Şakira:"Qulaqlarımdan zəhləm gedir"

Şakira:"Qulaqlarımdan zəhləm gedir"50 ildən sonra sizə "Şakira haqqında nə eşitmisən?" sualını versələr, cavabların 90 faizi eyni olacaq. Onun rəqsi qüsursuzdur...

Ərəb dilindən adının tərcüməsi mərhəmətli qadın deməkdir. O, çox seksual və gözəl anadır. Bilirəm, indi deyəcəksiniz ki, bütün qadınları belə tərifləyirsən. Amma kişilərin ona olan vurğunluğunu nəzərə alsaq, heç də haqsız deyiləm. Yəni, bu məsələdə kişilərin fikri daha önəmli sayılır, nəyin ki, biz qadınların...

Şakira 1977-ci ildə fevralın 2-də Kolumbiyada dünyaya gəlib. Atası livanlı, anası isə italyan, ispan əsillidir. Uşaqlığı kitabların və latın Amerika ritmlərinin arasında keçib. 4 yaşında tam hazır olsa da, qaydalar onu məktəbə yazılmağa icazə vermir. 5 yaşından şeirlər yazmağa başlayır. Validenyləri qızcığazın ya şair, ya da rəssam, müəlliməsi isə balerina olacağını düşünür. Şakira isə müğəniliyi seçir. İlk bəstəsini də atasına həsr edir. Amma nə ilk albomu, nə də ikinci albomu ona uğur gətirmir. Səsyazma studiyası ona 3-cü və sonuncu şansı verir. Məhz bu albomla Şakira Amerikada tanınmağa başlayır. Artıq 2001-ci ildə Şakira "Laundry Service" albomunu çıxarır. Hansı ki, qasırğa kimi şou-biznesin ilk cərgələrinə daxil olur, gur səsi ilə səhnəni fəth edir.
Məktəb dostlarının çoxu səsinin heyvan səsinə bənzədiyini deyib, Şakiranı ağladardılar. Hətta ona məktəb xorunda oxumağa icazə verilmirdi. O, isə nəyin ki, tanınmış musiqiçi olmaqla kifayətlənir, həmçinin 2006-cı ildə "Google"-da ən çox adı axtarılan qadın olur. Dediyinə görə məşhur olacağını uşaqlıqdan hiss edirmiş. Boyu cəmi 157 sm-dir. Kişilər bu sarışına valeh olsalar da, saçlarının təbii rəngi qaradır.
"Kolumbiyada uşaqlar gəzməkdən əvvəl rəqs etməyi öyrənirlər!"

Musiqi həyatındakı uğurlarını rəqslərinə borcludur. Rəqs etməyi 4 yaşında nənəsindən öyrənib. Kiçik yaşlarında bir dəfə atası onu şərq restoranına aparır. Ərəb rəqsləri ilə ilk dəfə orada tanış olur, əslində, aşiq olur... Şərq rəqslərini livanlı nənəsindən öyrənir. Lakin elə düşünməyin ki, o, təkcə rəqqasəliklə məşğul olub, savadsızdır. 140 İQ səviyyəsi ilə musiqi dünyasının ən ağıllı qadınlarından biri hesab olunur. İspan, ərəb, ingilis, italyan və portuqal dillərini mükəmməl bilir.

2 yaşında əlifbanı, 3 yaşında isə rəqəmləri saymağı öyrənib. İlk mahnısını 7 yaşında olarkən bəstələyib. İlk müqaviləsini 10 yaşında bağlayır. İlk albomunu 13 yaşında buraxır. İkinci albomunu 15 yaşında çıxarır. 14 aylıq dünya turunda 130 konsert verib.

17 yaşında atasının xırdavat dükanı bağlananda ailəsini dolandırmaqdan ötrü "El Oasis" serialında çəkilib. İlham pərilərinəehtiyac duyduğu üçün uzun müddət Himalay dağlarında yaşayıb. Texnologiya ilham pərilərini də meqapolisdən uzaqlaşdırıb...

