Müğənnilərin ipinin üstünə odun yığmaq olmaz - SORĞU

Müğənnilərin ipinin üstünə odun yığmaq olmaz - SORĞUBiG.AZ kaspi.az-a istinadən xəbər verir ki, Onlar savadsızlıqdan yersiz ifadələr işlədir, bir-birini təhqir edib qalmaqal yaradır, sonra isə ən rahat variant kimi jurnalistləri günahlandırırlar

Son günlər efirdə və mətbuatda şou-biznes nümayəndələrinin jurnalistlərə qarşı iradları və qalmaqala meylli olduqları ilə bağlı ittihamları bitib-tükənmək bilmir. Belə ki, efir vasitəsi ilə jurnalistlərə hədə-qorxu gələn müğənnilərin sayı getdikcə artmağa başlayıb. Nəinki efir vasitəsi ilə, hətta mətbuatda da müğənnilərin dilindən "Media əhlində müğənnilərə qarşı aqressiya var", "Məni jurnalistlər yoldan çıxardı" kimi ifadələr yer almağa başlayıb.

Mətbuatda çalışan mədəniyyət və şou-biznes müxbirləri isə söhbətləri zamanı müğənniləri xalqın gözündə qaldıranın da, endirənin də jurnalistlər olduğunu, müğənnilərin efirdə və mətbuatda verdikləri bu tip açıqlamaların yalnız şou məqsədi daşıdığını söylədilər. Amma fikirlərini öyrəndiyimiz müxbirlərdən onlara haqq qazandıranlar da oldu.

"Palatka" toylarından səhnəyə...

"Oxu məni" qəzetinin redaktor müavini Könül Aypara şou-biznes sahəsində yenicə addımlayan müxbirlərə ehtiyatlı olmağı məsləhət görərək, onları fəaliyyət göstərdikləri sənətə ləkə gətirəməkdə ittiham etdi: "Mən 15 ildir ki, əyləncəli qəzetin elə əyləncə şöbəsinin müdiriyəm. Bu böyük təcrübəm sayəsində müğənnilərin, səhnə adamlarının, şou-biznes nümayəndələrinin hər üzünü görmüşəm desəm, yalan olmaz. Bilirsiniz, onları qınamıram. İndi hər bir fəxri adlarla təltif olunub, hər biri ali savada yiyələnib, loru dildə desək, hər birinin quyruğu qapı arasından çıxıb. Səhnəyə yenicə qədəm basanlar isə artıq xalqın gözünün həqiqətən tərəzi olduğunu bildiyindən, daha iddialı deyillər. Yəni qalmaqalla tanınacaqlarına ümid bəsləmirlər deyə, daha müxbirlərə ehtiyac duymurlar. Xalq artisti, ali təhsil ocağında dərs deyən Nazpəri Dostəliyevanın o vaxtlar heç ali savadı belə yox idi. "Palatka" toylarında oxuyurdu. Elə Mətanət İsgəndərli və Ədalət Şükürov da. "Oxu məni" qəzetində müsahibəsi getsin deyə, saatlarla redaksiyamızın qapısında, hətta yağışın altında Mətanət Şamilqızını gözləyirdi. Başqalarının da adını çəkə bilərəm. İndi bu əməkdar artistlərin avtomobillərinin sayı-hesabı yoxdur".

Könül Aypara şou-biznes nümayəndələrinin qalmaqal salmaq üçün müxbirləri axtardıqlarını və hətta özlərinə mətbuat katibi kimi də hansısa reytinqli qəzetin tanınmış müxbirini seçdiklərini söylədi. Onun sözlərinə görə, əvvəllər də tanınmaq və gündəmdə qalmaqdan ötrü müğənnilərin müxbirlərə böyük ehtiyacları vardı: "Mən ötən illərdən danışsam da, indi də vəziyyət belədir. "Aldığını alanlar" daha özlərini müəllim, sənətkar, əlçatmaz kimi nümayiş etdirməyə çalışırlar. Amma bəzən belələrinin də işi mətbuatdan keçir. Yerdə qalanlar isə ona-buna söz atdıqdan sonra çəkilib kənarda dayanırlar, sonra da müxbirləri qınamağa başlayırlar. Çünki çox vaxt mediaya işləri düşmür. Artıq sosial şəbəkələr var. Toyları da bu yolla tuta bilirlər, fanatlarla da əlaqə saxlayırlar, lazımlı-lazımsız yeniliklərini də oxucularıyla bölüşürlər. Vay o günə ki, quyruqları qapı arxasında qalsın, onda yenə də müxbirlərə üz tutub yardım üçün şirin dillərini işə salırlar".

