İntihar etdiyi ehtimal olunan Azərbaycan hərbçiləri-Siyahı

İntihar etdiyi ehtimal olunan Azərbaycan hərbçiləri-Siyahı2013-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayı 78 nəfərdir

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin araşdırmalarına görə, 2013-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayı 78 nəfərdir. Onlardan 16 nəfərinin intihar etməsi ehtimalı var. "Doktrina" JHAM direktoru Cəsur Sümərinli bəyan edir ki, aşağıda adları çəkilən hərbi qulluqçuların ölüm səbəbləri ilə bağlı Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə dürüst məlumat verilməlidir.

BiG.AZ "Doktrina" JHAM-nə istinadən həmin siyahını təqdim edir:

15 fevral. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edən Hüseynov Nicat Habil oğlu bu il fevralın 11-də xidməti yerini özbaşına tərk edib. Fevralın 15-də isə onun meyiti Sumqayıt şəhəri ərazisindəki göldə tapılıb. İlkin ehtimala görə, əsgər intihar edib. Belə ki, onun məktubu tapılıb. Əsgər ölümündən əvvəl yazdığı məktubda sevdiyi qızdan bəhs edib. Qeyd edək ki, N. Hüseynov ötən ilin oktyabrında Samux rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

28 fevral. Qazax rayon N saylı hərbi hissədə 1990-cı il dəfəlüdlü əsgər Allahverdiyev Seymur Mürvət oğlu intihar edib. Müdafiə Nazirliyi bəyan edib ki, əsgər postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib. Əsgərin Göyçay rayonundan hərbi xidmətə çağrıldığı deyilir. Valideynləri bildirir ki, xidmətinin başa çatmasına bir ay qalmış hərbi hissədə döyülərək qətlə yetirilib.

3 mart. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən Tərtərdəki N saylı hərbi hissənin əsgəri, 1993-cü təvəllüdlü Mirzəzadə Orxan Ələmxan oğlu təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki avtomat silahdan atəş acıb, aldığı güllə yarasından dünyasını dəyişib.

24 mart. Xüsusi Dövlət Mühafizə İdarəsinin əsgəri 19 yaşlı Məmmədov Məmmədağa Novruz oğlu özünü asaraq intihar edib. O, Səbayıl Rayonundan hərbi xidmətə çağırılıb.

6 aprel. Azərbaycan ordusunun əsgəri intihar edib. Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri İmanov Elman Yaqub oğlu postda olarkən tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub. Faktla bağlı araşdırma aparılır.

20 aprel. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Emin İlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində vəfat edib. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, əsgərin ölümü ilə əlaqədar Sumqayıt Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

23 aprel. Naximov küçəsində yerləşən mənzillərin birində kirayənişin yaşayan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü İbrahim Rəcəb oğlu Qafarov özünü asaraq intihar edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, ilkin ehtimala görə, intihar hadisəsi ailə münaqişəsi zəminində baş verib.

3 may. Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Mehman Musayevin itkin düşməsi barədə onun ailə üzvləri tərəfindən bu gün səhər polisə məlumat verilib. Daxil olan məlumat əsasında Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat qrupu yaradılıb və axtarışlara başlanıb. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, səhər saatlarında itkin düşmüş kimi qeydiyyata alınan M. Musayevin meyiti tapılıb. Mərhumun meyiti "Şəfa" stadionunun yaxınlığında qollarının damarları kəsilmiş vəziyyətdə aşkar edilib. Dərhal hadisə yerinə polis və prokurorluğun əməkdaşları gəlib. Meyit müayinə edilmək üçün ekspertizaya göndərilib. İlkin ehtimala görə, o intihar edib. Lakin M.Musayevin qətlə yetirilməsi də istisna edilmir.

16 may. Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində əsgər, 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, R. Əlizadə 2012-ci ilin aprelində Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

30 may. Şəmkir Hərbi Birləşməsinin N saylı hərbi hissəsində Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Samir Vaqif oğlu Mehdiyev özünü asaraq intihar edib.

27 iyun. Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri dünyasını dəyişib. Hadisə Lerik rayonu ərazisində yerləşən sərhəd zastavasında baş verib. İlkin məlumatlara görə, silahla davranış qaydalarının pozulması nəticəsində əsgər Səmədov Xəzər Ağa oğlu dünyasını dəyişib. O, həqiqi hərbi xidmətə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən çağırılıb. Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluqla birlikdə araşdırma aparılır.

29 iyul. Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində əsgər, 19 yaşlı Nəcəf Fazil oğlu Əliyev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, N.Əliyev Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

1 avqust. Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən «N» saylı hərbi hissəsində 19 yaşlı əsgər Elşad Şahlar oğlu İsmayılov tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində vəfat etdiyi bildirilir. Əsgər Elşad İsmayılov Goranboy rayonundan hərbi xidmətə çağırılıb.

29 avqust. DSX-nin Göytəpə şəhərində yerləşən hərbi hissəsinin əsgəri Məmmədov Nofəl naməlum səbəbdən özünü asaraq intihar edib. Nofəl Məmmədov Nofəl oğlu 1994-cü il, martın 23-də doğulub, 2012-ci ilin aprelində müddətli Goranboydan həqiqi hərbi xidmətə çağırılıb.

13 sentyabr. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, Anar Əsgərli özünün Facebook sosial şəbəkəsindəki səhifəsinəd hərbi xidmətdə olduğu müddətdə çəkdirdiyi fotoları paylaşmaqla yanaşı ölümündən əvvəl bir status da yazıbmış. "Bəlkə mənim də qismətimdə bir güllə oldu" deyə o bu statusunda qeyd edib...

4 oktyabr. Gəncə şəhərində Daxili Qoşunların müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu əsgəri, Ağdam rayonunda qeydiyyatda olan 1989-cu il təvəllüdlü Cəfərov Vüqar Süleyman oğlunun meyiti tapılıb. Meyit şəhərin Nərimanov prospektində yolun kənarındakı ağacda asılmış vəziyyətdə aşkarlanıb. Hərbçinin intihar etdiyi güman edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1676   Tarix: 08 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 175
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 383
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 142
.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

01.05.2024 2888
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 440
.

İsrailin Rafah şəhərində evlərə hücumu nəticəsində 2 uşaq öldü

İsrailin Qəzzanın cənubundakı Rafah şəhərində evlərə hücum olub. BİG.AZ xəbər verir ki, səhiyyə mənbələrindən alınan məlumata əsasən, hücum nəticəsində 2 uşaq ölüb, xeyli insan yaralanıb. Mənbələrin verdiyi məlumata görə, xəsarət alanlar şəhərdəki "Kuwait Research Hospital"a çatdırılıb. Digə

01.05.2024 129
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 340
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 298
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

01.05.2024 417