Azərbaycanlı modelyer "The First " oldu - FOTO
Azərbaycanın tanınmış modelyer-dizayneri Gülnarə Xəlilova uçuncü dəfə "The First" mükafatına layiq görülüb.
BiG.AZ-ın ailem.az-a istinadən məlumatına görə, "Xəyal production"nın təşkilatçılığı ilə keçirilən mərasimdə ən yaxşıları iştirak edib. Təntənəli mərasimə "Kaybolan yıllar" serialında baş rol ifaçısı, aktyor Saruhan Hünel, müğənni Əsli Hünel və bir çox tanınmış simalar qatılıb. Gecədə ictimai xadımlər, tanınmış sənətçilər, aktyorlar, idmançılar və biznesmenlər bu mükafata layiq görülüb.
Bununla yanaşı, əməkdar artist Tünzalə Ağayeva, müğənni Murad Sadıx və bir çox tanınmış simalar öz musiqi töhfələri ilə xoş dəqiqələr yaşadıblar.
"The First" mükafatlandırma mərasimi ilk dəfə 2009-cu ildə keçirilib.
Xatırladaq ki, mükafat alan Gülnarə Xəlilova 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika və psixoloqiya fakultəsinə daxil olub. 1993-cü ildə universiteti müvəffəqiyyətlə bitirib.
Bir neçə il pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra 2002-ci ildə moda evi təsis edərək modelyer-dizayner fəaliyyətinə başlayıb. Hazırda "Gülnarə Xəlilova moda evi"-nə rəhbərlik edir. Bu dövrdə respublikanın tanınmış sənət adamları ilə iş birliyi qurub. Bunların sırasında xalq və əməkdar artistlər, tanınmış müğənnilər və aparıcıları qeyd etmək olar.
2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında modelyer-rəssam kimi çalışır, teatr səhnəsində qoyulan tamaşaların geyimlərinin tərtibatı və hazırlanmasına rəhbərlik edir. Bundan başqa, kinematoqrafiya sahəsində də işlər görüb. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş bir necə filmin geyim üzrə rəssamı olub. 2008-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun dissertantıdır. Bir çox konfrans və simpoziumlarda iştirak edib.
Onun aldığı mükafatlar sırasında "İlin paltarı" (Bakı, 2002), "Bakı Payızı" (Bakı, 2002), "Mətbuatın Dostu" (Bakı, 2006, 2010), "İlin İşgüzar Xanımı" (Bakı, 2007,2009,2010), "İlin Dəbli Personası" (Bakı, 2007,2008,2012), "İlin Modelyeri" (Bakı, 2007), "Uğur Zirvəsi" (Bakı, 2009), "Qızıl Buta" (Bakı,2012), "Azərbaycan Bayrağı" (Bakı, 2011), "İlin Ən Gözəl Ziyafət Geyimi" (Çin Xalq Respublikası, 2010), "Yılın En İyi Modacısı" (Kəmər, Türkiyə, 2012) var.





BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 8505 Tarix: 27 dekabr 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tailandda ölümcül virus: 72 pələng öldü
Son həftələrdə Tailandın şimalındakı zooparkda azı 72 pələng tələf ölüb. xəbər verir ki, bu barədə "Yahoo" məlumat yayıb. Çianq-May əyalətinin heyvandarlıq departamenti bildirib ki, testlər yüksək yoluxucu it taunu virusunun, eləcə də heyvanların tənəffüs sistemlərinə təsir edən bakteriyaları
22.02.2026 372 Ramazan ayı 2026 Tarixləri
Ramazan ayı 2026-ci ildə Fevralın 18-i gecə niyyət edilir, Fevralın 19-u isə ilk oruc günüdür. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək. xəbər verir ki, sabah Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasını
16.02.2026 7374 Tezbazar.Az - Elektronika , telefon, komputer satışı və elanları
Pulsuz elanlar saytı -ın elektronika bölməsində elektronika ilə bağlı elanlar xidmətinizdədir! Buraya telefonlar, telefon aksesuarları, nömrələr, kompüterlər, kompüter aksesuarları, oyunlar, pultlar və proqramlar, audio və video, fotokameralar, televizor, paltaryuyan maşın, kondisioner, soyuducu və qabyuya
22.02.2026 333 "Android" əməliyyat sistemində yeni funksiyalar təqdim olunub
"Android 17" əməliyyat sisteminin beta-versiyasında maraqlı funksiyalar ortaya çıxıb. xəbər verir ki, onu sınaqdan keçirən "Android Authority" jurnalistləri beş əsas funksiyanı xüsusi qabardıblar. Belə ki, "App Lock" hər proqramı PIN və ya biometrik göstərici ilə qoruma
22.02.2026 378 Hər addımda zərifliyinizi hiss etdirəcək 6 geyim növü
Moda dünyasında "zəhmətsiz şıklık" (effortless chic) trendi yüksəlməyə davam edərkən, mütəxəssislər qarderobdakı artıq yüklərdən qurtulmağın və modası keçməyən parçalara yatırım etməyin vacibliyini vurğulayırlar. Qaynarinfo tanınmış stilistlərin tövsiyə etdiyi, hər bir qadının qarderobund
18.02.2026 545 Kia Ehtiyat Hissələri alarkən diqqət etməli 5 məqam
Kia avtomobilləri ölkəmizdə geniş istifadə edilən, münasib qiymətə və keyfiyyətə malik modellərdir. Lakin istənilən avtomobil kimi, Kia markalı avtomobillər də zaman-zaman ehtiyat hissələrinin dəyişdirilməsinə ehtiyac duyur. Doğru ehtiyat hissəsini tapmaq və almaq avtomobilin düzgün işləməsi və təhlükəsizliy
25.02.2026 1147 Qızılın saxta olub-olmadığını ev şəraitində belə bilmək olar
Son aylarda qızılın qiymətinin bahalaşması fonunda bazarda saxta məhsulların sayı artıb, alıcılar isə aldıqları zinət əşyasının və ya qram qızılın həqiqi olub-olmadığı ilə bağlı tərəddüd yaşayır. Ekspertlər bildirir ki, saxta qızılı ilkin mərhələdə müəyyən etməyin ən sadə yollarından biri onun çıxardığ
22.02.2026 344 Əksər insanlar pizzanı səhv yeyirlər - Səbəbinin izahı
Əksər insanlar pizzanı səhv yeyir. Bunu britaniyalı etiket üzrə mütəxəssis William Hanson bildirib. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, pizzanı ənənəvi olaraq əllə yemək düzgündür, lakin bunu da qaydasına uyğun etmək lazımdır. Məsələ nədən ibarətdir?. Restoranlarda bəzə
15.02.2026 561 90-cı illər geri döndü: 2026-nın yazında sınamağa dəyər ayaqqabılar (FOTO)
2026-cı ilin yaz-yay modası qadın ayaqqabısında 1990-cı illərdə populyar olan düz dabanlı ayaqqabılar ön planda olacaq. O dövrdə kino və şou-biznes ulduzları bu modellərə üstünlük verirdi. Bu yalnız modaya uyğun deyildi, həm də çox praktik idi. İndi isə bu trend yenidən podiumlara və gündəlik garderob
20.02.2026 710