Azərbaycanın dövlət ödəniş portalında yeni ödəniş metodları tətbiq olunacaq

Azərbaycanın dövlət ödəniş portalında yeni ödəniş metodları tətbiq olunacaqHökumət Ödəniş Portalına (HÖP) yaxın gələcəkdə sistem çərçivəsində əlavə ödəniş metodlarının (e-pul, ödəniş terminalları, smart-kartlarla inteqrasiya) tətbiqi və daha geniş funksional imkanların yaradılması nəzərdə tutulur.

BiG.AZ anspress.com-a istinadən bildirir ki, bu barədə SINAM şirkətinin məlumatında deyilir.

Portal SINAM şirkəti tərəfindən istifadəyə verilib. Hazırda portala 59 təşkilat qoşulub. Portal bir sıra nazirliklərə, Dövlət Gömrük Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna, Baş Dövlət Yol Polisinə, kommunal təşkilatlara və 46 maliyyə qurumuna (banklar, poçt) xidmət göstərir.

Sistem vasitəsi ilə ayda 70 milyona qədər məbləğdə ödənişlər yığılır və respublika büdcəsinə daxil edilir. Ödənişlər 1836 filialda real rejimdə fəaliyyət göstərən ödəniş məntəqələrində, 3286 bank əməliyyatçısı tərəfindən nağd şəkildə və POS terminallardan istifadə
edilməklə ödəniş kartları vasitəsilə toplanır.

Bundan əlavə, plastik kartlarla internet, bankomat vasitəsi ilə bank hesabından ödəniş etmək də mümkündür. HÖP sistemi bütün vergilərin, rüsumlarının və başqa ödənişlərin vahid bir portal vasitəsilə respublika büdcəsinə ödənilməsini və onların respublika xəzinədarlığına çatdırılmasını təmin edir. Layihənin birinci mərhələsi - KÖMİS sistemi 2008-cı ilin əvvəllərində SINAM şirkəti tərəfindən istifadəyə verilmişdir və kommunal ödənişlərin yığımını təmin edirdi. 2013-cü ildə isə bu sistem inkişaf etdirilərək Hökumət Ödəniş Portalına transformasiya edildi.

Sistem "Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı" çərçivəsində yaradılıb.

Ən müasir texnologiya və proqram təminatına əsaslanan bu sistemin istifadəyə verilməsi nəticəsində abonentlərə sistemə qoşulmuş maliyyə qurumlarının istənilən ödəniş xidməti nöqtəsində kommunal xidmət borcları haqqında tam informasiya almaq və istənilən ödəniş mexanizmləri (nağd yolla, plastic kartlar, bank köçürmələri, "Internet Banking") vasitəsilə ödəniş aparmaq imkanı yaradılıb.

Sistemə qoşulmuş kütləvi xidmət müəssisələrinin xeyrinə qəbul edilən ödənişlər haqqında məlumatlar 30 saniyə ərzində həmin təşkilatlara çatdırılır. Eyni zamanda iştirakçı təşkilatların daxili informasiya sistemi ilə yaradılmış yüksək səviyyəli məlumat mübadiləsi interfeysi vasitəsilə bu təşkilatların elektron abonent bazasında baş verən dəyişikliklər real rejimdə mərkəzi informasiya bazasına ötürülür.

Sistemə qoşulan təşkilatlar üçün baş vermiş ödənişlər haqqında real vaxt rejimində bildirişlər almaq, bank hesablarına maksimal sürətlə çatdırılma, şəffaf statistik hesabatlar, onların daxili uçot sistemləri ilə inteqrasiya imkanları təmin edilib.

Sistem Elektron Hökumət konsepsiyasının əsas komponentlərindəndir və respublikada nağdsız ödənişlərin inkişafına xidmət edir.

Müştərilər üçün rahat mühit, bütün ödənişlərin vahid pəncərədən ödənilməsi, ödəniş çeklərinin çap olunması və e-mail göndərilməsi, arxivin izlənməsi, yaranmış borc haqqında sms və e-mail bildirişlər göndərilməsi, borcların onlayn rejimində öyrənilməsi imkanları yaradılıb.

Sistemin şəbəkəsi və istifadəçilərin mərkəzi servermə bağlantısı respublikada mövcud olan ən təhlükəsiz şəbəkə üzərində qurulub.

Məlumatların təhlükəsiz ötürülməsinin təmin edilməsi üçün elektron açar və elektron imzadan istifadə olunur.

Sistemdə hər bir istifadəçinin səlahiyyətləri və məlumatlarının məxfiliyi qorunur.

Sistemin geniş analitik imkanlara malik olması, istifadəçilər üçün mövcud məlumatlar əsasında müxtəlif analitik hesabatlar hazırlamasına imkan yaradır, şəffaflığı artırır.

Şübhəsiz ki, belə bir sistem həm ödəyicilər, həm hökumət təşkilatları, həm də maliyyə qurumları üçün çox faydalıdır. Sistemin respublikada tətbiqi maliyyə və bank sektorunun inkişafına, nağdsız ödənişlərin həcminin artmasına, şəffaflığın inkişafına və digər mühüm problemlərin həllinə təkan verməsi cəhətdən respublikada elektron hökumətin yaradılmasına öz töhfəsini verməkdədir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2187   Tarix: 21 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Evdə tək"in ulduzları 35 il sonra görüşdü - Fotolar

90-cı illərin məşhur komediya filmi olan "Evdə tək"in aktyorları Makoley Kalkin, Co Peşi və Daniel Sternin yenidən bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyorlar 35 ildən sonra görüşüblər. Həmin anları əks etdirən görüntülər sosial mediada yayılıb

12:24 158
.

Alp dağlarında dəhşət: xizəkçi dik yamacdan yıxıldı

Fransa Alp dağlarında bir xizəkçi dik yamacdan yıxılaraq ölüb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Sun qəzeti məlumat yayıb. 24 yaşlı britaniyalı xizəkçi tarazlığını itirərək 300 metr hündürlükdən yıxılıb. Hadisə yerində xizəkçi ürək tutması keçirib. Polis və təcili tibbi yardım işçilər

12:17 107
.

AYNA-nın avtobusu qəzaya düşdü

BİG.AZ xəbər verir ki, bu gün saat 19:35 radələrində Bakı-Sumqayıt istiqaməti üzrə hərəkət edən 595 saylı avtobus Biləcəri ərazisində minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, qəza mini

18.12.2025 408
.

Bir rəqəm səhvi, böyük problem: pulu necə geri almaq olar?

Bəzən başqa birinin kartına pul göndərərkən kart nömrəsini səhv yaza bilərik. Məbləğ kiçik olanda vətəndaşlar pulun geri qaytarılması üçün banka müraciət etmirlər. Lakin məbləğ çox olanda isə bu hal vətəndaşları narahat edir. Belə bir hal baş verəndə nə etmək lazımdır? Bu pulu geri qaytarmaq mümkündürmü?

18.12.2025 308
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

18.12.2025 261
.

"Sizin heç birinizə borcum yoxdur" - Zaur özündən çıxdı

"Nə mənim, nə də çalışdığım kanalın heç kəsə borcu yoxdur. Bura gələn insanlar dərdlərini danışır, biz də qurumlardan xahiş edib onu həll edirik. Kiminsə "Mənə bunu etmədiniz" deyib gileylənməyə haqqı yoxdur. Mən də insanam. xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev deyib. O

18.12.2025 530
.

Mobil operatorların illərdir iflic olan zəng mərkəzləri... Tarıma çəkilən əsəblər, saatlarla xəttdə gözləyən abonentlər

İllərdir mobil operatorların telefon mərkəzlərinə zəng etdikdə abonentlər ən azı 30-40 dəqiqə xəttdə gözləyirlər. Zəng zamanı abunəçilər sözün əsl mənasında operatora bağlanmaq uğrunda mübarizə aparırlar. Mobil rabitə sahəsində qiymətlərin günü-gündən bahalaşdığına baxmayaraq, xidmət səviyyəsi və keyfiyyə

12:09 148
.

Ukrayna üçün milyardlıq kredit: Avropada çat yaranır

Macarıstan, Çexiya və Slovakiya 2026-2027-ci illər üçün Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq sıfır faizli kreditdə iştirakdan qanuni şəkildə imtina ediblər. xarici mediaya istinadən xəbər verir ki, bu barədə TASS Avropa İttifaqının (Aİ) Ukrayna üzrə sammitinin yekun bəyanatına əsasə

10:45 142
.

1 milyon manatlıq dələduzluq edənlərə HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə "056" avto salonunun sahibləri, 14 nəfərə qarşı bir milyon manatlıq dələduzluq edən Fərid Cəlalov və Kamil Habillinin cinayət işi üzrə məhkəmədə hökm oxunub. xəbər verir ki, məhkəmə Kamil Habillinin və Fərid Cəlalovu

18.12.2025 244
.

TOP MP3