Paytaxtın bu küçələri 4 gün bağlı olacaq

Paytaxtın bu küçələri 4 gün bağlı olacaqGələn həftə Bakının küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, noyabrın 21-dən 24-dək paytaxtın Səbail rayonu ərazisində GT3 avtomobil yarışının başlanması ilə əlaqədar paytaxtın Mikayıl Useynov, Qurban Abbasov, Aqil Quliyev, Aydın Nəsirov, Əhməd Yaqubov, Əlibəyov Qardaşları, Aydın Məmmədov və Əli Nəzmi küçələri istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Qeyd edək ki, dünya avtomobil yarışında Fransa, İtaliya, İspaniya, Almaniya və s. kimi ölkələrdən olan 13 komandanın tərkibində 30-dan artıq avtomobil yarışacaq. Avtomobillər bir neçə dəfə dövrə vuraraq təyin edilmiş 8 km-lik marşrut boyu hərəkət edəcək. Beynəlxalq yarışı dünyanın müxtəlif ölkələrində 165 televiziya canlı yayımlayacaq ki, bu da 3 milyard tamaşaçı auditoriyası deməkdir.

Tədbir çərçivəsində 13 ədəd Formula 1 tipli yarış avtomobilləri şou nümayiş etdirəcək. Yarış avtomobilləri Bayraq Meydanının qarşısından start götürərək Fövqəladə Hallar Nazirliyinin Səbail rayon Dövlət Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından geriyə, M.Useynov küçəsindən keçməklə A.Quliyev küçəsi ilə Bakı-Salyan şosesindən Bayıl dairəsi istiqamətində gedəcək və geriyə - Bayraq Meydanına qayıdacaqlar.

Yarışı izləmək istəyən 13 minədək tamaşaçının xüsusi avtobuslarla bir neçə məntəqədən daşınması və quraşdırılmış 3 tribunada yerləşdirilməsi nəzərdə tutulub. Həmin məntəqələr barədə əlavə məlumat veriləcək.

Odur ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinin, ümumiyyətlə, əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, keçiriləcək bu möhtəşəm tədbirin mahiyyətini nəzərə alaraq, yarış keçiriləcək istiqamətlərdə nəqliyyat sıxlığının, tıxacların, yol-qəza hadisələrinin baş verməməsi üçün şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər və ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Qeyd edilən müddətdə bölgələrdən paytaxt ərazisinə giriş üçün alternativ yol kimi 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçmək, "20-ci Sahə" dairəsindən isə Dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə istənilən istiqamətlər üzrə hərəkət nəzərdə tutulub.

Paytaxtın Neftçilər prospekti - Azneft dairəsindən Bayıl qəsəbəsi və həmin istiqamətlər üzrə respublikanın bölgələrinə çıxış mümkün olmadığından, Niyazi küçəsi ilə Mehdi Hüseyn küçəsindən keçməklə Parlament və Mətbuat prospektləri, eləcə də 3-cü kənar dairəvi yolla hərəkət edilməsi tövsiyə olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1697   Tarix: 14 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880