Mədəniyyət və turizm nazirliyi "Cənub Mirvarisi" adlı infotur keçirib - FOTO

Dekabr ayının 7-i kütləvi informasiya vasitələrinin nümayəndələri və turizm işçilərinin iştirakı ilə "Cənub mirvarisi" adlı infotur keçirilib. BiG.AZ-ın məlumatına görə, dekabr ayının 7-8-i Azərbaycan mədəniyyət və turizm nazirliyinin dəstəyi və təşkilatçılığı ilə Salyan, Lənkaran-Masallı istiqamətində ekoturizm və mədəni turizm marşrutu üzrə tur təşkil olunub.

İnfoturda 24 turizm şirkətinin və 15-dək media nümayəndələri iştirak edib. İnfoturun məqsədi ölkə rəhbərliyinin regionların sosial-iqtisadi inkişafı istiqamətində reallaşdırdığı tədbirlərin nəticəsi olaraq bölgələrdə yaradılan və müasir standartlara cavab verən, yerli və xarici turistlərə xidmət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərini, eləcə də turistlərin asudə vaxtlarının səmərəli təşkili üçün mövcud olan digər xidmət sahələrini turizm şirkətlərinə təqdim etməkdir.

Layihə çərçivəsində turizm potensialı ilə zəngin olan cənub bölgəsinin təbii, mədəni və tarixi irsinin, həmçinin milli folklor nümunələrinin turizm şirkətləri və media vasitəsilə bir daha tanıtmaq və təşviq etmək imkanı yaradılıb.

"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın müvafiq bəndlərinin icrasını təmin edən bu layihə çərçivəsində infoturun iştirakçıları dekabrın 7-də Lənkərana üz tutublar. Onlar Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev Mərkəzi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adını daşıyan park, soyqırımı abidəsi, gənclər mərkəzi və yerli əhəmiyyətli memarlıq abidəsi olan XVIII əsrə aid Dairəvi qala ilə tanış olublar.

Lənkəran şəhər mədəniyyət və turizm şöbəsinin əməkdaşı İlqar Əzimov bildirib ki, Dairəvi qala abidəsinin inşasına 1748-ci ildə Nadir şah tərəfindən başlanılmışdır. Sonralar bu qala, Lənkəranın istehkam qalası, çar Rusiyası tərəfindən Azərbaycan işğal olunduqdan sonra isə həbsxana kimi istifadə edilib. 2006-cı ildə abidə restavrasiya olunub, turizm nümayiş obyekti və Lənkəran dövlət rəsm qalereyası kimi yenidən fəaliyyətə başlayıb.

Eləcə də, dəniz moyakı və əsrlər öncə Stalinin həps həyatı yaşadığı həbsxanada və gözəl mənzərəli "Xanbulan" gölü qonaqlara göstərilib.

Daha sonra iştirakçılar Masallı rayonuna gəliblər. Orada onlar rayon icra hakimiyyəti nümayəndələri və digər şəxslərlə görüşüblər. Masallı rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı və Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov söyləyiblər ki, rayonda turizm obyektlərinin imkanlarının genişləndirilməsi, xarici və yerli turistlərin cəlb olunması istiqamətində bir sıra işlər görülür. Hazırda rayonda 30-a yaxın turizm obyekti fəaliyyət göstərir. 2012-ci ildə rayona təxminən 17 minədək turist səfər etmişdisə, bu il artıq onların sayı 21 minə çatıb.

Gecədə qızlardan ibarət rayonun özünə xas olan rəqs qrupu iştirak edərək qonaqları şənləndiriblər.

Sonda infoturda iştirak edən media və turizm şirkətlərinin nümayəndələrinə sertifikatlar verilib, bölgənin milli mətbəx və folklor rəqs nümunələri təqdim edilib.

İnfotur çərçivəsində iştirakçılar ötən gün isə Salyan rayonuna səfər edəcəklər.

Mədəniyyət və turizm nazirliyi "Cənub Mirvarisi" adlı infotur keçirib - FOTOMədəniyyət və turizm nazirliyi "Cənub Mirvarisi" adlı infotur keçirib - FOTOMədəniyyət və turizm nazirliyi "Cənub Mirvarisi" adlı infotur keçirib - FOTOMədəniyyət və turizm nazirliyi "Cənub Mirvarisi" adlı infotur keçirib - FOTOMədəniyyət və turizm nazirliyi "Cənub Mirvarisi" adlı infotur keçirib - FOTOMədəniyyət və turizm nazirliyi "Cənub Mirvarisi" adlı infotur keçirib - FOTOMədəniyyət və turizm nazirliyi "Cənub Mirvarisi" adlı infotur keçirib - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 3155   Tarix: 09 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040