İdmançı qadının 100 minlik dələduzluq iddiası təsdiqlənmədi, müqəssirin ittihamı yüngülləşdirildi
Külli miqdarda dələduzluqda və psixotrop maddə əldə etmədə təqsirləndirilən 1992-ci il təvəllüdlü Məhəmməd Abışovun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində başa çatıb.
BiG.AZ "Teleqraf"a istinadla xəbər verir ki, istintaq materiallarına əsasən Məhəmməd Abışov müxtəlif dövlət qurumlarında tanışlarının olduğunu deyərək bir neçə nəfərin etibarından sui-istifadə etməklə onlara qarşı dələduzluq etməkdə təqsirləndirilir.
İttihama görə, Məhəmməd Abışov sertifikasiya imtahanında uğursuz nəticə aldığı üçün işdən xaric edilən müəllimin vəzifəyə bərpa olunmasına kömək edəcəyi vədi ilə 7 min manat alıb. Başqa bir nəfərdən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən torpaq sahəsinə çıxarış alınması üçün 5 min manat, digər zərərçəkmişdən isə torpağa çıxarış vədi ilə 23 min manat alıb.
Məhəmməd Abışova qarşı irəli sürülmüş əsas ittiham isə külli miqdarda dələduzluq epizodudur. İttihama görə, o, Sevinc Dadaşova adlı xanıma özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək 100 min manat alıb.
Sevinc Dadaşovanın 3 nəfərdə külli miqdarda pulu olub. Məhəmməd Abışov həmin şəxslərdən pulu alacağını, qarşılığında isə ödəniş kimi 100 min manat istəyib. Zərərçəkmiş məhkəmədə 300 min manatdan çox pulunun mənimsənildiyini bildirib.
M.Abışov saxlanılan zaman yaşadığı ünvana baxış zamanı metamfetamin aşkar edilərək götürülüb.
100 min manat ziyan dəymiş idmançı Sevinc Dadaşova məhkəmədə bildirib ki, M.Abışova işi "həll etmək" adı ilə pulu avtomobildə təhvil alıb və daha sonra əlaqələri kəsib. Zərərçəkmiş bildirib ki, Abışovdan pulu və sənədləri tələb edərkən "mənim sənə verəsi heç nəyim yoxdur" cavabını alıb və bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edib.
Zərərçəkmiş Sevinc Dadaşova şirkətlərdən birində mühasib işlədiyini, həmçinin idmançı kimi yarışlarda iştirak etdiyini, qeyd edilən məbləğdəki pulları bu yolla qazandığını bildirib.
Məhkəmə araşdırması zamanı Məhəmməd Abışovun barəsində ittihamın bir hissəsi yüngülləşdirilib.
Məhkəmə belə qənaətə gəlib ki, M.Abışovun Sevinc Dadaşovadan 100 min manat alması sübuta yetirilmir.
Lakin digər epizodlar üzrə ittihamlara görə Məhəmməd Abışova cəza təyin edilib. Həmin zərərçəkmişlərin bəziləri ilə də barışıq əldə edilib.
M.Abışova qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi sübuta yetirilmədiyi üçün ittiham 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilib.
M.Abışov xeyli miqdarda təkrar dələduzluq və narkotik ittihamları üzrə 4 il müddətinə azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 711 Tarix: 29 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir
İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"da çıxış edən futbolçu David Otorbini heyətinə qatmaq istəyir. "Report" "Tribuna Deportiva" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı hücumçuya görə 30 milyon avro ödəmək niyyətindədir
24.10.2026 639 Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda
20.10.2026 769 Prezident Əhmədə nə dedi? - Fotolar
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Prezident əvvəlcə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb
05.10.2026 798 UEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. BİG.AZ report-a istinadən xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə "Vikinq"in qonağı olacaq. Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-d
04.11.2026 324 Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyal
09.10.2026 955 İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı
"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta
26.10.2026 601 Argentina milli komandasının qapıçısı: "Messi bizə hər şeyi öyrətdi"
Argentina yığmasının və Londonun "Çelsi" futbol klubunun qapıçısı Emiliano Martines Lionel Messinin onun üçün bir nümunə olduğunu bildirib. Bu barədə "Marca" nəşrinə istinadən xəbər verir. "Mən də eynilə Messi kimi getmək istərdim. O, bizə hər şeyi öyrətdi: uğursuzluğa düça
31.10.2026 442 Kriştianu Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
Beşqat "Qızıl top" sahibi və futbol tarixinin ən məhsuldar qolçularından olan portuqaliyalı hücumçu Kriştianu Ronaldu ümumi qazancı 2 milyard dollara çatan ilk aktiv idmançı olub. xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Nəşrin qiymətləndirməsinə görə, futbolçu 2026/2027-c
25.10.2026 645 Zlatan İbrahimoviç 7 milyonluq avtomobil aldı - Fotolar
Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat)"Ferrari F80" alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. "Milan"da yüksək səviyyəli məsləhətçi vəzifəsində çalışan 45 yaşlı isveçli futbol əfsanəsi yeni avtomobilini
05.10.2026 925