Azərbaycanda dünyada ilk dəfə tibbi smartfonların satışına başlanılıb

Azərbaycanda dünyada ilk dəfə tibbi smartfonların satışına başlanılıbAzərbaycanda İsrailin "Lifewatch" şirkətinin istehsalı olan tibbi sensor diaqnostikalı unikal smartfonların satışına başlanılıb.

Bütün dünyada ilk olan bu avadanlıq haqda "APA-Economics"ə Azərbaycan-İsrail Ticarət Palatasının sədri Aleks Kaplun məlumat verib.

A.Kaplun bildirib ki, bu smartfonlar adi telefon olmaqla yanaşı, istifadəçiyə sərbəst şəkildə elektrokardioqram (ECG), qanda şəkərin və oksigenin zənginliyi səviyyəsinin ölçülməsi, habelə nəbz, hərarət kimi tibbi testlər aparmağa imkan verir.

"O, həmçinin orqanizmdə piyin faizini və insanda stressin səviyyəsini hesablamaq qabiliyyətinə malikdir. Smartfonun köməyi ilə insanın fərdi pəhriz proqramı hazırlanır. Əldə olunmuş nəticələr onlayn-serverin məlumat bazasına ötürülür. Təhlillər bitdikdən sonra nəticələr dünyanın hansı nöqtəsindən olmasından asılı olmayaraq həm smartfonun sahibi, həm də onun həkiminə göndərilir", - deyə A. Kaplun bildirib.

Ticarət Palatasının sədri bu qurğunun ilk dəfə olaraq məhz Azərbaycanda satılmasının səbəblərini də açıqlayıb: "Birincisi, burada tibb kifayət qədər inkişaf etməyib. Məsələn, İsraildə bir cihazla qanda şəkərin miqdarını yoxlayan şəxs, istənilən xəstəxanaya arxayın şəkildə müraciət edə bilir. Çünki xəstəxanalarda həqiqətən də yaxşı həkimlər çalışır. Lakin Azərbaycanda həmin əminlik yoxdur. İkincisi, İsraildə insanlar bir qayda olaraq ancaq bir telefondan istifadə edirlər. Amma burada iki və daha çox telefondan istifadə olunur. Ona görə Azərbaycan bu tibbi smartfonların satışı üçün ən düzgün yerdir".

A.Kaplunun sözlərinə görə, bu avandanlıq artıq satışa çıxarılıb. İlkin mərhələdə yarım il pulsuz olaraq istifadəyə veriləcək, bundan sonra isə aylıq ödəniş həyata keçiriləcək. Qurğunun qiyməti 550 manat təşkil edir. Smartfonların Azərbaycanda rəsmi distribyutoru "Mobitel" şirkətidir.

O, əlavə edib ki, yaxın gələcəkdə Bakıda "Call Center" də açılacaq: "Burada İsraildə təhsil almış həkim və tibb bacıları çalışacaqlar. Hazırda bununla bağlı tibb şirkətləri ilə danışıqlar gedir. Tibbi smartfondan məlumatdan daxil olandan sonra həkim özü həmin şəxslə əlaqə saxlayacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1877   Tarix: 08 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 23° isti olacaq - Hava proqnozu

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur

01.05.2024 220
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 0
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 0
.

Keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb

Türkiyənin Zonquldak bölgəsində keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb. xəbər verir ki, hadisə dünən axşam saatlarında Ereğli rayonundakı Kışla Sənaye Sahəsində baş verib. Mühərrik ustası avtomobilin alt hissəsini yoxlayanda bomba qurğusunu görüb. Vəziyyətlə bağl

01.05.2024 0
.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

01.05.2024 511
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 193
.

"YouTube" kanalları necə oğurlanır? - AÇIQLAMA

"Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var. Kanallar kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "Bitcoin" qarşılığında hərracda satışa çıxarılır". Bu barədə BİG.AZ-

01.05.2024 125
.

İsrail 20 fələstinli əsir götürüb

İsrail qüvvələri İordan çayının qərb sahilində 20 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) Fələstin Məhbus İşləri Komitəsi və Fələstinli Əsirlər Dərnəyinin birgə bəyanatına görə, son həbslər Beytləhm, Elhalil, Nablus, Qalqilya, Tubas, Yerixo və Ramallah kimi şəhərlərd

01.05.2024 0
.

AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb. BİG.AZ AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnir

01.05.2024 121