Azərbaycanın ən varlı və ən kasıb rayonları – ARAŞDIRMA

Azərbaycanın ən varlı və ən kasıb rayonları – ARAŞDIRMABiG.AZ Movqe.az-a istinadən xəbər verir ki, Bakı Azərbaycanın ən böyük şəhəri olmaqla yanaşı, həm də iqtisadi mərkəzi hesab edilir. Reytinqidə görə, ölkənin digər rayon və şəhərləri Bakıdan xeyli geridə qalır. Belə ki, bölgələrdə işsizlikdən əziyyət çəkən insanların ən çox üz tutduğu məkanda məhz paytaxtdır desək yəqin ki yanılmarıq. Lakin son illər aparılan məqsədyönlü siyasət nəticəsində regionlara ayrılan dotasiyalar bölgələrin inkişafı üçün əlverişli zəmin yaradıb. Rəsmi şəkildə regionların iqtisadi reytinqi aparılmasa da, ekspertlərin fikrincə, Bakıdan sonra Şəmkir, Tovuz, Gəncə, Lənkəran ölkənin ən zəngin bölgələridir.

Səbəb kimi, adıçəkilən rayonlarda yaşayan əhalinin əksəriyyətinin ailə üzvləri və yaxınlarının Rusiyada işləməsi göstərilir. Belə ki, həmin rayonların var-dövlət mənbəyi Rusiyadan gələn qazanc sayılır. Şəmkir, Quba, Tovuz daha çox Rusiya ilə bağlılığı ilə seçilie.

Rəsmi statistikada isə zəngin regionlar sırasında bu rayonların adları hallanmır. Dövlətin apardığı reytin sorğusunda əmanətlərin həcminə görə, Aran iqtisadi rayonu öndə gedir. Bu bölgələrin maliyyə müəssisələrinin hesablarında 84 milyondan AZN-dan çox vəsait toplanıb. İqtisadi cəhətdən ən geridə qalmış böldə Kəlbəcər-Laçındır. Bu iqtisadi rayon isə büdcəsi cəmi 4,64 milyon manat təşkil edir.

Maraqlıdır ki, bəs ölkənin digər rayonlarında situasiya necədir? Azərbaycanın ən kasıb və ən varlı rayonları hansılardır?

"Büdcədən dotasiya almayan rayonlar daha varlıdırlar"

Azərbaycanın ən varlı və ən kasıb rayonları – ARAŞDIRMAHansı rayonun zəngin və kasıb olması üzrə konkret bölgü aparılmadığından mütəxəssislər suala birmənalı cavab verməkdə çətinlik çəkirlər. İqtisadçı-deputat Vahid Əhmədov hesab edir ki, dövlət büdcəsindən dotasiya almayan rayonları zəngin hesab etmək olar:

"Hansı rayonun varlı, hansının kasıb olması ilə bağlı müqayisə aparmaq çətindir, çünki sosial-iqtisadi göstəricilər var. Həmin göstəricilərə baxanda bir, gözəyarı baxanda isə tamamilə başqa bir fikrə gəlmək olur. Azərbaycanda belə bir müqayisəni aparmaq o qədər də asan deyil".

Deputatın sözlərinə görə, Abşeron, Bakı, Sumqayıt, Mingəçevir, İmişli zəngin bölgələr sırasına daxildir.

"Biz 2014-cü ilin dövlət büdcəsini təsdiq etdik. Şahidi olduq ki, Abşeron, Bakı, Sumqayıt, Mingəçevir, İmişli daha öndə gedir. Bu rayonlar büdcədən dotasiya almırlar, öz büdcələri vasitəsilə özlərini təmin edə bilirlər. Dövlət büdcəsini müzakirə edəndə bildirdik ki, əsas odur ki, rayonlar özləri özlərini təmin etsinlər, dövlət büdcəsindən dotasiya almasınlar. Bu rayonların içərisində Abşeronu xüsusi qeyd etmək istəyirəm. Abşeron doğurdan da varlı rayondur. Abşeronun torpaqları çox böyükdür, bu torpaqlarda müəyyən işlər görülür.

Şəmkirin, Tovuzun varlı olması barədə heç bir söz deyə bilmərəm. Mən Şəmkirə, Tovuza gedib gəlirəm, demək olmaz ki, orada əhali yaxşı yaşayır, Xaçmazda pis. Elə bir dillema yoxdur. Çünki ola bilər ki, əhalinin müəyyən hissəsi yaxşı yaşayır, müəyyən hissəsi pis yaşayır"-deyə iqtisadçı-deputat vurğulayıb.

Rayonların zənginliyi nə ilə əsaslanır?

V. Əhmədovun sözlərinə görə, hansı rayon ki, dövlət büdcəsindən dotasiya almır, bu rayonun zənginliyindən xəbər verir:

"Abşeron, Bakı, Sumqayıt, Mingəçevir, İmişli öz daxili hesablarına ehtiyaclarını ödəyirlər. Bu rayonlar 2 ildir ki, dövlət büdcəsindən dotasiya almırlar. Vaxt var idi ki, yalnız Bakı şəhəri büdcədən dotasiya almırdı. İndi isə onların sayı artıb".

