Qızı niyə qaçırırlar?

Qızı niyə qaçırırlar?BiG.AZ zaman.az-a istinadən xəbər verir ki,Azərbaycanda qız qaçırma adətinin pərdə arxası və bilmədiklərimiz...

Azərbaycan mediası son bir neçə gündə rəsmən "toydan qaçan gəlin"in küləyi ilə sovrulmaqdadır: Toy günü qaçan gəlinin anası danışdı, gəlinin dayısı arvadı od püskürdü, tərk edilən bəy özünə təzə qız tapdı.... 10 ay sonra "tərk edilən bəyin oğlu, toy günü qaçan gəlinin isə qızı oldu" tipli xəbərləri oxumasaq, yaymasaq, şəxsən mən təəccüblənəcəyəm.

Əvvəl qızı qaçırmaq kişilikdən sayılırdı

Amma indiki halda mövzumuz qaçırılan gəlinlə bağlıdır. Qaçırılma bizim cəmiyyətimiz üçün adiləşmiş haldır. Toy günü baş verən şok dönüşləri adətən kinolarda, seriallarda görürük. Orada da səhnə belə olur: nikah məmuru "siz onunla yaxşı gündə, pis gündə, xəstəlikdə, sağlamlıqda birgə olmağa razısızmı" sualına dərhal "yox" cavabı verib nikah zalını qaçaraq tərk edirlər.

Dediyimiz kimi, qaçırılma bizim topluluqlar üçün adiləşmiş haldır. Məsələn, əsrlər öncə qız qaçırma igidliyin rəmzi sayılırmış. Göz görüb, könül sevirdisə, arada da bulaq başında him-cimləşmə baş tuturdusa, deməli, qızı qaçırmaq da olardı. Günümüzdə bir çox adətlər deqradasiyaya uğradığı kimi, qız qaçırmanın da təyinatı dəyişib. İndi bu əməldə böyük əksəriyyətlə maddi faktorlar rol oynayır. Yəni qız-oğlan evlərinin cehiz, toy xərclərindən qurtulmaq üçün tapdıqları ortaq çıxış yolu da demək olar buna. Təbii ki, qərb bölgələrində bu, illərdir dəb halını alıb. Amma təkcə maddi faktorlara görə yox. Bunun tarixlə bilavasitə əlaqəsi var.

Keçmiş zamanlarda bir-birinə düşmən kəsilmiş ayrı-ayrı tayfa və nəsillərə, yaxud qonşu məhəllə və ya kəndə mənsub olan iki cavan oğlan və qızın, nəyin bahasına olursa-olsun, birləşmək arzusundan doğan bu adətin öz səbəbləri var. Qız, ya da oğlanın ata-anasının bu nikaha qəti etiraz etməsi və ya cavanların başqa-başqa zümrələrə, fərqli məzhəblərə (şiə-sünni) mənsub olması, yaxud bir evin varlı, o birisinin kasıb olması və yaxud qız evinin oğlangildən həddindən çox başlıq tələb etməsi və buna oxşar amillər ənənəvi nikahın heç zaman baş tutmayacağını aydın göstərəndə oğlan qızı götürüb qaçırmaq məcburiyyəti qarşısında qalırdı. Qız bu cür "evlənməyə" razılıq verirdisə, qırmızı yaylıq və ya saçından bir tel büküb ara arvadı vasitəsilə bəyəndiyi oğlana göndərir, vədələşdikdən sonra, könüllü şəkildə oğlana qoşulub qaçırdı. Bu da əski adət-ənənəyə görə, ata-ananın iradəsinə qarşı qəti etiraz, bir çevriliş, üsyan sayılırdı. Qaçırılan qızın geriyə alınması isə oğlan üçün çox ağır həqarət idi. Elə bu səbəbdən qaçırma zamanı oğlan əməlli-başlı silahlanır, yaxın dostlarından kömək alırdı.

