Çaytikanı haqqında bunları bilirdinizmi?

Çaytikanı haqqında bunları bilirdinizmi?Sağlam olmaq üçün çox vaxt təbii müalicə yollarına və bitkilərə üz tuturuq. Təbii müalicəvi əhəmiyyətinə görə çaytikanı bitkisi bir çox dərdlərin əsl dərmanıdır. Payız giləmeyvəsi sayılan çaytikanı min bir dərdin dərmanıdır. Onun vitamin, mikroelementlərlə bol olan meyvəsi, yarpağı, kökü hər biri ayrı ayrılıqda onlarla xəstəliyə çarədir. Son illərdə çaytikanı meyvələrindən və toxumlarındanxüsusi press altında saxlamaqla əla keyfiyyətli piyli yağ istehsal olunur və bu yağ "oblepixovoye maslo" adı ilə təbabətdə geniş istifadə edilir

Çaytikanının meyvəsində 3,5 faiz şəkər və çox miqdarda turşu, С, В1, В2, fol turşusu, РР, К, Р və Е, karotin,dəmir,bor,marqanes var. Bu meyvələri istər çiy, istərsədə müxtəlif məhsullar hazırlayaraq istifadə etmək olar.

BiG.AZ çaytikanının ən faydalı xüsusiyyətlərini oxucularına təqdim edir.

1. Bu giləmeyvənin tərkibindəki maddələr sinir sisteminin fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edir.

2. Çaytikanı yağı bakteriya məhv edici xüsusiyyətə malikdir. Yaralrın tez sağalmasında, ağrının azaldılmasında istifadə edilir. Bu qırmızı-narıncı rəngli yağda maddələr mübadiləsini tənzimləyən karotin, F vitamini,dəmir,gümüş,kobalt,nikel və sairə ilə zəngindir. Bu yağdan həm daxilə, həm də xaricə qəbulla istifadə edilə bilər. O, həmçinin ciyərlərdə zülalı artırır, zədəli hüceyrələrin tez müddətdə bərpasını stimullaşdırır.

Kəskin laringit, faringit kimi xəstəliklərdə günötrə 15 dəqiiqə inhalyasiya (buxar, qaz və ya toz halına salınmış maye və ya maddələrlə nəfəs alma vasitəsilə müalicə) etmək olar.

3. Çaytikanı meyvəsini dondurulmuş halda uzun müddət saxlamaq mümkündür. Bu meyvələr yaşlılarda antisklerozun profilaktikasında faydalıdır.

4. Çaytikanı şirəsi öskürəyə qarşı mükəmməl vasitədir. Onu balla birgə qəbul etmək daha effektiv təsirə malik olacaq.

5. Sinqa (vitaminsizlik nəticəsində diş ətində əmələ gələn xəstəlik) zamanı əvvəllər çaytikanı çayından istifadə edilirdi. Bunun üçün giləmeyvənin 5 qram quru yarpağını 1 stəkan qaynar suda dəmləmək lazımdır.

6. Mədə şirəsinin azalması zamanı çaytikanının təzə meyvələri və şirəsi məsləhət görülür.

7. Mədə xəstəliklərində çaytikanından hazırlanmış həlim içmək olar. 3 xörək qaşığı giləmeyvə 0,5 litr qaynar suya əlavə edilir. 10 dəqiqiə az odda qaynadandan sonra gündə 2-3 dəfə çay kimi içmək olar.
Mədə bağırsaq traktının pozulması zamanı yarpaq və budaqlardan həlim hazırlamaq olar.
Mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri zamanı: yeməkdən 30 dəqiqə əvvəl yarım ç.q. gündə 3 dəfə çaytikanı yağı qəbul etmək məsləhət görülür. Kurs müalicə – 10 gündür.

8. Donvurma,yanıq, irinli yaralar zamanı təzə meyvələri yaraların üzərinə qoymaq məsləhətdir.

9. Çaytikanı B vitamini ilə zəngindir. Bu meyvə nəinki 40 yaşdan sonra kişilər, hətta gənclər üçündə intim gücün bərpasında,yaranmış problemlərin aradan qaldırlmasında faydalıdır. Çirə,təzə meyvələr,yağ və salatları bu problemi həll etməyə kömək edəcək.

10. Çaytikanının yarapaqları və meyvəsi orqanizmdən oksalat turşusu və sidikqovucu təsirə malikdir.

Diqqət! Çaytikanı yağı və onun preparatları ilə müalicə həkim nəzarəti altında aparılmalıdır. Kəskin xolesistit (öd kisəsinin iltihabı), hepatit (qaraciyərin iltihabı), pankreatit (mədəaltı vəzin iltihabı), ishal zamanı çaytikanı yağını daxilə qəbul etmək əksgöstərişdir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4112   Tarix: 04 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

TOP MP3