" İqtisadiyyatı güclü, torpağı münbit, olan rayonlar daha varlıdır"

Azərbaycanın ən varlı və ən kasıb rayonları – ARAŞDIRMAİqtisadçı Qadir İbrahimli rayonların zəngin olma səbəblərini belə izah edib: "Sovet dövründə ölkənin cənub zonası ən varlı regionlardan sayılırdı. Ağdam, Gəncə,Şəki zonaları da varlı hesab olunurdu. Rayonların zənginliyinə səbəb olan bir neçə faktor var. Birinci iqtisadi faktorlar var ki, həmin regionun iqtisadiyyatı bu varlanmaya gətirib çıxarırdı. Bildiyiniz kimi, cənub bölgəsində uzun müddət meyvə, tərəvəz istehsal olunurdu və bu məhsullar birbaşa olaraq, Rusiya bazarlarına çıxarılırdı. Nəticədə, böyük gəlir əldə olunurdu. Ikinci, həmin bölgələrdə torpaq münbitliyi kifayət qədər rol oynayır.

Diqqət yetirsəniz, Azərbaycanın Aran bölgəsində torpaq çox da münbit olmadığına görə, həmin rayonlar varlı regionlara aid edilmir. Üçüncü tarixi faktordur. Lənkəran ta qədimdən cənub bölgəsinin ən varlı sayılan zonası olub, çünki Lənkəran tarixən ticarət mərkəzi olub. Eyni zamanda Gəncə də. Həmin regionlarda əhalinin say faktoru da böyük rol oynayır. Lənkəran, Gədəbəy, Şəmkirdə əhalinin sayı 200-300 min arasında dəyişir. Bu cür faktorlar təbii ki, iqtisadi biznes fəaliyyətinə təsir edir".
İqtisadçının sözlərinə görə, xaricdən gələn maliyyə hesabına region varlana bilməz.

"Tutaq ki, Şəmkirin sakinləri Rusiyada işləyir. Rusiyanın hesabına Şəmkir varlı regiona çevrilib yanaşması qətiyyən düz deyil. Kənardan gələn maliyyə mənbələri həmin regionu varlı regiona çevirə bilməz. Burada daxili qaynaqlar olmalıdır. Hazırda Azərbaycan iqtisadiyyatında paytaxt varlılıq səviyyəsinə görə bütün regionları üstələyir. Cənub və Qərb bölgəsi də ölkənin varlı regionları sayıla bilər . Hesab edirəm ki, Qərb zonasında Gəncə, Şəmkir, Cənub bölgəsində isə Lənkəran, eyni zamanda Şəkini varlı rayonlar saymaq olar. Burada əhalinin məşğulluq səviyyəsi, biznesin və sənayenin inkişafı digər rayonlarla müqayisədə daha yüksəkdir".-deyə ekspert vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 9241   Tarix: 08 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyanın iki paralel sistemə bölünəcəyi proqnozlaşdırıldı: NATO-dan xəbərdarlıq

NATO-nun Hərbi Komitəsinin keçmiş rəhbəri admiral Rob Bauer xəbərdarlıq edib ki, bir neçə ildən sonra dünya BMT-nin rəhbərlik etdiyi mövcud sistemin səmərəsizliyi səbəbindən iki paralel sistemə bölünə bilər. xəbər verir ki, hərbçi bunu Dohada keçirilən forumda deyib. Yayım tədbirin veb-saytı ilə aparılıb

07.12.2025 265
.

Donmuş balığı xarab etmədən necə əritmək olar?

Donmuş balığın buzunu əridəndə tələsmək lazım deyil. Bu proses zaman və səbr tələb edir. Ərimə nə qədər yavaş baş verərsə, məhsulun keyfiyyəti bir o qədər az itkiyə məruz qalır. Balığı necə düzgün ərimək olar?. xəbər verir ki, ən sadə və təhlükəsiz üsullardan biri dondurucudan balığı çıxarıb soyuducuy

07.12.2025 276
.

İlin ən yaxşı maşınları müəyyənləşdi - Gözlənilməz nəticələr - SİYAHI

"Consumer Reports"un reytinqinə görə ən yaxşı və ən pis avtomobillər açıqlanıb. xəbər verir ki, ABŞ-nin nüfuzlu "Consumer Reports" nəşri Amerika üzrə bu ilin ən yaxşı və ən pis avtomobil markalarını açıqlayıb. Reytinq test nəticələri, etibarlılıq və sahiblərin məmnuniyyəti əsasınd

06.12.2025 255
.

Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI

Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. BİG.AZ -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10

09.12.2025 573
.

Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi

Çində səs vasitəsilə tam idarə olunan ilk smartfon modeli - "Nubia M153" ictimaiyyətə təqdim edilib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu cihaz "Doubao Mobile Assistant" adlı süni intellekt köməkçisi sayəsində istifadəçinin verdiyi səs tapşırıqlarını yerin

09.12.2025 366
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

04.12.2025 4634
.

Ekrana zərər vermədən televizoru necə təmizləmək olar?

Müasir televizorlar əvvəlki modellər qədər toz çəkməsə də, ekran yenə də gözləniləndən tez çirklənir. Toz yalnız təsvirin keyfiyyətini aşağı salmır, həm də cihazın korpusunun içinə düşdükdə işinə təsir edə və xidmət müddətini azalda bilər. Buna görə ekranın müntəzəm təmizlənməsi vacibdir. Ekranı nə il

07.12.2025 433
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

05.12.2025 1021
.

Göz sağlamlığı üçün faydalı təbii qidalar

Qeyri-sağlam qidalanma və ekoloji amillər bütün orqanlara, o cümlədən, gözlərin sağlamlığına mənfi təsir göstərir. Son vaxtlar bioaktiv qidalara tələbat olduqca artmaqdadır. Bitki mənşəli bioloji aktivliyə malik həmin məhsullar kapsul, tablet, toz, sirop və digər formada hazırlanır. Ona görə də gözlə

09.12.2025 485
.

TOP MP3