Qızın evinə silahlı basqın edənlər də var

Əksər hallarda qız qaçırıldıqdan sonra oğlan kəbin kəsdirib toy edirdi. Məhəllə ağsaqqalları işə qarışıb tərəfləri barışdırsa da, qızın ata-anası artıq övladlarına cehiz vermir və o, ömrünün sonuna kimi el içində "qaçan gəlin" adı daşıyırdı. Qızın və ya oğlanın ata-anası heç cür bununla barışmadıqda, cavanlar həmin kənddən və ya şəhərdən köçməyə məcbur olurdular.

Bir "saxta qaçırma" yolu da var ki, burada bu və ya digər səbəbdən qızın valideynlərinin razılığı ilə oğlan qızı "qaçırırdı".

Qaçırmanın digər yolu qız evinə silahlı basqın edərək və ya çöldə-bostanda, yolda-küçədə qızı yaxalayaraq, onun zorla oğurlanmasıdır. Bu da çox vaxt insan tələfatı ilə nəticələnirdi.

Bir sözlə, qonum-qonşu, el-oba bu cür üzdəniraq "evlənmə yolları"nı heç vaxt bəyənməyib, pis qarşılayıb. Belə nikah üsulu xalqımız arasında geniş yayılmayıb.

Əslinə qalarsa, son əsrlərin toy mərasimləri, özü-özlüyündə, ulu əcdadımız Oğuz türklərinin qədim "qızqaçırma" adətinin uzaq əks-sədası, bir növ onun yamsılanmasıdır. Sonralar gəlin aparılan zaman icra olunan qabaqkəsdi, qapıbasdı, pərdəapardı və s. adətlər, ümumi rəyə görə, həmin əski "qızqaçırma"nın izi, qalığıdır.

Hər növdə qaçırılma var

Dediyimiz kimi, keçmişdəki bəzi ənənələrimiz artıq deqradasiyaya uğrayıb. Bu səbəbdən də indi qaçırılmanın motivlərinə də "kosmetik dəyişikliklər" edilib. Məsələn, bunlardan biri qızın razılığı ilə baş tutandır. Bu halda qaçırılmaya qızın ailəsinin narazılığı səbəb olur. İkinci geniş yayılmış hal isə həm qızın, həm də valideynlərinin razılığı ilə baş tutandır. Bu hal adətən tərəflərin maddi vəziyyəti yaxşı olmadığı vaxt baş tutur. Bu zaman hər şey əvvəlcədən planlaşdırılır, tərəflər qrafiki qurur, qız "qaçırılır", sonra da yüngülvari bir mərasimlə bu iş qeyd edilir. Qaçırılmanın ən az yayılan növlərindən biri isə zorla, bəzənsə qisasçılıq zəminində baş tutanlardır. Bu zaman nə ailələr, nə də qızın özü buna razı olur. Oğlan, ya da onun qohumları bu prosesi ya qızın ailəsindən qisas almaq, ya da istədikləri bir izdivacı gerçəkləşdirmək üçün edirlər. Məhz bu halda oğlan da, qaçırılmada iştirak edənləri də milisə (indi isə polisə) verirdilər.

Artıq bu əməl - qızqaçırma cinayət qanunvericiliyində adam oğurluğu kimi tövsif olunub və ağır cinayət hesab edilir. Bu cinayətə görə məhkum olunan şəxslərə məhkəmələr tərəfindən daha ağır cəzalar təyin olunur. Xatırladaq ki, bununla bağlı son illər kriminal jurnalistlər xeyli ilginc hekayələr də yazıblar. Bir neçə il əvvəl Yevlaxda baş vermiş bir qaçırma olayına görə 8 il həbs cəzası alan oğlanın hekayəsi mətbuatda uzun müddət müzakirə olunmuşdu.

Qız qaçırma adam oğurluğu sayılırmı?

