü şərəflə daşısın. O yarışda o, mənə dedi bu nə oxumaqdır. Hamının qəlbinə dəyir. Mənə deyir bu nə oxumaqdır. Mən də qayıtdım ki, gəl mənim oxuduğumun yarısını oxu. Öz qüsurunu görmür, hamıya söz atır. O Əli Mirəliyev nəinki məni, ailəsini də çıxıb efirdə biyabr edə bilər. Bakılı olmağına heyf.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4161   Tarix: 30 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Sevgilinizin adını sponsor qoymayın" - VİDEO

Məşhur prodüser və müğənni Mədinə Məlik qalmaqallı açıqlaması ilə diqqət çəkib. -ə istinadən bildirir ki, "Elgizlə izlə" verilişinə qonaq olan ifaçı müğənnilərin sponsor adlandırdığı şəxslərin elə onların öz sevgililəri olduğunu vurğulayıb:. "Onun adı sponsor deyil. Biz elə deyəndə verilişi

30.04.2024 691
.

Murat Dalkılıç 9-cu dəfə əməliyyat keçirdi- FOTO

9-cu dəfə əməliyyat keçirən müğənni Murat Dalkılıç burun əməliyyatı olub. xəbər verir ki, əməliyyatdan sonra o ilk dəfə görüntülənib. Müğənninin yeni görünüşü Maykl Ceksona bənzədilib

29.04.2024 726
.

Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO

Əməkdar artist Yusif Mustafayev Cəlilabadda məscid tikdirib. Bu barədə Xəzər TV-nin efirində yayımlanan verilişlərdən birində aşıq Zülfiyyə İbadova məlumat verib. Aşıq sənətçinin həmişə xeyirxah işlər gördüyünü qeyd edib

30.04.2024 1238
.

Vüsalənin mini geyimi və rəqsi GÜNDƏM OLDU - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

28.04.2024 1616
.

Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi

Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasınd

28.04.2024 1052
.

Qonca Vuslateri ana oldu

Türkiyəli aktrisa Qonca Vuslateri ana olub. xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkədə paylaşım edib. "Mən həmişə uşaq dünyaya gətirmək haqqında danışanda qoxardım. Çox balacadılar, əlimdən düşər, tuta bilmərəm deyə qorxardım. Onu qucağıma alanda belə ağladım. Səni tutdum qızım, qorxma. İnd

10:54 56
.

Mələkxanım Eyubovanın yeni DƏBDƏBƏLİ VİLLASI - VİDEO

Xalq artisti Mələkxanım Eyubova dəbdəbəli villasını efirdə nümayiş etdirib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçinin Şağanda yerləşən yeni evində "Evdəkilərə salam" proqramı çəkiliş edib. Həmin görüntüləri təqdim edirik:

28.04.2024 1255
.

Səidə Sultanın transparan geyimi - Foto

Müğənni Səidə Sultan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qatıldığı məclislərdən birində çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Müğənni yığıncağa dekolteli qara transparan tulum geyinib

30.04.2024 1161
.

Britni Spirs atomobilinin şüşəsini sındırdı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məhkəmənin qərarına əsəbiləşərək atomobilinin şüşəsini sındırıb. Axşam.az xəbər verir ki, məhkəmə ifaçının atası Ceymi Spirsin 2 milyon dollarlıq borclarını ödəməsi barədə hökm çıxarıb. Qərara əsəbiləşən Britni dabanı ilə maşının ön şüşəsini sındırı

28.04.2024 402