5 qızını zorlayan ata azadlıqda: zorlanan övlad üsyan edir

5 qızını zorlayan ata azadlıqda: zorlanan övlad üsyan edirİstanbulun Zeytinburnu rayonunda çox iyrənc və dəhşətli hadisə baş verib. 50 yaşlı M.Y. 5 qızını zorlayıb. Bu barədə atasının təcavüzünə uğrayan qızlardan biri, 37 yaşlı A.Y. məhkəmədə ifadə verərkən bildirib. O, məhkəmədə ağlayaraq "Bu murdarın cəzası yoxdurmu? Niyə heç kim onu dayandırmadı?!", - deyə üsyan edib. Onun sözlərinə görə, atası həm onu, həm də, 11 və 12 yaşlı iki bacısını mütəmadi olaraq zorlayıb. Onun bacıları dərin psixoloji şok keçirdikləri üçün psixoloq nəzarətindədir.

Qeyd edək ki, təcavüzkar ata M.Y. isə hələ də həbs olunmayıb. O, qızlarının şikayətlərindən sonra saxlanılsa da, onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Bakırköy prokurorluğundan verilən məlumata görə, olay 11 yaşlı B.-nin atası tərəfindən zorlanması faktı qızın başına gələnləri böyük bacısına, sonra da bibilərinə danışmasından sonra aşkanlanıb. M.Y. 11 yaşlı B və 13 yaşıl Ö. ilə yanaşı, ilk arvadından olan N.-nı da zorlayıb. Daha sonra məlum olub ki, M.Y. 37 yaşlı qızı A.Y-ya da dəfələrlə təcavüz edibmiş.
A.Y.-nın dediyinə görə, atası M.Y. iki ay sərasər onu döyüb, təcavüz edib: "Mənə deyirdi ki, başıma gətirdikləri barədə kimsəyə nəsə desəm, anamın başını kəsəcək. Mən də anama ünvanlanan təhdidlərdən qorxaraq susurdum. Sonra məni xalamın oğluna ərə verdilər. Atamın mənə təcavüz etdiyi dönəmdə həyatdan bezmişdim. İntihar etmək istəyirdim".

11 yaşlı Ö. və 13 yaşlı B. ilə bağlı psixoloq rəyində isə bildirilir: "Uşaqların təcavüzə məruz qaldıqları təsdiqlənib. Onlar çox ağır psixoloji şokdadırlar. İştahları pisdir, yata bilmirlər. Gecələr kabus görür, sürəkli ağlayırlar. Onlar təcavüzü unuda bilmirlər".
37 yaşıl A.Y. atasının dərhal həbs olunmasını tələb edir.

"Bizi hədələyir, polisə və məhkəməyə ifadə verməməyimizi istəyir. Bizi öldürmək üçün tapança da alıb. Axı nə üçün heç kim onun qarşısını kəsmir, niyə onu həbs etmirlər?!"
Lakin qızların ataları ittihamları qəbul etməyib. M.Y. polisə verdiyi ifadəsində bildirib ki, ikinci arvadından ona qalan mənzili ələ keçirmək üçün qızları ona böhtan atır.
"Dedikləri ağ yalandır. Onların iddiaları ilə qarşılaşmaqdansa ölməyi üstün tuturam. Nə günahım var ki, belə murdar böhtanlara, iftiralara məruz qaldım?! Bütün bunlar birinci arvadım və ondan olan qızlarımın oyunudur. Boşanmaq istədiyimi deyəndə işə başlayıblar", - deyə M.Y. bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7258   Tarix: 14 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Eynəyi cızıqlardan xilas edən təbii üsul

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqlar

27.04.2024 570
.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 513
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20.04.2024 486
.

Nigeriyada tıxacda 300-dək avtomobil yandı

Nigeriyada magistral yolda yaranan tıxacda 100-dən 300-ə qədər avtomobil yanıb. Hələ ki, tələfat barədə məlumat yoxdur, lakin itkilər çox ola bilər. Çünki şahidlərin sözlərinə görə, insanlar çox vaxt qapıları açmağa vaxt tapmayıblar. İnsident Şərq-Qərb magistralının Rivers ştatı ərazisində baş verib

28.04.2024 228
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 206
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 240
.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21.04.2024 550
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21.04.2024 944
.

Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO

Arb-də yayımlanan "Səni axtarıram" verilişində yaşanan hadisə diqqət çəkib. xəbər verir ki, efirə üz tutan şikayətçi qadının ərinin söylədikləri hər kəsi təəccübləndirib. Özündən yaşca böyük qadınla ailə quran gənc oğlan buna məcbur edildiyini iddia edib. Həbsxanaya düşməkdən qorxduğunu deyə

28.04.2024 1037