Jurnalistin nə günahı?

"Şərq" qəzetinin müxbiri Tahirə Məmmədqızı heç bir müğənniyə jurnalistləri təhqir etmək üçün səlahiyyət verilmədiyini və onların kiçik problemdən qalmaqal yaradaraq bunda jurnalistləri günahkar hesab etdiklərini söylədi: "Müğənnilər qalmaqallardan qaçdıqlarını söyləyib, jurnalistləri hədələməyə başlayıblar. Onlar efirə çıxaraq barmaqları ilə jurnalistlərə hədələyir, "mənim haqqımda yazan jurnalisti belə edərəm" kimi yersiz ifadələr səsləndirirlər. Müğənnilərə heç kim bu ixtiyarı verməyib. Yəqin müğənnilərin mətbuat haqqında qanundan xəbərləri yoxdur ki, belə hərəkətlər edirlər. Yeri gəldi-gəlmədi, mətbuatı hədələməklə özlərinə reytinq qazanmağa çalışırlar. Yaxşı olardı ki, bizi hədələməkdənsə hərəkətlərinə, repertuarlarına fikir versinlər. Müğənnilər özlərinə yaxşı taktika seçiblər. Telefonda vasitəsilə bir-birilərini qırırlar, müsahibələrində bir-birini təhqir edirlər, sonra isə ən rahat variant kimi jurnalistləri günahlandırırlar. Onlar ailələrində problem yaradırlarsa və yaxud ərlərindən boşanırlarsa, burda jurnalistin nə günahı var? Əgər bir müğənni digərinə "gey" deyib, və yaxud başqa təhqiramiz sözlər işlədirsə, burda jurnalist nə etməlidir? Amma buraya bütün müğənniləri də aid etmək düzgün deyil. Onların içərisində savadlı, intellekti olan müğənnilərimiz də çoxdur".

Vesti.az saytının müxbiri Yeganə Rzaxanova müğənnilərin iradlarının düzgün olduğunu və bu gün işini bilən jurnalistlərin qalmaqala qaçmadığını qeyd etdi: "Son zamanlar saxta jurnalistlər həddindən artıq çoxalıb. İşini tam dərk etməyən "jurnalistlər" sayt açaraq orada real olmayan yazılar dərc edirlər. Bu da bizim adımıza xələl gətirir. Mən təəssüf hissi ilə qeyd edirəm ki, axır vaxtlar bəzi "jurnalistlər" oxucuları düzgün yönləndirmirlər. Müğənnilər bilmirlər ki, kimə müsahibə və ya açıqlama versinlər. Şou əhlinə məsləhət görərdim ki, kimə gəldi açıqlama verməsinlər. Onlar bilməlidir ki, bu sahədə kim peşəkardır, kim isə qeyri-peşəkar. Xəbər hazırlanarkən hər şey müsahibin dediyi kimi və ən əsası, qərəzsiz olmalıdır. Bu gün açıqlamaların və ya müsahibələrin daha çox qalmaqallı tərəflərini işıqlandırırlar. Bu isə düzgün deyil".

Deyir, sonra sözlərindən qaçırlar

Lent.az saytının əməkdaşı Yalçın Süleymanov: "Düzdür, bəzən həmkarlarımdan da araqarışdıranlar olur. Buna misal olaraq Nadir Qafarzadə və Cavanşir Məmmədov qalmaqalını göstərmək olar. Amma bunu deməklə müğənnilərin tərəfini tutmuş deyiləm. Sadəcə, obyektivliyi qorumaq gərəkdi. Digər bir tərəfdən, müğənnilər, sənət adamları medianı günahlandırmazdan öncə özlərinə və danışacaqları sözlərə diqqət etsinlər. Belə bir ifadə var ki, söz ağızdan çıxdı, sənin deyil. Amma çox təəssüflər olsun ki, şou-biznesdə əksər müğənnilər müsahibə verir, sonra isə öz fikirlərinin üstündə durmurlar. Nəticədə vəziyyətdən çıxış yolu kimi "jurnalist özündən yazıb" sözünü işlədirlər. Məhz bu səbəbdən onlarla müsahibədə diktafon vacibdir".

