Yeniyetmə güləşçilərimiz Kiyevdən 16 medalla qayıdır - FOTO

Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının və Heydər Əliyev adına Ukrayna-Azəbaycan təhsil, elm, mədəniyyət və idman Mərkəzinin təşəbbüsü ilə Kiyevdə baş tutan güləş üzrə yeniyetmələr arasında keçirilən V beynəlxalq turnir başa çatıb.

BiG.AZ-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi xəbərə görə, turnir ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə təşkil edilib.

Turnirdə, Azərbaycan və Ukraynayla yanaşı, Belarus, Rusiya, Moldova, Almaniya, Özbəkistan və Rumıniya komandaları iştirak edib və mükafatlar uğrunda ümumilikdə 360 güləşçi yarışıb.

Turnirdə iştirak edən sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 6 qızıl, 4 gümüş və 6 bürünc medal qazanıb.

Güləşçilərimizdən Əfqan Xaşalov (54 kq), Mahir Əmiraslanov (58 kq), Teymur Məmmədov (69 kq), Hacımurad Maqomedsaidov (76 kq), Maqomedrasul Qazımaqomedov (85 kq) və İqbal Hacızadə (100 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib olub.

Pənah İlyaslı (63 kq), Orxan Həsənov (85 kq), Ülkər Babayeva (40 kq) və Ləman Qurbanova (56 kq) yalnız final görüşündə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Babək Hüseynov (42 kq), Əlabbas Rzazadə (46 kq), Füzuli Hüseynov (54 kq), Haldun Məmmədov (58 kq), Türkan Nəsirova (46 kq) və Leyla Qurbanova (52 kq) qazandırıb.

Yeniyetmə güləşçilərimiz Kiyevdən 16 medalla qayıdır - FOTOYeniyetmə güləşçilərimiz Kiyevdən 16 medalla qayıdır - FOTOYeniyetmə güləşçilərimiz Kiyevdən 16 medalla qayıdır - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2970   Tarix: 13 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 737
.

"Transfermarkt" 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların adını açıqlayıb

Nüfuzlu "Transfermarkt" internet portalı 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların reytinqini dərc edib. Bu siyahıya "Bavariya"nın ingilis hücumçusu Harri Keyn başçılıq edir. "Transfermarkt"a görə 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçular:. 1. Harri Key

13.04.2024 253
.

"Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər"

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib. İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həft

12.04.2024 1909
.

Rusiyalı dünya çempionu vəfat edib

Şosse velosipedi üzrə dünya çempionu Natalya Melyoxina vəfat edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Velosiped İdmanı Federasiyası məlumat yayıb. O, uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib. Natalya Melyoxina 1989-cu ildə komanda yarışında dünya çempionu olub. O, həmçini

30.03.2024 344
.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15.04.2024 308
.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub

07.04.2024 316
.

Dani Alveş azadlıqda: İlk görüntüləri yayıldı - FOTO/VİDEO

Futbol üzrə olimpiya çempionu Dani Alveş apellyasiya şikayətinə qədər girov müqabilində həbsdən buraxılıb. Məlumata görə, braziliyalı girov ödəmək üçün 1 milyon avro toplaya bilib. Onun hesabları dondurulub. Alveş girov ödəməsi ilə yanaşı, iki pasportunu (Braziliya və İspaniya pasportlarını) təhvil verib

25.03.2024 664
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 416
.

Stadnikdən başqa hamısı uduzdu

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik turnirə uğurla başlayıb. 50 kq çəki dərəcəsində mübarizə aparan onqat Avropa və ikiqat dünya çempionu 1/4 finalda litvalı Qabija Dilite üzərində 10:0 hesabl

06.04.2024 336