180 min abonent "Smart-kart" sayğacla təmin edilib

180 min abonent "Smart-kart" sayğacla təmin edilib"Azərsu" ASC yanvar-noyabr aylarında 180 min abonenti "Smart-kart" sayğaclarla təmin edib. Əhali qrupu istehlakçıdan heç bir ödəniş tələb olunmur.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) yanvar-noyabr aylarında 180 min abonenti "Smart-kart" sayğaclarla təmin edib.

BiG.AZ-ın məlumatına görə, bununla da 2012-ci ildən - "Smart-kart" sayğacların tətbiqinə başlanılandan indiyədək Səhmdar Cəmiyyətin xidmət idarələri və podratçı təşkilatlar tərəfindən quraşdırılan sayğacların sayı 200 mini keçib.

Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də bölgələrdə "Smart-kart" sayğacların quraşdırılması intensiv şəkildə aparılır. Quraşdırılan sayğacların 140 minə qədəri Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun payına düşür. Hazırda regionlarda içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri çərçivəsində 60 mindən çox abonent "Smart-kart" tipli sayğaclarla təmin olunub. Artıq Quba, Ucar, Zərdab, Lənkəran, Biləsuvar, İmişli, Hacıqabul, Tovuz, Ağstafa və digər şəhərlərdə abonentlər "Smart-kart" sayğaclardan istifadə edirlər.

"Smart-kart" sayğacların əhali və qeyri-əhali qrupu abonentləri üçün quraşdırılması paralel aparılır. İndiyədək quraşdırılmış sayğacların 176 mini əhali, 24 mini isə qeyri-əhali qrupundan olan abonentlərin payına düşür. Ümumilikdə mexaniki cihazlar da daxil olmaqla, "Azərsu" ASC üzrə abonentlərin 53 faizi sayğacla təmin olunub. Təhlillər göstərir ki, "Smart-kart" tipli sayğaclar quraşdırıldıqdan sonra abonentlərin su itkiləri azalaraq satış həcmi artmış, eyni zamanda, həmin abonentlər üzrə ödəniş 100 faiz təmin olunub.

Qeyd edək ki, Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abonentləri üçün sayğacların quraşdırılması isə ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 570   Tarix: 10 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tramp: "İŞİD ABŞ əsgərlərinin öldürülməsinə görə cavab verəcək"

"Vaşinqton Administrasiyası Suriyada iki ABŞ əsgərinin və bir amerikalı tərcüməçinin öldürülməsindən sonra terrorçu İŞİD qruplaşmasına qarşı cavab tədbirləri görəcək. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. O, Suriyada "ABŞ-yə qarşı İŞİ

16:20 111
.

Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub

Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib. "Report" xəbər verir ki, Kiyevin cavabının təfərrüatlarını "New York Times" açıqlayıb. "Cavabda bildirilib ki, Kiyev Ukraynanı

14:30 114
.

Kamboca Tailandla bütün sərhəd keçidlərini bağlayıb

Kamboca gərginləşən münaqişə fonunda Tailandla bütün sərhəd keçid mətəqələrini bağlayıb. "Report"un məlumatına görə, bu barədə Kamboca Daxili İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik qeyd edib ki, bu qərar "sərhəddə Tailand tərəfinin Kambocanın suverenliyinə qarşı təcavüz aktları törətdiy

17:00 103
.

Qapısı açıq "Hyundai"dan oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonunda "Hyundai" markalı avtomobildən pul və bank kartı oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə

13:20 136
.

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib

Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər

17:20 101
.

Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq

İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb. "Report" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib. Onun sözlərinə görə,Livan hökuməti ölkəni

14:40 121
.

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

Almaniya Kansleri Fridrix Merts yaxın illərdə ölkədə həqiqi hərbi xidmətin geri qaytarılmasını istisna etməyib və məcburi alternativ mülki xidmətin bərpasını müdafiə edib. "Report"un xəbərinə görə, bu barədə o, Almaniyanın hakim blokuna daxil olan Xristian Sosial Birliyinin qurultayında çıxış

16:50 107
.

Hakan Fidan: Biz yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq

"Bizim gücümüz, qüvvətimiz və iradəmiz var, amma biz yalnız yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq. Suriyada, İranda, İraqda, bölgədəki bütün münasibətlərimizdə bu vəziyyət bizi şəffaf olmağa məcbur edir". "Report" "Ahaber"ə istinadən xəbər verir ki, bunu Türkiyəni

12:40 116
.

Taksi sürücüsü həbs edildi: Hava limanından müştəri götürübmüş

Bakı Beynəlxalq Hava Limanında icazəsiz sərnişin daşıyan taksi sürücüsü həbs edilib. BİG.AZ "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə dekabrın 11-i gecə saat 3 radələrində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü G.H. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə barəsind

15:10 166
.

TOP MP3