Möhtəşəm kəşf

Möhtəşəm kəşfQalıqlar indiyə qədər bilinməyən, amma hələ də Asiyada yaşayan qar leopardına bənzəyən bir növə aiddir.

Latınca "Panthera Blytheae" adlandırılan qalığın kəllə sümükləri üzərində aparılan araşdırmanın nəticələrinə görə, tapıntı 4.4 milyon il əvvəldən qalıb. Tibetdəki bu kəşf böyük pişiklər deyə adlandırılan növlərin ilk olaraq Afrikada deyil, Asiyada meydana gəldiyi və dünyaya buradan yayıldığı nəzəriyyəsini dəstəkləyir.

Mütəxəssislər həm anatomik məlumatlar, həm də DNT tapıntılarından istifadə edərək kəllənin nəslinin çoxdan tükəndiyinin, lakin bu gün bilinən bəzi növlərlə eyni bölgələrdə yaşadığı nəticəsinə gəlib.

Dr. Cek Tseng "Bu pişik bildiyimiz qar leopardlarının bacısıdır. Böyük alnı və basıq üzü var. Amma bir az daha kiçikdir. Xallı bəbir (Neofelis Diardi) ölçülərindədir" deyə təsvir edib.

Ana vətəni Asiyadır

Tapıntılar pişikkimilərin dünyanın hansı bölgəsində ortaya çıxıb yayıldıqları mövzusundakı müzakirələrə yeni iddialar gətirib.

Dr. Cek Tseng, "Bioloqlar böyük pişiklərin Asiya mənşəli olduqları fərziyyəsini ortaya atıblar. Lakin DNT tapıntıları ilə olan qalıqlar eyni istiqamətə işarə etmirdi" deyib.

Böyük pişiklər kimi də xatırlanan Pantera pişikkimilər ailəsinin aslan, yaquar, pələng, bəbir, qar leopardı, xallı leopard kimi növlərini əhatə edən bir qrupdur.

Tibetdəki böyük sürpriz

Yeni qalıqlar 2010-ci ildə Tibetin cənub qərb bölgəsindəki Zanda hövzəsindəki qazıntılarda Dr. Tseng ilə həmkarı və həyat yoldaşı Con Liunun da aralarında olduğu bir qrup tərəfindən tapılmışdı.

Onlar 100-ə yaxın sümük tapıblar. Bunların arasında bir az əzilmiş də olsa tamamilə bütövlüyünü qorumuş bir böyük pişik kəlləsi də var idi.

Dr. Tseng o hövzədə pişikkimilərə aid bir qalıq tapmağı heç gözləmədiklərini deyib:

"Ümumiyyətlə, antilop və kərkədan tapırdıq, lakin bu tapıntılar çox gözlənilməz idi".

Sümüklər 4.10-5.95 milyon il əvvəlki dövrə aiddir. Kəllənin yaşı isə 4.4 milyon il kimi müəyyən olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5023   Tarix: 18 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121