Güləş qaydaları dəyişdirildi

Güləş qaydaları dəyişdirildiBeynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) çəki dərəcələrində, qaydalarda və yarışların keçirilmə formatında dəyişiklikləri açıqlayıb. BiG.AZ-ın məlumatına görə, FİLA rəsmi saytı vasitəsilə bu dəyişikliklərin 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcəyini elan edib.

Bu idman növünün daha maraqlı və cəlbedici olması üçün addımlar atan qurum seçimlərdə bir sıra mütəxəssislərin rəyini əsas tutub. Yeniliklər Rio-de-Janeyro-2016-da da qüvvədə olacaq.

Belə ki, 4 illiyin ən nüfuzlu yarışında sərbəst güləşçilər 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq və 125 kq çəki dərəcələrində mübarizə aparacaqlar. Yunan-Roma güləşində 59 kq, 66 kq, 75 kq, 85 kq, 98 kq və 130 kq çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək. Qadın idmançıların mübarizəsi isə 48 kq, 53 kq, 58 kq, 63 kq, 69 kq və 75 kq çəki dərəcələri üzrə olacaq. Digər yarışlarda FİLA hər növdə 2 əlavə çəki dərəcəsi də tətbiq edəcək.

Güləşin qaydaları da müəyyən dəyişikliklərə məruz qalıb. Təmiz qələbə üçün sərbəst güləşdə 10 xal fərqə, yunan-Roma güləşində isə 8 xala nail olmaq lazımdır. Birincilər hər aşırmada 4 xal qazanacaq, ikincilərdə bu qədər xal rəqibi saxlama fəndi və aşırma üçün veriləcək. Rəqibə effektli fənd tətbiq etməyə 5 xal veriləcək. Hakimin fitindən öncə mübarizəyə başlamaq indiki kimi 2 deyil, 1 xalın silinməsi ilə əvəz olunub. Yunan-Roma güləşində hesab 0:0 olarsa, sonuncu xəbərdarlıq alana məğlubiyyət veriləcək. Bundan başqa, komanda yarışlarında qələbənin hesablanması qaydalarını da yenidən müzakirə olunub.

Qeyd edək ki, buna kimi Olimpiadada sərbəst və Yunan-Roma güləşçiləri 7, qadın idmançılar 4 çəki dərəcəsində qalibi müəyyənləşdirirdilər.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 2852   Tarix: 21 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Fransalı futbolçunun məşq zamanı ayağı sınıb

Fransanın "Lans" komandasının futbolçusu Conatan Qradinin məşq zamanı ayağı iki yerdən sınıb. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı fransalı müdafiəçi əməliyyat olunduqdan sonra uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Qeyd edək ki

30.11.2025 376
.

"Beşiktaş" dopinqə görə cəza alan futbolçunu transfer etmək istəyir

"Çelsi"nin ukraynalı vingeri Mixail Mudrik qış transfer pəncərəsində klubunu dəyişə bilər. "Eagle Media"ya istinadən xəbər verir ki, "Beşiktaş" futbolçuya ciddi maraq göstərir və onunla bağlı vəziyyəti diqqətlə izləyir. İstanbul klubunun rəhbərliyi yanvarda danışıqları aktivləşdirməy

13.12.2025 432
.

"Qarabağ" Medinanın durumunu açıqladı

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirilən "Napoli" – "Qarabağ" matçının 50-ci dəqiqəsində Kevin Medina rəqib komandanın atdığı top zərbəsindən sonra yıxılaraq huşunu itirib və meydandan çıxarılıb. Qaynarinfo xəbər verir ki, "Qarabağ" klub

26.11.2025 624
.

"Mançester Siti" 115 milyon avro qiyməti olan futbolçunu transfer etmək istəyir

İngiltərənin "Mançester Siti" klubu Premyer Liqanın digər təmsilçisi "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersonu transfer etmək istəyir. "Report" "Football Insider"ə istinadən xəbər verir ki, Nottingem klubu futbolçusuna 115 milyon avro qiymət müəyyənləşdirib

06.12.2025 519
.

Yuri Vernidub: "Yaxın vaxtlarda hər hansı transferin həyata keçirilməsi gündəmdə deyil"

"İndi turnir cədvəlində yerimiz yaxşı deyil, amma mövsümün sonunda mütləq ön pillələrdə olmalıyıq". xəbər verir ki, "Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub bu barədə paytaxt təmsilçisinin rəsmi saytına müsahibəsində qeyd edib. O bildirib ki, heyət çox keyfiyyətli futbolçularda

13.12.2025 419
.

Məşhur amerikalı güləşçi peşəkar karyerasını başa vurub

Məşhur amerikalı güləşçi Con Sina peşəkar karyerasını başa vurub. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı idmançı dekabrın 14-nə keçən gecə "World Wrestling Entertainment" (WWE) promouşenində son görüşünü keçirib. ABŞ-nin paytaxtı Vaşinqtonda "Kepital Uan-Arena"d

14.12.2025 533
.

Messi 2026-cı il dünya çempionatında iştirak edəcək?

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messinin 2026-cı il dünya çempionatında iştirak perspektivləri ilə bağlı şərh verib. Bu barədə -a istinadən xəbər verir. "Orada olub-olmayacağına özü qərar verəcək və istənilən halda biz onun qərarını dəstəkləyəcəyik. Hə

06.12.2025 614
.

"Fənərbağça" və "Qalatasaray" Superliqada 137-ci dəfə üz-üzə gələcəklər

Futbol üzrə Türkiyə Superliqasında bu gün İstanbul derbisi keçiriləcək. "Report"un məlumatına görə, "Fənərbağça" doğma azarkeşləri önündə "Qalatasaray"ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Tərəflər Superliqa tarixində 137-ci dəfə qarşılaşacaqlar

01.12.2025 475
.

İdmançı qadının 100 minlik dələduzluq iddiası təsdiqlənmədi, müqəssirin ittihamı yüngülləşdirildi

Külli miqdarda dələduzluqda və psixotrop maddə əldə etmədə təqsirləndirilən 1992-ci il təvəllüdlü Məhəmməd Abışovun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində başa çatıb. BİG.AZ "Teleqraf"a istinadla xəbər verir ki, istintaq materiallarına əsasən Məhəmməd Abışo

29.11.2025 371
.

TOP MP3