Bir dəfə Şakira başqa şəhərdən Kolumbiyaya qayıdarkən hava limanında mahnıları olan çamadanını itirir. Bu hadisə albom hazırlıqları ərəfəsində baş verir. Bütün mahnıları yenidən yadına salıb nota köçürmək məcburiyyətində qalır. Bu hadisə onun həyatında ən acınacaqlı və ağır hadisə kimi iz qoyub. Bəzi mahnıları çoxdan, bəziləri isə yeni yazılmışdı. Buna baxmayaraq, hamısını nota köçürə bilir.

Xeyirxah və yardım sevər olduğu üçün haqqında "qanadsız mələk" ifadəsi də işlədilir. Afrikada yoxsul ölkələrə yardım üçün keçirilən konsertlərdə səhnəyə çıxır.

"Özümü xilaskar hiss etmirəm, düzü bu barədə heç fikirləşmirəm. Bilirəm ki, ehtiyacı olanlara kömək etmək lazımdır!"

Konsertdən əvvəl dua edib şounun necə keçəcəyini təsəvvür edir. Bazar günləri okeanda gəzməyi xoşlayır. İnsanları çox sevir, ölümdən isə çox qorxur...

Getdiyim bütün şəhərlərdə kobud, sərt botanik kimi davranıram: görməli yerləri, bütün muzeyləri gəzirəm. Həmin yerlərin tarixi və mədəniyyəti ilə maraqlanıram.
"Hamının gözü önündə olan münasibəti davam etdirmək çətindir. Üstəlik sevdiyiniz insan, əhəmiyyətli və tanınmış biridirsə, iki qat güc, səbir tələb olunur".
Argentinanın sabiq lideri Fernando de la Rua ilə Şakiranın sevgilisi olub. Onların sevgili olması böyük ajotaja səbəb olmuşdu. Çoxları bu sevginin karyerasına son qoyacağını söyləyirdi. Sevdiyi insan uğrunda mübarizə aparıb siyasətin onlara mane olmadığını sübut etsə də, 11 il birlikdə olduqdan sonra ayrılırlar. Antonio de la Rua Şakiraya iri qaşlı almaz üzük bağışlayır. Hətta toyun tarixini də elan edirlər. Amma toy baş tutmur.

İspaniyanın ən ehtiraslı cütlüyü

Bu hadisədən sonra Şakira uzun müddət heç kimlə görüşmür. Ta ki, Barselona klubunun müdafiəçisi Jerar Pike ilə tanış olana qədər. Jerar Pike və Şakira 2010-ci ildə futbol üzrə dünya çempionatında tanış olurlar. Çempionatın himni olan "Waka Waka" mahnısının klipində İspaniya yığmasının müdafiəçisi də iştirak edir. Onlar bir-birini ilk dəfə görürdülər. Şakira ikimetrlik xarizmatik futbolçuya məftun olur. Bundan sonra müsahibələrdə dəfələrlə onun adını çəkir. Amma onların münasibətlərinin real olacağına heç kim inanmırdı. Belə ki, futbolçu Kolumbiya gözəlindən 10 yaş kiçikdir. 2012-ci ilin yayında isə cütlük ana və ata olmağa hazırlaşdığını elan edir. 2013-cü ildə cütlüyün ilk övladı Milan dünyaya gəlir. Doğuş Barselonada özəl klinikaların birində baş tutur.

Gözəllik sirləri

Şakiranın qulaqlarından zəhləsi gedir. Saçlarını heç vaxt yığmamasının əsas səbəbi də elə budur. Hətta saçını yığanda da qulaqlarını örtür. Makiyajsız gəzməyə üstünlük versə də, kosmetikaları xoşlayır. İfaçı olmasaydı, heç tərəddüd etmədən vizajist olardı.

Gözəlliyinin ilk sirri şərq rəqsləridir. Rəqslərin köməyi ilə musiqinin ritmlərini daha tez tutur. Elə düşünməyin ki, o bir mükəmməl hərəkətin üzərində saatlarla məşq edir. Üstəlik rəqslər emosional durumuna müsbət təsir edir, sağlamlığını yaxşılaşdırır.

