20 sentyabr - Neftçilər günü

20 sentyabr - Neftçilər günüSentyabrın 20-də "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Azərbaycanla dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının on altıncı ildönümü tamam olur.

Bu tarixi hadisə xalqımızın yaddaşında əbədi yaşayacaq. Çünki məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirib. Milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rifahı naminə istifadə olunması, on illərlə imperiya maraqlarına xidmət etmiş karbohidrogen ehtiyatlarının qüdrətli və inkişaf etmiş Azərbaycanın formalaşması üçün istismarı, bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarətli siyasi addımlar atılıb.

1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı.

Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. "Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini verdi.

1997-ci il noyabrın 12-də "Çıraq-1" platformasında "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə "Azəri- Çıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı. "Əsrin müqaviləsi"nə ilkin qoşulan şirkətlər bunlardır: "AMOKO", "Yunokal", "Pennzoyl" (ABŞ), "Britiş Petroleum, "Remko" (Böyük Britaniya), "Statoyl (Norveç), "LUKoyl" (Rusiya), "Türk Petrolları" (Türkiyə), "Delta" (Səudiyyə Ərəbistanı). Sonradan müqaviləyə "İtoçu" (Yaponiya), "Ekson", "Amerada Hess" (ABŞ) şirkətləri də qoşuldu.

Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunduqdan dərhal sonra neft-qaz əməliyyatlarının idarə edilməsi və əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı. Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsindən ibarətdir.

Bu sahədə "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri layihəsinin hazırlanması və reallığa çevrilməsi mühüm rol oynayır. Bu layihənin də baş memarı, onun bünövrəsini qoyan, həyata keçirilməsinə şəxsən rəhbərlik edən Heydər Əliyev olmuşdur.

1998-ci ildə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan Prezidentləri "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinin inşa edilməsi haqqında ilk saziş imzaladılar. ATƏT-in İstanbul sammitində (1999, 18 noyabr) ABŞ prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə Prezidentləri tərəfindən layihənin dəstəklənməsinə və qısa müddətdə həyata keçirilməsinə yönəlmiş İstanbul Bəyannaməsi imzalandı.

2002-ci il avqustun 18-də Səngəçal terminalında "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinin təməli qoyuldu. Bu böyük layihə artıq reallığa çevrilmişdir. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, 13 oktyabrında isə Gürcüstan hissələrinə ilkin neftin doldurulması mərasimi keçirilmişdir. 2006-cı ilin yazında isə kəmərin Türkiyə hissəsi istifadəyə veriləcəkdir. "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. Bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir. Ümumi uzunluğu 1762 km olan kəmərin 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1070 kilometri isə Türkiyə ərazisindən keçir. Kəmər ildə 50 milyon ton, sutkada isə 1 milyon barrel xam neft ötürmək qabiliyyətindədir H. Əliyevin bu layihənin gerçəkləşdirilməsində əvəzsiz xidmətləri qiymətləndirilərək "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinə onun adı verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti H. Əliyevin fərmanı ilə hər il sentyabrın 20-si "Neftçilər Günü" kimi qeyd olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 7465   Tarix: 20 sentyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Kızıl Qoncalar" serialının aktrisası doğum gününü qeyd etdi

Son zamanlarda "Kızıl Qoncalar" serilı ilə ulduzu parlayan Mina Demirtaşın 17 yaşı tamam olub. türk mediasına istinadən xəbər verir ki, məşhur aktrisanın doğum gününü həmkarı Mert Yazıcıoğlu da qeyd edib. Məşhur aktrisanın həmkarı Mert Yazıcıoğlu sosial media hesabından etdiyi paylaşımla Dəmirtaşı

20.02.2025 227
.

Fahriye Evcen və Burak Özçivit oğlu Keremin ad gününü qeyd ediblər

Fahriye Evcen və Burak Özçivit oğlu Keremin ad gününü qeyd ediblər. xəbər verir ki, Fahriye Evcen sosial şəbəkədə paylaşım edib. "Kərəmim. Çiçək qoxulu oğlum, dəyərlim. Səni çox sevirəm" ,- deyə o bildirib. [hh4-unikal]

19.02.2025 2702
.

Misirdə daha bir fironun məzarı tapıldı

Misir-Britaniya birgə ekspedisiyası 100 il sonra firon II Tutmosun məzarını aşkar edib. xarici mediaya istinadla bildirir ki, bu, Misirdə 18-ci sülalə fironlarının itirilmiş sonuncu məzarıdır. II Tutmosun məqbərəsində dəfn mərasimi üçün mebel parçaları, göy yazılar, sarı ulduzlar və dini mətnlər ola

20.02.2025 96
.

MEDİA kiberhücumla bağlı məlumat yaydı

Fevralın 20-də ölkəmizin bir sıra onlayn media resurslarına qarşı həyata keçirilən kütləvi kiberhücumu Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bildiririk ki, veb-saytların fəaliyyətinin bərpası istiqamətində zəruri tədbirlər görülməkdədir. xəbər verir ki, bu barədə Medianı

20.02.2025 296
.

Şəhidin 13 yaşlı oğlu faciəvi şəkildə öldü - Foto

Vətən müharibəsi şəhidi Elvin Əzizovun 13 yaşlı oğlu bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə fevralın 19-da Masallı rayonunun Qarğalıq kəndində baş verib. Ayxan Əzizov evdəki ov silahı ilə ehtiyatsızlıqdan atəş açıb. Nəticədə yeniyetmə aldığı xəsarətlərdə

20.02.2025 1066
.

Ayan evini nümayiş etdirdi - Video

Müğənni Ayan Babakişiyeva evini nümayiş etdirib. Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı video yayımlayıb. Ayan videoda bir gününü necə keçirtdiyini göstərib

20.02.2025 920
.

Merve Boluğur estetik cərrahiyə etmədiyini açıqladı.

Uzun müddətdir ekranlarda görmədiyimiz məşhur aktrisa Merve Boluğur, serial və filmlərdə çəkilməsə də, həmişə tamaşaçıların qəlbində özünə yer tapmağı bacarıb. türk mediasına istinadən xəbər verir ki, Boluğur son açıqlaması ilə sosial mediada gündəmə gəlib. Belə ki, aktrisa ümumiyyətlə estetik cərrahiyəy

20.02.2025 325
.

Magistraturaya qəbul imtahanlarında ölkə birincisi MƏLUM OLDU

Magistraturaya qəbul imtahanlarında ölkə birincisi məlum olub. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Bildirilib ki, ölkə birincisi Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Fidan Babayevadır. O, essesiz 95 bal üzərindən 93 bal toplayara

19.02.2025 765
.

Krediti olan şəxslərin DİQQƏTİNƏ! Maaşınızı bu cür tənzimləsəniz...

Günümüzdə bir çox insan kredit öhdəlikləri ilə yaşayır və bu, maliyyə idarəçiliyini daha da vacib edir. Maaşın düzgün bölünməməsi kredit ödəmələrində çətinliklər yarada, əlavə faizlər və borc yükünün artmasına səbəb ola bilər. Bəs krediti olan şəxslər maaşlarını necə düzgün tənzimləyə bilərlər?. Həmi

19.02.2025 828
.

TOP MP3