Hamilələrin əksəriyyəti infeksion xəstəliklərdən əziyyət çəkir - VİDEO

Hamilələrin əksəriyyəti infeksion xəstəliklərdən əziyyət çəkir - VİDEOBu günlərdə Səhiyyə Nazirliyinin hamilə qadınlarla bağlı aparılan araşdırmalarının nəticələri açıqlandı. Bu ilin 11 ayı ərzində 173547 doğuşdan 24-ü ana ölümü ilə nəticələnib. Beşi paytaxtın payına düşən 24 ana ölümü ilə nəticələnən doğuşların 8-i qeysəriyyə əməliyyatı zamanı baş verib. Doğuşa Yardım Komissiyasının açıqlamasında bildirilir ki, müxtəlif səbəblərdən doğuş zamanı baş verən ana ölümlərinə görə, 10 həkim işdən kənarlaşdırılıb, 77-i müxtəlif qaydada cəzalandırılıb. Doğuş zamanı ana ölümünə səbəb kimi isə maraqlıdır ki, hamilə qadınların öz səhlənkarlığı göstərilir. Onların qeydiyyata vaxtında düşməməsi və hamiləliyin qadağan olunduğu xəstəlikləri daşıdıqları bildirilir. Elə Səhiyyə Nazirliyinin yeni açıqlamasında da doğuşa müraciət edən qadınların təhlükəli infeksiyaların daşıyıcıları olduğu barədə məlumat var.

Hamilə qadınların əksəriyyəti infeksion xəstəliklərdən əziyyət çəkir. Bəziləri bu xəstəliklərə tutulmasından xəbərsiz olsalar da, bəziləri bilərəkdən vaxtında lazımi müalicələr aparmır. Əsasən Hepatit B və C virusunu daşıyan hamilə qadınların dünyaya gətirdiyi uşaqlarda isə müxtəlif problemlər yaranır.

4 saylı doğum evinin baş həkimi Sevinc Məmmədovanın sözlərinə görə, bu virusları vaxtında aşkarlamaq üçün hamiləliyi planlaşdırmadan öncə lazımi yoxlamalardan keçməlidir. "Qaraciyər çatışmazlığı hamilələyi normal sürdürməyə imkan vermir, belə olan halda ananın sağlam uşaq doğuracağı sual altında olur".

Mütəxəssis deyir ki, hamilə qadınların 3 ayından etibarən qadın məsləhətxanalarında qeydiyyata düşməsi mütləqdir. Çünki, 9 ay ərzində qadında gedən bütün prosesləri qadın məsləhətxanalarının həkimləri nəzarətdə saxlayır və əgər hamilə qadının müxtəlif infeksiyaların daşıyıcısı olduğu məlum olursa, bu zaman onun hamiləliyi sonlandırmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1655   Tarix: 26 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957