Gün.az saytının əməkdaşı Aytən Həsənovanın sözlərinə görə, hər bir peşəkar jurnalist xəbər yazarkən, ilk növbədə obyektiv və qərəzsiz olmalıdır: "Jurnalist heç zaman qalmaqal xatirinə xəbər yazmamalıdır. İkincisi isə, hər hansı bir xəbəri dəqiqləşdirmədən – müğənni ilə əlaqə saxlayıb, mövqeyini öyrənmədən yaymaq olmaz. Müğənni və jurnalist arasında qalmaqal əksər hallarda bu səbəbdən baş verir. Amma bəzən də müğənnilər jurnalistin sualını doğru-düzgün cavablandırmır və ya özləri qalmaqal yaranmasında maraqlı olurlar. Bu isə məsələnin başqa tərəfidir. İstənilən halda, müxbir öz peşəsindən irəli gələn qaydalara əməl etməli və bacardığı qədər xəbəri dolğun və obyektiv şəkildə oxucuya çatdırmalıdır".

"Üç nöqtə" qəzetinin mədəniyyət müxbiri Aygün Əhmədova da müğənnilərin özlərinin qalmaqala meyilli olduqlarını qeyd etdi: "Mən müsahibə aldığım bütün müğənnilər bilirlər ki, qalmaqaldan uzaq yazılar yazıram. Əgər hansısa müğənni qalmaqal yönümlü müsahibə verirsə, bu artıq məndən asılı deyil. Bəzi müğənnilər həmkarlarımı onların dediklərini olduğu kimi yazamamaqda günahlandırırlar. Amma jurnalistlər də dəfələrlə müğənnilərin səs yazılarını yayımlamaqla doğru yazdıqlarını nümayiş etdiriblər. Ümumiyyətlə, düşünürəm ki, müğənni qalmaqal yaratmaq istəmirsə, heç bir jurnalist müğənnini qalmaqala məcbur edə bilməz".

Müğənnilərin ipinin üstünə odun yığmaq olmaz

"Qafqazinfo" saytının şou yazarı Könül İbrahimova müğənnilərin ipinin üstünə odun yığmaq mümkün olmadığını söylədi: "Son zamanlar müğənnilər şou yazarlarını tez-tez yalan xəbər yazmaqda, onları qalmaqala sürükləməkdə günahlandırır. Belə hadisələr mənim də başıma gəlib. Belə ki, müsahibə almışam, dəfələrlə müğənniyə demişəm ki, bunu yazsam səni məhkəməyə verəcəklər. Deyib ki, yaz. Yazmışam, səhər eşitmişəm qarşı tərəfə bildirib ki, mən elə müsahibə verməmişəm, qarşı tərəf də məni məhkəməyə verib. Yaxşı ki, diktafonda səsyazma var idi, kimin yalançı olduğu ortaya çıxdı. Ona görə düşünmürəm ki, hər hansı bir jurnalist qəsdən yalan məlumatlar yaysın. Br də adətən müğənniyə zəng edib deyəndə ki, haqqında filan məlumat var, buna aydınlıq gətir, başlayır qışqırmağa ki, bu nə söhbətdir mənimlə edirsiniz. Onda jurnalist nə etməlidir? Araşdırmamış yazsa, müğənni ittiham edib məhkəməyə verəcək, araşdırmağa çalışanda da deyir ki, bu nə sualdır mənə verirsən. Ona görə də əksər müğənnilərin ipinin üstünə odun yığmaq olmaz".
New Baku Post qəzetinin mədəniyyət yazarı Ümidə Həsənli inanmır ki, qalmaqal yaratmağa meyli, həvəsi olmayan müğənni haqqında jurnalist qalmaqallı xəbər yazsın: "Elin gözü tərəzidir, oxucu və ya tamaşaçı müxbiri qınayar ki, axı, bu elə sənətçi deyil. Elə müğənnilər var ki, düşünmədən hansısa bir fikir işlədir və bu, qalmaqala səbəb olanda deyir ki, "mən o mənada deməmişdim", "mən o cür demək istəmirdim". Düzdür, bəzən insan danışıq zamanı fikrini düzgün çatdırmaya bilər. Amma sənətçilər diqqət mərkəzində olduğu üçün mütləq fikirlərini düzgün ifadə etməyi bacarmalıdırlar. Buna görə də savadlı, dünyagörüşlü, intellektual səviyyəli olmaq lazımdır. Amma çox təəssüf ki, elə müğənnilərimiz var ki, bəlkə heç vurma cədvəlini bilmir, bəlkə heç həyatında iki kitab oxumayıb, auditoriyada müəllim qarşısında əyləşməyib. Yaxşı səs, gözəl görünüş, not bilmək və ya bilməməklə yaxşı mahnı oxumaq hələ heç nə demək deyil. Sıradan biri olmayanlar, adilərdən seçilənlər, diqqət mərkəzində olan insanlar bunun fərqinə varıb məsuliyyətini daşımalıdırlar".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3071   Tarix: 19 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

