Qremmi mükafatının namizədləri məlum oldu

Qremmi mükafatının namizədləri məlum olduMusiqi dünyasının sayılıb-seçilən mükafatlarından olan Qremmi mükafatının builki namizədləri açıqlanıb.
BiG.AZ xarici KİV-ə istinadən xəbər verir ki, maraqla gözlənilən 56-cı Qremmi mükafatının namizədləri ABŞ Los-Anceles şəhərində televiziyadan yayımlanan konsertlə açıqlanıb.

Amerikalı repçi Cey Z rep və pop kateqoriyalarında 9 nominasiyaya namizəd göstərilib.
Kendrik Lamar, Meklemor və Ryan Levis, Castin Timberleyk və

Farrell Uilyamsın hərəsinin 7 namizədlik aldığı siyahıda diqqətçəkən adlar və qruplar arasında Daft Punk, Dreyk, Lord, Bruno Mars və Teylor Svift yer alıb.
Qremmi mükafatı gələn il yanvarın 26-da Los-Ancelesdə təşkil olunacaq mərasimdə sahiblərinə təqdim ediləcək.
Qeyd edək ki, Qremmi mükafatı ABŞ səsyazma şirkətləri Assosiasiyası tərəfindən 14 mart 1958-ci ildə təsis olunan və Amerika səsyazma akademiyası tərəfindən təqdim edilən musiqi mükafatıdır.

2012-ci ilədək mükafat 108 kateqoriya və 30 fərqli musiqi tərzini əhatə etsə də, həmin il edilmiş dəyişiklikdən sonra mükafat 78 kateqoriyada verilir. Mükafatın adı qramofon aparatının adının qısaltma-əzizləmə formasındakı adıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1164   Tarix: 11 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040