Rza Zərrabın xəstəliyi - panik atak nədir?- ARAYIŞ

Rza Zərrabın xəstəliyi - panik atak nədir?- ARAYIŞBəziləri bunu kriz deyə də adlandırırlar.Panik atak, ani başlayır, get-gedə şiddətlənir və şiddəti 10 dəqiqə içində, ən pik səviyyəyə çıxır. Hətta çox vaxt 10-30 dəqiqə, nadir hallarda 1 saata qədər davam etdikdən sonra özbaşına keçir.

Panik atakın əlamətləri nələrdir?

Sinə ağrısı ya da sinədə sıxılma ;
Ürəyin qüvvətli vurması ;
Tərləmə ;
Nəfəs darlığı ya da boğulan kimi olmaq ;
Nəfəsin kəsilməsi ;
Baş gicəllənməsi, çaşqınlıq hissi, huşunu itirəcək kimi olma ;
Üşümə, ürpmə ya da isti basması ;
Ürək bulanma ya da qarın ağrısı ;
Titrəmə ya da sarsılma ;
Özünü ya da ətrafındakıları dəyişmiş, qəribə və fərqli hiss etmə ;
İdarəsini itirmə ya da dəli olma qorxusu ;
Ölüm qorxusu ;

Panik atak nədir ?

Sıxıldığı zamanlarda yeni panik atakın olacağı ilə əlaqədar davamlı bir narahatlıq duyma ;

Panik atakın infarkt keçirib ölmə, idarəsini itirib dəli olma ya da iflic keçirmə kimi pis nəticələndirərə yol aça biləcəyi inancıyla davamlı qayğı duyma ya da həkim-həkim gəzmə, təcili xidmətlərə qaldırılmalar, hücumlara və ola biləcək pis nəticələrinə qarşı tədbir olaraq (işə getməmə, idman, ev işi etməmə, bəzi yemək ya da içkiləri yeyib içməmə, yanında dərman, su, spirt, müxtəlif yeməklər daşıma kimi) bəzi davranış dəyişikliklərinin görüldüyü ruhi bir narahatlıqdır.

Panik atak necə meydana gəlir?

Heç bir səbəb yox ikən və birdən-birə başlayan ürək döyünmələri, tərləmə, sinədə sıxılma, nəfəs darlığı ya da baş gicəllənməsi, balanssızlıq, huşunu itirmələr adamı dəhşətə gətirir. Adam infarkt keçirdiyini ya da iflic keçirməkdə olduğunu zənn edərək ölüm qorxusu ya da iflic olma qorxusu yaşayır.

Bəzən də qəribəlik, çaşqınlıq hissi, baş gicəllənməsi, huşunu itirəcəkmiş kimi olma, özünü və ya ətrafını bir qəribə ya da dəyişik hiss etmə kimi duyğuların ortaya çıxmasıyla, idarəsini itirməyə ya da dəli olmağa başladığını düşünərək özünə ya da ətrafındakılara bir zərər verməkdən qorxmağa başlar. Xəstə dərhal, ən yaxın həkim ya da təcili xidmətə aparılır. Orada edilən bir çox müayinə və digər araşdırmalarda heç bir şey tapılmaz. Xəstəliyinin nə olduğu soruşulduğunda isə həkimlər heç bir şeyi yoxdur ya da stressdən olmuşdur deyirlər, çox vaxt sakitləşdirici verilərək evinə göndərilirlər.

Bir müddət sonra panik atak təkrarlanar. Xəstə, hər yeni atak ilə eyni dəhşət və qorxunu yenidən yaşamağa və təcili xidmətlərə getməyə başlayar. Hər səfərində yenidən müayinə, yenidən araşdırmalar edilər ancaq heç bir şey tapıla bilməz. Xəstə, ürəyində ya da beynində pis bir şey olduğuna, ancaq həkimlərin bunu heç cür tapa bilmədiyinə inanmağa başlar. Bu vəziyyət xəstəni ümumiyyətlə bezdirər, həyatdan zövq ala bilməzlər. Ən kiçik bir fəaliyyəti belə etməkdən qorxar hala gəldiyində ümumiyyətlə depressiya da bir kölgə kimi panik ataka yoldaşlıq edər. Bəzən də həkimlər tərəfindən səhv diaqnoz qoyarlar. Bu zaman xəstə, antibiotik, təzyiq və ürək dərmanları, vitamin və s. dərmanlarla müalicə edilər, ancaq heç cür yaxşılaşa bilməz.

