Elgiz və Tolikdən sonra onların da verilişi bağlanacaq - ADLAR
Son günlər sosial şəbəkələrdə gedən müzakirələr və qalmaqallardan sonra iki veriliş - Elgizin həftəiçi hər gün ARB-də yayımlanan "Elgizlə izlə", Tolikin isə Space TV-də ekrana çıxan "Tarixin bir günü" proqramları bağlanıb.
Tribuna.az xəbər verir ki, bu hadisə təkcə bir proqramın bağlanması deyil. Bu, illərdir davam edən bir tendensiyanın - reytinq naminə etik çərçivələrin aşılması, şəxsi həyatların nümayişkaranə şəkildə müzakirəsi, qalmaqalın informasiya dəyərini üstələməsi - məntiqi nəticəsi kimi qiymətləndirilir.
Tamaşaçı artıq yorulub və bezib. Son illər Azərbaycan televiziya məkanında həm şou, həm də sosial adı altında təqdim olunan bir sıra proqramlar maarifləndirməkdən çox, sensasiya yaratmağa hesablanmış məzmunla yadda qalıb.
Ailə dramlarının efirə daşınması, insanların şəxsi faciələrinin studiya dekorasiyasına çevrilməsi, emosional manipulyasiyalar - bütün bunlar tamaşaçıda ciddi narazılıq formalaşdırıb.
Həmçinin belə verilişlərin aparıcılarının efirdə nöqsanlara yol verməsi, sosial şəbəkə hesablarında açdıqları canlı yayımlarda təhqiredici fikirlər səsləndirməsi ikrah hissi oyadırdı.
Elgiz-Tolik layihələrinin dayandırılması bu narazılığın ilk institusional reaksiyası kimi görünür.
Amma əsas sual indi yaranır:
Növbə kimindir?
Bu gün oxşar üslub və məzmun xətti ilə yayımlanan proqramlar hələ də efirdə qalmaqdadır.
Belə verilişlərdən biri də ATV kanalında Zaur Nəbioğlunun aparıcılıq etdiyi "Rəngarəng" verilişidir. Çağırılan qonaqların səviyyəsi, aparıcının verdiyi suallar, müzakirə olunan mövzular və bilərəkdən başladılan qalmaqallar mütəmadi narazılığa səbəb olur.
ARB kanalında Zaur Kamalın aparıcısı olduğu veriliş də tez-tez sosial şəbəkələrdə mübahisəli süjetləri ilə tənqid olunur.
Həmçinin ATV kanalında yayımlanan "Bizimləsən" proqramı və onun aparıcısı Zaur Baxşəliyev də dəfələrlə ictimai müzakirələrin hədəfinə çevrilib.
ARB TV-də yayımlanan "Səni axtarıram" layihəsi və aparıcısı Xoşqədəm Hidayətqızının da gündəmsə saxladığı, müzakirəyə çıxardığı şəxslər tez-tez tənqid edilib. Onun ailə və münasibət mövzularını dramatik təqdimat üslubu ilə gündəmdə saxlaması ikrah hissi oyadıb.
Xəzər TV ekranında Lalə Azərtaşın apardığı "Təsir dairəsi" proqramı ds zaman-zaman sərt ictimai reaksiyalarla qarşılanıb.
Media mütəxəssisləri hesab edir ki, bu kimi verilişlər zamanla efirdən yığılmalıdır. Bayağı şou və ailədaxili problemlərin sosial məsələ kimi gündəmə çevrilməsinim qarşısını ancaq bu formada almaq olar.
Mütəxəssislər hesab edir ki, narazılıq yaradan bu iki verilişin dayandırılması başlanğıcdır. Ardınca narazılıq yaradan digır şou və sosial verilişlər efirdən tamamilə yığışdırılacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1641 Tarix: 25 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi
14.11.2026 301 COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını
00:39 225 Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14.11.2026 257 Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub
Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo
14.11.2026 201 Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 287 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə
14.11.2026 375 "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
14.11.2026 239 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
14.11.2026 286 Ukraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14.11.2026 216