Amma Azərbaycanda qaçırılan, yəni "adı çıxan" qızın nə özü, nə də ailələri bu olayla bağlı polisə adətən şikayət etmirlər. Çünki bu halda oğlanın türməyə göndərilməsi, qızın isə ata evinə qayıtması gözlənilir. Buna isə, razılaşaq ki, ölkəmizdə razı olanlar az tapılar.
Azərbaycan cinayət qanunvericiliyi qadını evlənmək məqsədilə qaçırma halını cinayət kimi qəbul edib. 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəlləsində qadını evlənmək məqsədilə oğurlama (129-cu maddə) cinayəti 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tuturdu. Eyni hərəkətlər yetkinlik yaşına çatmayan şəxs barəsində edilərsə, 5 ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tuturdu. Lakin 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş yeni Cinayət Məcəlləsində bu əməl adam oğurluğu kimi tanınır və 144-cü maddə ilə tövsif olunur. Həmin Məcəllə ilə bu əməl 5 ildən 12 ilədək, eyni əməllər yetkinlik yaşına çatmamış şəxs barəsində törədildikdə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Vəkillər isə bizə açıqlamalarında bildirdilər ki, əslində qız qaçırma ilə adam oğurluğu arasındakı fərqi məhkəmədə də dərhal anlayırlar. Sadəcə, qanunvericilik Qərb dəyərləri ilə yazıldığı üçün milli mentalitet nəzərə alınmayıb. Bu səbəbdən də hakimlər çox vaxt olaydakı gerçək izi nəzərə alıb, daha yüngül cəza verirlər.

Qızı qaçırıb xaricə satanlar da var

Amma bu məqamda xalqın adət-ənənəsindən başqa, müasir reallıqları da unutmaq olmaz. Bir çox hallarda qız qaçırma heç də hansısa sevən qəlbi sevindirmək yox, insan alverinə töhfə vermək üçün də baş tutur. İnsan alveri ilə bağlı hesabatlarda hər il onlarla belə fakt qeydə alınır. Bir çox hallarda sutenyorlar bizneslərinə qatmaq üçün cavan qızları bu cür ələ keçirirlər. Öncə saxta evlilik, ardınca isə bal ayı adı ilə Türkiyəyə, Rusiyaya səyahət. Bu, çox zaman alver üçün ilkin vasitə də olur. Xüsusən ucqar kəndlərdə imkansız ailələrə edilən bu təklif razılıqla qarşılanır və toy, cehiz xərcindən qurtulmaq üçün saxta bir qız qaçırma əməliyyatı gerçəkləşir. Nəticə isə... insan alverinə daha bir qurban verilir...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3781   Tarix: 10 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB

Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar

27.04.2024 771
.

Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO

Arb-də yayımlanan "Səni axtarıram" verilişində yaşanan hadisə diqqət çəkib. xəbər verir ki, efirə üz tutan şikayətçi qadının ərinin söylədikləri hər kəsi təəccübləndirib. Özündən yaşca böyük qadınla ailə quran gənc oğlan buna məcbur edildiyini iddia edib. Həbsxanaya düşməkdən qorxduğunu deyə

28.04.2024 1071
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 378
.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. Etirazçılar bildirirlə

27.04.2024 328
.

"Titanik" sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb

Okeanda 112 il əvvəl batan məşhur "Titanik" gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb. -ın xəbərinə görə, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astor

28.04.2024 342
.

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Azərbaycanın bəzi rayonlarında olan kənd adları insanlarda maraq doğurur. Onlardan bəziləri insanlarda gülüş doğurur, bəzi toponimlərin adı isə başa düşülmür. Onlara misal olaraq İnəkboğan, Mırtı, Potu, Tövlə, Ətyeməzli, Soğanverdilər, Qızqayıtdı kimi kəndlərin adını çəkmək olar. Daha ətraflı Xəzər TV-ni

28.04.2024 389
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 431
.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21.04.2024 557
.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21.04.2024 799