Müəllim olmaq istəyənlərə - Nazirlikdən şad xəbər
"Təhsil Nazirliyi tərəfindən Azərbaycanda peşə təhsili müəssisələrində çalışan pedaqoji kadrların təhlili aparılıb və maraqlı faktlar ortaya çıxıb".
Təhsil Nazirliyinin peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində ilk-peşə ixtisas təhsilinin gələcək inkişaf istiqamətləri" mövzusunda keçirilən dəyirmi masada deyib ki, təhlillər bu gün peşə təhsili müəssisələrində çalışan təqribən 4000 minə yaxın pedaqoji heyəti əhatə edib.
Nazirlik rəsmisi qeyd edib ki, təhlillər nəticəsində 30 yaşa qədər olan işçilərin sayının 600-ə yaxın olduğu müəyyənləşib. Onun sözlərinə görə, 60 yaşdan yuxarı olan pedaqoji heyətin sayı isə təqribən 400-ə yaxındır: "30-60 yaş arasında olan müəllimlərin, ustaların sayı çoxluq təşkil edir və təhlil onu göstərir ki, onların 60%-i sovet dövründə təhsil alan insanlardır. Onların cəmi 2200-ü ali təhsillidir. Digərləri isə orta ixtisas, peşə təhsilli insanlardır. Hətta orta təhsilli olan insanlarda var ki, onların hansı yollarla peşə məktəblərinə yol tapması və hazırda işləməsi məlum deyil. Amma biz 2014-cü ildən başlayaraq attestasiya keçirilməsi planlaşdırılır. Ümumi təhsil səviyyəsində müəllimlərin qiymətləndirilməsi və attestasiyası ilə əlaqədar qaydalar hazırlanır. Bizim yanaşmamıza görə bu gün əmək bazarında ixtisaslı kadr hazırlamaq üçün gərək peşə məktəblərinə yaxşı usta cəlb edəsən, ona yaxşı əmək haqqı verəsən.
Ən azından onun məktəbdə aldığı əmək haqqı, tikintidə və ya restoranda aldığı əmək haqqından az olmamalıdır. Biz peşə təhsil müəssisələrində büdcədənkənar vəsaitlərin artırılmasında maraqlıyıq".
N. Məmmədov qeyd edib ki, 4 min müəllimin hər birinin eyni səviyyədə maaş alması nəzərdə tutulmayıb. Onun sözlərinə görə, müəllimlər akkreditasiyadan keçiriləcək, onların təhsil imkanları müəyyənləşdiriləcək: "Bundan sonra kimsə yüksək əmək haqqı almaq istəyirsə, akkreditasiyadan və ixtisasartırma kurslarından keçməli olacaq. Yalnız bu prosesləri keçən müəllimləri yüksək əmək haqqı ilə təmin edilməyə hazır olacağıq. Biz çalışacağıq ki, onların alacağı əmək haqqı əmək bazarında mövcud olan əmək haqqından aşağı olmasın".
Daha sonra peşə təhsili sahəsində mövcud olan problemlərdən, həyata keçiriləcək yeniliklərdən, qarşıda duran məsələlərdən danışan Təhsil Nazirliyinin peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov və informasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov jurnalistləri maraqlandıran sualları cavablandırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 4005 Tarix: 11 dekabr 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi
Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il
18.12.2025 173 "Kontakt Home" 1,7 milyondan çox borc ödəməyə məcbur edildi
Azərbaycanda "Kontakt Home" əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom" şirkəti dövlət qarşısında yığılmış külli miqdarda vergi borcunun 23 faizini ödəyib. Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarını
18.12.2025 199 Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA
Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ
18.12.2025 263 Ürəktutması keçirənlərin ortaq XÜSUSİYYƏTİ: 1 nömrəli SƏBƏB
Yuxudan oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş insanlar arasında geniş yayılmış vərdişdir. xarici mediaya istinadla bildirir ki, bu barədə britaniyalı kardioloq Sana Sadoqsay açıqlamasında deyib. Həkimin sözlərinə görə, yaşından və həyat tərzindən asılı olmayaraq, anamnezind
18.12.2025 221 Tayland Kamboca müharibəsində son durum
Tayland və Kamboca arasında sərhəd bölgəsində silahlı toqquşmalar davam edir. Son məlumatlara görə, döyüşlər artıq bir neçə gündür səngimir, hər iki tərəfdən ölən və yaralananlar var. BİG.AZ NBC News-a istiandən xəbər verir ki, Tayland ordusu təhlükəsizlik səbəbilə bəzi sərhəd keçidlərini bağlayıb v
18.12.2025 194 "Hazırda "bomj" kimi bir həyat yaşayıram..."
"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmamas
18.12.2025 355 Özünə Londonda 8 milyon manatlıq villa ALDI
Türkiyəli aktrisa Hande Erçel daşınmaz əmlak investisiyalarını genişləndirməyə davam edir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Londonda yeni mənzil alıb. Bildirilir ki, Erçel bu ev üçün 200 milyon lirə, yəni təxminən 8 milyon manat ödəyib. Xatırladaq ki, Hande Erçel bir müddət əvvə
18.12.2025 187 Putinin "əməliyyatlar davam edəcək" bəyanatının arxasındakı mesaj
"Putinin "əməliyyatlar davam edəcək" bəyanatı əslində cəbhədən çox Kreml divarlarına ünvanlanmış mesajdır. Bu açıqlama Rusiyanın qısa müddətli qələbə planlarının artıq iflasa uğradığını dolayısı ilə etiraf edir. Müharibə sürətli hücum mərhələsini geridə qoyub və resursları yeyən, uzanan
18.12.2025 202 "ATF" bu il icra hakimiyyətlərindən 6 milyonluq sifariş alıb
Ağsu Rayon İcra Hakimiyyəti Ağsu şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub. Qaynarinfo xəbər verir ki, tenderin qalibi "ATF" MMC seçilib. Yolların əsaslı təmir işlərinə görə şirkətə 582 187,99 manat ödəniləcək. İqtisadiyyat Nazirliyi yanında Dövlə
18.12.2025 176