"Ölü dəniz" niyə belə adlanır?
"Ölü dəniz" planetimizin ən aşağı nöqtəsi hesab olunur. Bu dənizin sahillərində suyun səviyyəsi dünyada ən aşağı həddədir. Suyunun səviyyəsi hər il 1 metr aşağı düşür və dünyanın ən duzlu dənizi hesab edilir. Çünki burada suda olan duzun miqdarı 33-35% təşkil edir.
Qədim yazılarda dənizin adı – "Asfalt dəniz" kimi də göstərilirdi. İsrail və İordaniya sahillərini yuyan "Ölü dəniz" dünyanın ən maraqlı yerlərindən hesab olunur. Qumsuz sahillərə malik olan dəniz (bu nadir bir haldır) özünə dünyanın hər bir yerindən saysız-hesabsız turist cəlb edir. Hər şeyi bilmək həvəsində olanlar təbiətin bir möcüzəsi olan bu dənizi yaxından seyr edir, hətta dənizin "adamı batırmayan" suyuna baş vuranlar da olur. Bu dənizdə adam batmır. Dənizin suyunun həddən artıq duzlu olduğu üçün hər kəs suyun üzərində uzanaraq sərbəst, suya batmadan kitab, qəzet, jurnal oxuya bilir.
"Ölü dəniz"in adı yəqin ki, hamıda maraq yaradır. Bir çoxları bilmir ki, dəniz niyə belə adlanır. Məlumdur ki, "Ölü dəniz" dünyanın ən duzlu dənizidir. Dənizin suyunun 1 litrində 270 qram duz vardır. Bu da həddindən artıq çoxdur. Bu cür duzlu suda ancaq və ancaq ən nadir mikroorqanizmlər yaşaya bilir. Digər canlıların duzlu suda yaşaması mümkün deyil. Bu suya düşən balıqlar həmin andaca ölürlər və onların duzla örtülmüş cəsədləri suyun üzünə cıxır. Buradan da belə nəticə hasil olur ki, bu dəniz bütün canlılar üçün ölüm hövzəsidir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, yəhudi dilində bu dəniz - "Yam ha Maked" adlanır ki, bu da – "Qatil dəniz" mənasındadır. Dənizin daha mülayim səslənən digər adı da vardır — "Duzlu dəniz". Bu dənizə müxtəlif adlar verilmişdir: Lot dənizi, Şərqi dəniz, Asfalt dəniz və s.
Sual oluna bilər ki, bu dənizdə bu qədər duz haradandır?.. Bu sualın cavabı çox sadədir. Dənizə tökülən çayların tərkibində duz vardır. Dənizin isə heç bir axarı yoxdur. Dəniz suyunun çıxarı ancaq buxarlanmadır. Su buxarlanarkən tərkibindəki duz buxarlanmır, dənizdə qalır. Neçə minilliklərlə dənizin dibində yığılıb qalan duz dənizi ölü bir hövzəyə çevirmişdir. Göründüyü kimi, hələ lap qədimlərdən bu su hövzəsini insanlar haqlı olaraq "Ölü dəniz" adlandırmışlar. Suyunda heç bir canlı olmadığından bu su hövzəsi belə qorxunc ad almışdır. Əslində isə bu su hövzəsı – göldür, böyüklüyünə görə dəniz adı almışdır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 8229 Tarix: 26 noyabr 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çində 84 yaşlı qadın süni intellekt tərəfindən yaradılan kişiyə aşiq oldu
Çində 84 yaşlı qadın süni intellektlə yaradılmış virtual kişiyə vurulub. xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb. O, bu qeyri-real şəxslə "ünsiyyətə" gündəlik 10 saata qədər zaman ayırıb. Təqaüdçü qadın həmin personaja sevgi dolu məktublar göndərərək aralarınd
29.03.2026 287 Hamının sevərək yediyi balıq ZƏRƏRLİ İMİŞ
Tuna balığı sağlamlıq üçün ən zərərli balıq növlərindən biri hesab olunur. BİG.AZ -a istinadən xəbər verir ki, bunu rusiyalı terapevt və dietoloq Marqarita Korolyova deyib. Mütəxəssis bildirib ki, qida üçün istifadə olunan tuna balığı əti adətən yaşlı və iri balığa məxsus olur. O, uzun illər ərzind
22.03.2026 796 Qorxuducu trend - Ölüləri "dirildirlər"
Sosial mediada mərhum sənət adamları ilə bağlı yaradılan trend narahatlığa səbəb olub. Axşam.az xəbər verir ki, bəzi səhifələr süni intellektdən istifadə edərək mərhumun şəkillərini ödəniş müqabilində "canlandıran" videolar yaradırlar. Bəziləri bunu texnoloji irəliləyiş kimi qəbul etsə də
28.03.2026 504 Çayı belə dəmləyənlər HƏMİŞƏ TƏRİF EŞİDİRLƏR
Azərbaycanda çay sadəcə bir içki deyil, gündəlik həyatın ayrılmaz hissəsidir. Yeni araşdırmalar göstərir ki, çayın həm dadı, həm də faydası istifadə etdiyiniz dəmliyin materialından birbaşa asılıdır. xəbər verir ki, tayvanlı elm adamları saxsı, şüşə, paslanmaz polad, silika-gel və farfor (porselen) dəmliklər
29.03.2026 715 Mask "Terafab" çip istehsalı layihəsinin başlanğıcını elan edib
Amerikalı sahibkar İlon Mask rəsmi olaraq mikroçip istehsalına yönəlmiş "Terafab" layihəsinin başlandığını elan edib. "Report"un məlumatına görə, onun çıxışı "Tesla" şirkətinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanıb. "Biz hazırkı təchizatçılarımı
22.03.2026 345 Yuxudan oyanan kimi bunları edin
Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. Yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Həm gənclik, həm də qocalıqda sağlam və güclü beyin üçün hərəkət
29.03.2026 343 Turlar.Az - Daxili Turlar
Pulsuz turizm elanları saytı olan -da sizə Quba, Qusar və İsmayıllı turları təklif olunur. Ən münasib qiymətlər bizdə!. Daxili turlar arasında Quba-Qusar-Laza turu ən məşhurlardandır. İlin istənilən fəslində bu turlar təşkil olunur. Ekonom və standart paketlər arasında qiymət fərqi olur. Qiymətə daxildir
26.03.2026 1235 Bayramda görülən hansı yuxular çin olur? - XALQ İNANCLARI
Bayram günlərində görülən yuxuların çin çıxması mövzusu Azərbaycan xalq inanclarında və ümumilikdə Şərq mədəniyyətində dərin köklərə malikdir. Bu inam təkcə sadə bir təsadüf və ya təsəvvür deyil, əsrlər boyu formalaşmış düşüncə tərzinin, dünyagörüşünün və mənəvi həyatın bir hissəsi kimi qəbul edilir
22.03.2026 686 "Telegram"a süni intellekt əsaslı "redaktor" əlavə olunur
"Telegram"ın süni intellektə əsaslanan "redaktor" funksiyası yaradılır. Sınaq versiyasında olan bu yenilik istifadəçilərə daxili süni intellekt (Sİ) vasitəsilə mesajlarını elə çat pəncərəsində dəyişdirməyə şərait yaradır. Yeni alət vasitəsilə yazılardakı orfoqrafik xətaları arada
29.03.2026 261