Panik atak təkrarlanmağa davam etdikcə, xəstə, ataklar arasındakı dövrdə gərgin, narahat bir şəkildə hər an yeni bir panik atakın gələcəyini gözləməyə başlayar. Bu narahat gözləyişə Gözləmə Qayğısı adı verilir. Hücumların (atakların) çox vaxt naməlum zaman və yerlərdə gəlməsi bu qayğını daha çox artırar. Hücumlar sıxlaşdıqca, infarkt keçirib ölmə, iflic olma ya da idarəsini itirib dəli olma qorxuları möhkəmlənər.

Xəstələr, evdə heç kimin olmadığı vaxtlarda infarkt keçirməkdən və xəstəxanaya çata bilmədən ölməkdən , özünə ya da yaxınlarına bıçaq və bu kimi bir şeylə zərər verməkdən, başqalarının olduğu mühitlərdə dəlicə və qəribə davranışlarda olaraq alçalmaqdan çox qorxarlar.

Bir müddət sonra hücumlara və hücumlar əsnasında reallaşacağına inandıqları fəlakətlərə qarşı bəzi tədbirlər götürməyə və bəzi davranışlarını dəyişdirməyə başlayarlar.

Hücumlara səbəb ola biləcəyini düşündükləri fəaliyyətlərdən, yemək və içkilərdən imtina edərlər. Hücumlara qarşı evdən çıxarkən dərman qəbul edərlər. Hücumlar əsnasında istifadə etmək üçün də yanlarında dərman, su, yemək və s. götürərlər. Hücumlar əsnasında ola biləcəklərə qarşı tədbir götürərlər. Araşdırmalar göstərir ki, hücum əsnasında idarəsini itirərək uşaqlarına zərər verəcəyinə inanan xəstələr tədbir olaraq evdəki bütün bıçaqları nəzarət altında tutarlar, uşaqları ilə tək qalmamağa çalışarlar, hücum əsnasında pisləşərək huşunu itirəcəyindən qorxan qadın xəstələri, huşsuz ikən oğurlanar deyə aksessuarlarını taxmırlar, onu bu vəziyyətdə görənlərin köməkçi ola bilməsi üçün evinin ünvanını, telefon nömrəsini, hətta tibbi kömək üçün həkiminin vizitkartını öz üzərində götürürlər.

Bu xəstələr lazım olduğunda təcili köməyi tez ala bilmək üçün bütün günlərini xəstəxana bağçasında keçirməyi ya da yollarını xəstəxana, aptek və təcili xidmət olan yerlərdən seçərlər.

Panik atak olanlar tez-tez xəstəxanaların təcili xidmətlərinə müraciət edərlər. Həkimlər bu şəxslərə fizioloji bir xəstəliyinin olmadığını söylədiyi zaman razılaşmazlar. Həkimin uyğun hesab etdiyi tədqiqlərin edilməsindən sonra (məsələn: müxtəlif qan tədqiqləri, tiroid kimi hormon tədqiqləri, kardioloji və nevroloji tədqiqlər) şəxsin hər hansı bir fiziki narahatlığı yoxsa onda şəxsin panik atak olduğunu deyə bilərik. Ancaq ümumi bir tibbi xəstəliyin fizioloji təsiriylə panik ataka bənzər simptonlar meydana gəlmişsə , bunu panik atakdan ayırd etmək lazımdır. Məsələn, tiroid hormon çoxluğu (hipertroid), qansızlıq, dəmir əskikliyi kimi müxtəlif hormonal nizamsızlıq nəticəsində panik ataka bənzər simptonlar görülə bilər.

Müxtəlif ürək xəstəlikləri vəziyyətində də panik ataka bənzər hallar görünə bilər. Epileptik pozuqluqdan qaynaqlanan panik ataka bənzər hallar da görünür.

Qeyd edək ki, Türkiyədə rüşvət olayı ilə gündəmə gələn iş adamı Rza Zərrabın artıq 1 ilə yaxındır ki, həftədə 4 dəfə bu xəstəlikdən müayinə olunduğu ortaya çıxıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1677   Tarix: 26 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367