Qadınları yaşlı göstərən 5 şey

Qadınları yaşlı göstərən 5 şeySolğun dəri – Dərinizə hər gün qulluq etməsəniz, daha yaşlı görünəcəksiniz. Dərinizi mütəmadi olaraq təmizləməsəniz, ölü hüceyrələr dəridə yığılmağa başlayacaq. Ölü hüceyrələr nəmləncidiricilərin təsirini heçə endirir.

Hər səhər üzünüzü yuyun. Axşamlar makiyaj olsa da, olmasa da, üzünüzü yenə yuyun. Çünki dəridə yığılan yağlar, kirlər məsamələri tıxayır. Sağlam dəriyə qovuşmaq arzusunu reallaşdırmaq üçün həftədə bir dəfə pilinq edin.

Cansıxıcı qara nöqtələr – Günəşin UV şüaları dərinin qocalmasını sürətləndirir. 2009-cu ildə əkizlər üzərində araşdırma aparılıb. Müxtəlif miqdarda günəş işığına məruz qalan dəri əkizlər arasında kəskin fərq yaradıb. Əkizlərdən biri digərindən 10 il daha yaşlı görünüb. Evdən çıxanda mütləq günəş şüaları əleyhinə krem çəkin. Bəzi insanlar günəş şüalarının gənclərə təsir etmədiyini düşünür. Halbuki bu doğru fikir deyil.

Quruluq – Soyuq hava dəriyə təhlükə yaradan mənbələrindən biridir. Soyuq hava, evdəki quruluq dərinin qoruyucu təbəqəsini qırır və dərinin ləkələnməsinə gətirib çıxarır. Qurumuş və sərtləşmiş dəri isə parlaq görünmür.

Quruluğu aradan qaldırmaq üçün dəri tipinə uyğun nəmləndirici seçin. Xüsusən də gecələr yatmazdan əvvəl nəmləndirici seçin. Yağlı dərilər isə su bazlı nəmləndiricilərə ehtiyac duyur. Çox quru dərilərə sahib olan qadınlar vazelin tərkibli nəmləndirici istifadə etməlidir.

Şiş göz torbaları – 40 yaşından sonra qadınların əksəriyyətinin qarşılaşdığı problemlərdən biri də şişmiş göz torbalarıdır. Indi isə gənc qadınlarda da bu problem özünü göstərir.

Xroniki yorğunluq stress hormonlarını oyadır. Bu isə dərinin iltihablaşmasına gətirib çıxarır. 2 həftə hər gün 8 saat yatmağa çalışın. Yuxu qadını gözəlləşdirir. Üzüstü, ya da yan yatarsanız, dərinin altındakı maye gözlərin altında yığılır. Buna görə də başınızın altına yastıq qoyub düz yatın. Səhərlər göz torbalarınız şişmiş vəziyyətdədirsə, buz parçalarından soyuq kompres edin.

Qara halqalar – Yaş artdıqca göz altındakı yağlar itir. Yağların itməsi isə göz altında qara halqalar əmələ gətirir. Bu da üzdə kölgə yaradır. 20 və 30 yaşdan sonra bu halqaların yaranmasının 3 səbəbi var: genetik, allergiya, ya da qeyri-sağlam qidalanma.

Gözünüz altında qara halqalar genetikdirsə, onu tamamilə yox etmək mümkün deyil. Allergiyanız varsa, gözlər qaşınanda buna dayanın. Allergiyadan qaynaqlanan kiçik halqaları soyuq kompreslə azalda bilərsiniz. Allergiyanı azaldan xüsusi yastıqlar alın.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1265   Tarix: 15 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181