"İçəndə məni və uşaqlarımızı belə öldürə bilər"

"İçəndə məni və uşaqlarımızı belə öldürə bilər"Gəncədə həyat yoldaşına qarşı zorakılıq etmiş şəxs həbs edilib.

"Qafqazinfo" xəbər verir ki, şəhərin Gülüstan qəsəbəsində yaşayan qadın polisə müraciət edərək ərinin onu döydüyünü bildirib.

Aparılan araşdırmalar nəticəsində arvadını döyən şəxsin Kəlbəcər rayon sakini 1976-cı il təvəllüdlü R.Əhmədov olması müəyyənləşib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 157 (Döymə) və 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Saxlanılan şəxs arvadına əsəbiləşib onun başına bir sillə vurduğunu deyib. Qadın isə ərinin ona daha qəddar yanaşdığını qeyd edib: "Fevralın 18-də ərim evdə yaranmış mübahisə zamanı mənə və övladımıza qarşı nalayiq ifadələr işlətməyə başladı. Mənim başımı qolunun altına salaraq başıma 6-7 dəfə yumruq zərbələri vurdu. Bundan sonra qaçıb məhəlləyə çıxdım. O, bizi evdən qovduğu üçün oğlumla birlikdə baldızımgilə getdik. Sonra oğlumuza vatsap vasitəsilə səs göndərərək bizi söyüb təhqir etdi, öldürəcəyini bildirdi. Ərim içki aludəçisidir və içki içəndə tam fərqli bir adam olur, hətta məni və uşaqlarımızı belə öldürə bilər".

Gəncə Şəhər Məhkəməsinin qərarı ilə 50 yaşlı kişi 20 sutkalıq inzibati həbs edilib. O, müvəqqəti saxlanma yerinə yerləşdirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 868   Tarix: 26 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pakistan Əfqanıstanda üç hədəfə endirilən hava hücumlarında 28 nəfərin öldüyünü bildirib

Pakistanın informasiya nazirliyi bazar ertəsi günü bildirib ki, Əfqanıstanda üç hədəfə endirilən hava zərbələri nəticəsində 28 "terrorçu" və intiharçı öldürülüb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Pakistan Əfqanıstanda Əfqan taliblərinin mövqelərinə zərbələr endirib. Müəllif: İlki

21.09.2026 189
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. BİG.AZ bununla bağlı -a istinadə

21.09.2026 187
.

Rusiya Ukraynanın bu obyektlərini vurdu

Ukraynada gecə saatlarında bir sıra mühüm obyektlərə zərbələr endirilib. Rusiya tərəfi hücumların logistika mərkəzləri, limanlar və hərbi yüklərin daşındığı gəmilərə qarşı həyata keçirildiyini açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kiyev və Odessa vilayətlərind

21.09.2026 152
.

"Kurtlar Vadisi"nin "Ömer Baba"sından şok etiraf: "Şaşmaz qardaşları dürüst adamlar deyil"

Türkiyə televiziya tarixinin ən məşhur seriallarından olan "Kurtlar Vadisi"ndə "Ömer Baba" obrazını canlandıran aktyor Emin Olcay illər sonra çəkiliş meydançasında baş verənlərlə bağlı diqqətçəkən iddialar səsləndirib. yerli mediaya istinadla xəbər verir ki, Emin Olcay müsahibəsind

21.09.2026 245
.

"Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)

"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind

21.09.2026 272
.

Sabah 34° isti olacaq

Sentyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı

21.09.2026 183
.

İtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"

İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni

21.09.2026 128
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21.09.2026 247
.

4 il sonra qayıtdılar

Aktyor Elcan Rəsulov və aparıcı Kəmalə Piriyevanın rol aldığı "Bir kişi, bir qadın" serialı 4 illik fasilədən sonra yenidən qayıdır. Axşam.az xəbər verir ki, ekran işinin yeni bölümlərinin çəkilişlərinə artıq başlanılıb. Kəmalə və Elcan kamera qarşısına keçdikləri anları sosial şəbəkədə paylaşıblar

21.09.2026 236
.