Gözəlliyinin ikinci sirri SPA və kosmetik prosedurlardır. SPA yağları parçalamağa və maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Müxtəlif aroma yağları, dəniz yosunları, dəniz duzu və gillə masajı xoşlayır.

Gözəlliyinin sonuncu sirri isə sağlam həyat tərzidir.

"Bədənimin ən gözəl yeri ağlım və beynimdir!"

Övladını dünyaya gətirdikdən sonra Şakira mükəmməl bədəni və əzələləri ilə gənc qızları da qısqandıra bilər. Hamiləliyi ərzində müxtəlif məşqlər edib, bu da artıq çəki almağa qoymayıb. Oğlu Milana qovuşduqdan sonra mütəmadi olaraq məşqlərə davam edib. Hamiləlikdə aldığı çəkiləri atmaq üçün sağlam, vitaminli, minerallarla zəngin qidalara üstünlük verib.

Şokoladı çox xoşlayır, lap balaca uşaqlar kimi... Pəhriz saxlasa da, şirniyyatdan imtina edə bilməz. Zinət əşyalarına isə nifrət edir. Bir çox həmkarları kimi spritli içkilərə meylli deyil, qəhvə içmir, siqaret çəkmir.

Qarderobunun çoxunu sport geyimlər təşkil etsə də, hündür daban ayaqqabılara və ətəklərə də rast gəlmək olar. Bunları adətən o, vacib tədbirlərdə geyinir. Geyim çox darıxdırıcı görünürsə, obrazına qiymətli zinət əşyaları da əlavə edir. Boyu balaca olduğu üçün platforma ayaqqabı modellərinə müraciət edir. Stili yaradıcılığı ərzində bir neçə dəyişikliyə məruz qalıb. Əvvəllər dar cinslər geyinir, müğənni beləcə bədəninin ən cazibədar hissəsini nümayiş etdirirdi. Daha sonra ətəyə oxşayan enli şalvarlar və cırıq, dəlikləri olan şalvarlar geyinib. İndiki stili isə əvvəlki ilə müqayisədə daha yaxşıdır.

Günəş eynəkləri taxmadan evdən çıxmır. Qeyri-adi aksessuarlar ulduzun fantastik obrazını tamamlayır. Xüsusilə muncuq sırğalar, bilərzik və üzükləri çox sevir. Təbii ki, şərq tərzində kəmərləri də. Məhz kəmər onun səhnə obrazlarında mühüm rol oynayır. Demək olar ki, hər konsertdə onları geyir. Əllərinə çoxsaylı bilərziklər və qəribə əlcəklər taxır. Bəzən də tamaşaçıların qarşısına çox ekstravaqant və vamp paltarda çıxır.

"Makiyaj olmadan küçəyə çıxmıram. Mən axı qadınam, başa düşürsünüz?"

"Pike məni Allaha inandıra bildi! Düşünürəm ki, Allahın varlığını ancaq məhəbbət vasitəsi ilə sübut etmək mümkündür. Vaxtilə Tanrıya inamımı tamam itirmişdim . Bu, mənim üçün çox ağır idi, çünki həmişə dinə bağlı olmuşam. Bir neçə il ərzində ona inanmırdım. Bəlkə ona görə ki, həyatımda məhəbbət yox idi. Jerarla qarşılaşmaq günəşi görmək kimi idi... Əgər bizi, sevgi bağlayırsa, uzaqda olsa da, mənə heç vaxt xəyanət etməyəcək və buna çox inanıram!

Həyatın yeni ritminə hələ də uyğunlaşmağa çalışıram. Analıq hissi möhtəşəm duyğudur. Əlbəttə ki, biz gələcəkdə daha bir övlad sahibi olmaq istəyirik. Hazırda isə mümkün deyil. Toy üçün vaxt yetişməyib. Bütün sevgimiz və dünyamız Milan ətrafında cəmləşib".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4314   Tarix: 22 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

TOP MP3