Aktrisa Hande Erçel ilə münasibətinə son qoyan iş adamı Hakan Sabancı yeni eşqə yelkən açıb. Axşam.az türk mediasına istinadən xəbər verir ki, Hakanın adı bu dəfə Mahmut Orhanın keçmiş sevgilisi ilə hallanıb. Ayrıldıqdan sonra Hakanın adı bir neçə xanımla hallanıb. Amma hər dəfə o, xəbərləri təkzib edib

07.12.2025 624
.

Azərbaycan ilk dəfə Ermənistana xal verdi

"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycandan verilən xallar açıqlanıb. Axşam.az xəbər verir ki, ölkəmizin adından 12 xal İtaliyaya verilib. Müsabiqədə ilk dəfə Azərbaycan Ermənistana xal verib. Ermənistanın çıxışı Azərbaycan tərəfindən 3 xalla dəyərləndirilib. Xallar Leyla Adıgözəlzad

13.12.2025 254
.

Afət toyunda bu gəlinliyi GEYİNƏCƏK - VİDEO

Xəbər verdiyimiz kimi, jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla ailə qurmağa hazırlaşır. xəbər verir ki, cütlük artıq gəlinlik mağazasında olub. Afət toyda geyinəcəyi gəlinliyi də seçib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Aparıcının sevincli halları izləyiciləri

13.12.2025 632
.

Aysel mini ətəkdə GÖZ QAMAŞDIRDI - FOTOLAR

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Teymurzadə) sosial mediada paylaşımı ilə maraq doğurub. xəbər verir ki, ifaçı yeni görüntülərini instaqram hesabında paylaşıb. Zərifliyi və gözəlliyi ilə diqqət çəkən sənətçinin paylaşımına təriflər yağdırıblar. Aysel mini geyimi il

00:08 595
.

"Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO

"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır

00:21 332
.

Xanımı və oğullarının fotosunu paylaşdı

Aktyor Kamran Ağabalayev oğulları və xanımının fotosunu paylaşıb. Axşma.az xəbər verir ki, aktyor paylaşıma "Mənim ürəklərim" qısa şərhini yazıb. Qeyd edək ki, K.Ağabalayevin 2 oğul övladı var

13.12.2025 306
.

Sevgilisini tək buraxmadı

Türk aktrisa Hazal Subaşı sevgilisi Oğuzhan Koçu tək buraxmayıb. OLAY yazır ki, cütlük Oğuzhan Koçun baş rolunu canlandırdığı "Bugün güzel" filminin qala gecəsinə birgə qatılıb. Koçun Hazal Subaşını öpməsi kameralara yansıyıb. Pərəstişkarları onların sevgi dolu görüntülərini bəyənib

10.12.2025 521
.

"Kurtuluş Orhan"da daha bir aktyor - Foto

"Kurtuluş Orhan" serialına yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Emre Kızılırmak rol alacaq. O, layihədə "Hector" obrazını canlandıracaq. Qeyd edək ki, serialda "Orhan bəy"i Mərt Yazıcıoğlu canlandırır

07.12.2025 456
.

Nadir Qafarzadə baba oldu

Müğənni Nadir Qafarzadə baba olub. Axşam.az xəbər verir ki, sənətçinin nəvəsi dünyaya gəlib. Qafarzadə Axşam.az-a açıqlamasında bildirib ki, oğul nəvəsi olub. Qeyd edək ki, müğənninin oğlu Loğman Əntiqə adlı xanımla ailəlidir. İfaçının ikinci övladı Əziz də bu il ailə qurub

10.12.2025 744
.

TOP MP3