Universitet müəllimlərinin maaşları yeni meyarlarla müəyyənləşdiriləcək
Azərbaycanda ali məktəb müəllimlərinin əməyi və səviyyəsi fərqləndirilməlidir. BiG.AZ-ın məlumatına görə, təhsil nazirinin müşaviri Elxan Hüseynov bildirib ki, Nazirlər Kabinetinin 2012-ci ilin sonunda "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" qərarının ləğvindən sonra ali məktəblərdə işçilərin əməkhaqlarının yenidən müəyyənləşdirilməsi istiqamətində işlər görülüb, professor-müəllim heyətinin maaşları fərqləndirmə prinsipi ilə müəyyənləşdirilir. Bəzi müəllimlərin maaşı 800-1000 manata çatıb: "Ancaq hələ ki işində innovativ texnologiyalardan kifayət qədər istifadə etməyən müəllimlər onlardan 20 faiz, hətta daha az əməkhaqqı alırlar. Deməzdim ki, bütün ali məktəblər bu qərarın icrası ilə bağlı məsələləri eyni səviyyədə həll edə biliblər. Az bir müddətdə bu sahədə iş görülsə də, bu işlər davam etməlidir. Hesab edirəm ki, yaxın zamanda bu sistemin tamamilə tətbiqi mümkün olacaq".
Nazir müşaviri bildirib ki, fərqləndirmə və stimullaşdırma prinsipi müəllimlər arasında rəqabəti artırar və son nəticə olaraq təhsilin keyfiyyətinə ciddi təsir göstərər.
Onun sözlərinə görə, ali məktəblərdə müəllimlər üçün fərdi qaydada əməkhaqqının müəyyənləşdirilməsi asan məsələ deyil. Ali məktəblərin rəhbərliyi, Elmi şuraları əmək haqlarını müəyyənləşdirərkən müəllimin açıq dərslərinin müzakirəsinin nəticələri, yazdığı dərsliklərin və dərs vəsaitlərinin günün tələblərinə cavab verməsi, müəllimin mühazirələrinin elektron versiyasına marağın səviyyəsi, tələbələrlə etik davranışı, keçdiyi mövzulara tələbələrin diqqətini cəlb edə bilib-bilmədiyi kimi məsələləri nəzərdən keçirməlidirlər: "Ona görə də Elmi şuraların üzərinə çox böyük iş düşür. Onlar alimlərin şərti olaraq reytinq cədvəlini hazırladıqdan sonra hansı müəllimin hansı maaşa layiq görüldüyünü müəyyənləşdirə bilərlər".
E.Hüseynov bildirib ki, ali məktəb rəhbərlərinin bir müəllimə artıq maaş verməsi ilə bu məsələ həll olunmur. Məktəblərdə hər fakültə üzrə aparıcı müəllimlər müəyyənləşdirilməli, onun işinin keyfiyyəti, rəhbərliyi ilə müdafiə edilən buraxılış və diplom işlərinin səviyyəsi araşdırıldıqdan sonra maaş təyin edilməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1226 Tarix: 10 dekabr 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo
10:10 123 Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı
Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər
18:20 88 Kamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb
Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid mətəqələrini bağlayıb. "Report"un məlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik qeyd edib ki, bu qərar "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiy
17:00 111 Rubio: Ruandanın Konqodakı fəaliyyəti sülh sazişinin pozulmasıdır
Ruanda qonşu Konqo Demokratik Respublikasına (KDR) qarşı etdikləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki Afrika dövlətinin liderləri tərəfindən Vaşinqtonda imzalanmış sülh sazişini pozur. "Report" xəbər verir ki, bu məlumatı ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsind
17:40 95 Merts: "Almaniya nəyə qadir olduğunu göstərməlidir"
Almaniya kansleri Fridrix Merts ideologiya dövrünün bitdiyini bəyan edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Yəqin ki, biz yalnız uzun illərdən sonra dünyada yaşadıqlarımızın miqyasını anlayacağıq. Bu, dünyanın siyasi və iqtisadi güc mərkəzlərində əsl tektonik dəyişiklikdir. İdeologiy
17:10 101 Zelenski gələn həftə Trampın nümayəndələri ilə görüşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin nizamlanması ilə bağlı gələn həftə ABŞ və Avropadan olan müttəfiqlərlə bir sıra görüşlərin keçiriləcəyini deyib. "Report" xəbər verir ki, Zelenski bu barədə öz teleqram kanalında yazıb. "Hazırda ABŞ və avropalı müttəfiqlərlə görüşlərə hazırlı
12:30 118 XƏBƏRDARLIQ: Sabahın havası bu insanlar üçün əlverişsizdir
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, dekabrın 15-də Abşeron yarımadasında yağıntılı və küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir
19:10 57 Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib
Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər
17:20 115 Sağında əri, solunda sevgilisi ilə bütün ölkənin qarşısında - Mənəvi çöküşün mənzərəsi
Esra Erolun verilişində ərini və uşağını İbrahimlə qaçmaq üçün qoyub gedən Zeynəbin hekayəsi həm tamaşaçıları, həm də studiyadakıları "ola bilməz!" deməyə vadar edib. Hadisə ilə bağlı şərhlər verilib və bu, tezliklə trend mövzusuna çevrilib, o cümlədən "mənəvi çöküş mənzərəsi" d
17:50 159