Türkiyədə 200 000 nəfər işini itirəcək

Türkiyədə 200 000 nəfər işini itirəcək

Antalya vilayətində turizm mövsümünün sonunda turizm obyektlərinin 70 faizinin bağlanması nəticəsində, təxminən 200 000 iş yeri ləğv olunacaq. BiG.AZ-ın "Hurriyet daily news" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə turizm assosiasiyasının (TUROFED) rəhbəri Osman Ayık deyib.
Onun sözlərinə görə, turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə səkkiz faiz artıb.

Türkiyə Statistika İnstitutunun (TUIK) məlumatına əsasən, bu ilin üçüncü rübündə turizmdən daxil olan gəlirlər 11.5 milyard dollara qədər artıb ki, bu artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.7 faiz artıqdır.
Bundan öncə xəbər verildiyi kimi, Türkiyənin bank nəzarəti orqanı (BDDK) turizm sahəsində kredit kartlarının istifadəsinə məhdudiyyətlər verməyi planlaşdırır.
"Biz ölkədə illərlə turizm sektorunu dirçəltməyə çalışmışıq, lakin BDDK-nın nəzərdə tutulan hərəkətləri həmin sektora mənfi təsir göstərəcək", - Ayık deyib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1667 Tarix: 15.11.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
tebis
tebis 15.11.2013
hmmm itire-itire goren bu dunya hara gedir


 
fenomeno
fenomeno 15.11.2013
hami nese itirir


 
Seidexanim
Seidexanim 15.11.2013
Bes o issizler ne edecek? Her neyse. Xeber ucun tesekkurler Sibel baci
Allah səni azad yaradıb, heç kimə kölə olma


 
R788
R788 15.11.2013
Allah komeyleri olsun

xeber ucun tesekkurler canimaa

♥ Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin.♥

♥ Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. ♥ (V.Hüqo)


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər