Dünyanın yeddi inanılmaz ofisi

BiG.AZ banker.az-a istinadən bildirir ki, ofislərdə çalışan insanlar həftənin 40 saatını burada keçirirlər və adətən mümkün olduğu qədər evə tez getməyə çalışırlar. Lakin elə ofislərdə mövcuddur ki, işçilər burada məmnuniyyətlə və heç bir məcburiyyət olmadan 60 saat və ya daha çox qalmağa hazırdırlar.

Və yəqin ki, bəzi insanlar bu qeyri-adi ofislərə həmişəlik olaraq köçməyə etiraz etməzdilər. Çünki bu rahatlıq evdə çətin ki tapılsın.

Yaradıcı və unikal mühit ən tənbəl işçini belə işguzar birinə çevirə bilər. Bir çox uğurlu şirkət sahibləri ofisin işçilər üçün rahatlılığına diqqət yetirilməməsinin yol verilməz hal olduğunu hesab edirlər.
Şotlandiyada Skyscanner baş qərargahı

Dünyanın yeddi inanılmaz ofisiSkyscanner Edinburqda aviabiletlərin onlayn satışı şirkətidir. Bu ofisdə rəhbərlik və işçilər arasında sərhəd yoxdur və işçilər gün ərzində özləri üçün rahat olan istənilən yerdə işləyə və istədikləri insanlarla ünsiyyət qura bilərlər. Ballina Construction və Bright 3D dizayn-studiyaları şirkətin xüsusi fəaliyyətindən ilhamlanaraq ofisdə gerçək təyyarə oturacaqları və çıxışda təyyarə qanadı quraşdırmışlar. Bu şirkətdə həmçinin ən ekzotik ölkələrə belə ucuz qiymətə biletlər əldə etmək mümkündür.
Danimarka LEGO ofisi

Dünyanın yeddi inanılmaz ofisiDanimarka da yerləşən LEGO baş-qərargahını darıxdırıcı, mənasız yer adlandırmaq qeyri-mümkündür. Rosan Bosch dizayn-studiyası ən qeyri-adi və parlaq elementlərlə bu ofisi zənginləşdirib. Belə ki, bu elementlər insanlara həyatın bir oyuncaq olduğunu və bəzən özünü kiçik bir uşaq hesab edib dünyaya fərqli gözlə baxmaq lazım olduğunu xatırladır. Ofisin mərkəzi açıq planda yaradılıb və qeyri-rəsmi görüşlər üçün nəzərdə tutulub. Hər bir əməkdaşın sərt, ciddi şəraitdə, yaxud da rahat divanlarda əyləşərək işləməyi seçmək şansı var. Danışıq zallarında isə əməkdaşların qarşısında uşaqlara aid rəngarəng kublar və digər oyuncaqlar qoyulur. Bu ofisi gördükdə buranın iş yeri yaxud da əyləncə məkanının olmasını ayırd etmək çətindir.
Stokholmda Bahnhof ofisi

Dünyanın yeddi inanılmaz ofisiİsveçin internet-provayder şirkəti olan Bahnhofun əməkdaşları güman ki, özlərini kifayət qədər təhlükəsiz bir şəraitdə hiss edirlər. Çünki bu ofis bütünlüklə bir bomba sığınacağında yerləşir. Güclü elektrogeneratorlar, gülləkeçirməz seyflər bu ofisi dünyanın ən təhlükəsiz bir yeri hesab etmək imkanı verir. Şirkət Albert France-Lanord Аrchitects tərəfindən dizayn edilmiş və mebellərdən, bəzək əşyalarından çox az istifadə olunmuşdur. Xırda ölçülü mebellərdən və qeyri-adi işıqlandırmadan istifadə etməklə bir az tutqunluq-qaranlıq məkan effekti yaradılıb –belə ofis məxfi kəşfiyyat xidməti və ya məkrli planlar üzərində işləyən gizli bir təşkilat üçün əla sığınacaq olardı. Amma əməkdaşlar kifayət qədər sülhpərvər və mehriban görünürlər. Ola bilsin ki, günəş şüalarının çatışmazlığı çoxlu sayda təbii bitkilərin mövcudluğu ilə kompensasiya olunur.
Los-Ancelesdə Palotta Team Works ofisi

Dünyanın yeddi inanılmaz ofisiPallotta TeamWorks xeyriyyə təşkilatının ofis dizaynı ilə məşğul olan Clive Wilkinson Architects studiyasının dediklərinə görə büdcə həddindən artıq məhdud olduğu üçün ofis üçün kondisioner və istilik qurğuları belə quraşdırılmayıb. Burada normal bir ofisdən söz belə gedə bilməzdi və yük konteynerləri yenidən rənglənərək kabinetlərə və görüş otaqlarına çevrildi. Buna baxmayaraq orijinal, müasir, qənaətcil ofis yaradıldı və görünür bu haldan narazı olan yoxdur.
Kaliforniyada Pixar baş-qərargahı

Dünyanın yeddi inanılmaz ofisiKaliforniyanın Emervill şəhərciyində heyrətamiz ofis olan Pixar yerləşir. Ofisə ilk daxil olduqda sizi animasiya studiyasının simvolu olan nəhəng lampa qarşılayacaq. Daxildə isə hər bir otaq özünəməxsus təsis edilib və sizi inanılmaz nağıl sərgüzəştlərinə dəvət edir. Ofisin hər yerində məşhur personajların şəkillərinə, ətrafa səpələnmiş yumşaq oyuncaqlara rast gəlmək mümkündür. Rəngarəng divarlar isə məşhur cizgi filmlərinin şəkilləri və posterləri ilə bəzədilmişdir. Pixarın əməkdaşları istənilən vaxt özlərinə fasilə verərək bilyard, stolüstü tennis yaxud futbol oynaya bilərlər. Həmçinin onlar rahat bağçada nahar edib, böyük açıq hovuzda dincələ bilərlər. Studiyanın şəxsi kinoteatrı da işçilərin ixtiyarına verilmişdir.
Torontoda Corus Entertainment ofisi

Dünyanın yeddi inanılmaz ofisiMəşhur Kanada media holdinqi olan Corus Entertainment daha çox qapalı su hovuzunu xatırladır. Bura gələn qonaqları əsasən üçüncü mərtəbə səviyyəsində yaradılan attraksion cəlb edir və bu attraksiondan eniş heç də rahat hovuza olmayacaq. Memar Jack Diamands bu iş üzərində çox çalışmış və nəticədə insanlarda güclü təəssürat yaradan bir iş ərsəyə gətirmişdir. Böyük atriumun ətrafında saysız telestudiyalar, görüşlər keçirmək üçün rahat divanlar yerləşmişdir. Ontario gölünün mənzərəsi isə möhtəşəm görüntü yaradır.
Madriddə meşə içində Selgas Cano studiyası

Dünyanın yeddi inanılmaz ofisiİnsana bundan da artıq sakitlik gətirən iş mühitini təsəvvür etmək çətindir. İspan memarlıq studiyası olan Selgas Canon-un ofisini sanki hər hansı bir meşənin mərkəzində yerləşdirib. Mümkündür ki, bu şirkətin əməkdaşları gün boyu iş şəraitində, yaxud meşədə dostları və ailələri ilə piknikdə olduqlarını ayırd edə bilməsinlər.

Bu çətin proyekti şirkət öz gücü hesabına ərsəyə gətirdi və bu portfolio üçün gözəl nümunədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4768   Tarix: 17 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505