"12 generalımız hər gün bir bəhanə ilə güllələnib" - VİDEO

"12 generalımız hər gün bir bəhanə ilə güllələnib" - VİDEOBiG.AZ anspress-ə istinadən xəbər verir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulan zaman onun sütunları generallarımız oldu. Amma bu gün həmin generallar unudulur. Onları məzarları başında, abidələri qarşısında yad edən yoxdur. Çünki vaxtı ilə Müstəqil Azərbaycan Respublikasının tarixinin ilk səhifələrini yazmış sərkərdələrimizin bir hissəsi xaricdə dəfn olunub deyə onlara əlimiz çatmır. Amma Bakıda torpağa tapşırılmış generallarımızdan da xəbərimiz yoxdur. Azərbaycanın ilk müdafiə naziri, peşəkar hərbçi, general Səməd bəy Mehmandarov Bakıda vəfat etsə də, onun məzarı yoxdur. 1931-ci il fevralında dünyasını dəyişmiş Səməd bəy Mehmandarov Çəmbərəkənd qəbiristanlığında dəfn edildi. Sonradan buranı parka çevirdilər, Kirovun abidəsini qoydular, 1945-ci ildə isə general Həzi Aslanovu dəfn etdilər. İş elə gətirdi ki, Sovet ordusunun qəhrəman tankçısının məzarı düz Azərbaycanın ilk peşəkar zabitlərindən birinin dəfn edildiyi yerin yanında oldu. Maraqlıdır ki, Həzi Aslanov uşaqlıqdan özü üçün ideal kimi məhz Səməd bəy Mehmandarovu seçmişdi.

Bu gün bu ərazidə Həzi Aslanovun abidəsi var. Burada Səməd bəy Mehmandarovun da adının yazıldığı kiçik bir lövhə qoymaq olarmı?.

Nəinki Demokratik Respublika dövrünün, həmçinin çar Rusiyasının ən məşhur generallarından biri Əliağa Şıxlinskidir. Zamanında onu "rus artilleriyasının Allahı" adlandırırdılar. İndi o, baxımsız məzarda uyuyur. Təxminən 4 ay əvvəl ANS əməkdaşları generalın, eləcə də, onun həyat yoldaşı, Azərbaycan ordusunun ilk şəfqət bacısı Nigar xanım Şıxlinskayanın məzarlarının ətrafını təmizlədilər.

Biz bu işə başladıq ki, bizdən sonra dövlət qurumları, ya da heç olmasa ictimai təşkilatlarla birlikdə bu prosesi davam etdirək, tariximizə daha hörmətlə yanaşaq. Amma təəsüf ki, bu baş vermədi. Müraciət etdiyimiz ictimai təşkilatlar da vaxt azlığını əsas gətirərək təşəbbüsümüzə qoşula bilməyəcəklərini dedilər.
Acı həqiqət budur ki, 1920-ci ildə güllələnən və meyidi Xəzərdə batırılan 12 generalımızın bu gün nə qəbri var, nə də xatirəsini əbədiləşdirən hər hansı bir abidə.

Tədqiqatçı-jurnalist Şəmistan Nəzirlinin sözlərinə görə, xüsusi ordunun xüsusi idarə rəisi Semyon Pankratov hər gün bir bəhanə ilə 12 generalımızı məhv edib. 12 general zirzəmilərdə güllələnib. "Kimlər idi onlar? Əbdülhəmid bəy Qaytabaşı, Haşım bəy Vəzirov, Firudin bəy Vəzirov, baş qərargah rəisi Məmməmməd Bəy Sulkeviç, Qacar qardaşları. Üç qardaş birdən güllələndilər. Bunlar əvəzolunmaz şəxsiyyətlər idilər".

ADR generallarının Azərbaycan tarixində böyük fədəkarlıqlar göstərdiyini deyən millət vəkil Fazil Mustafa da həmin dövrü tariximizin qaranlıq səhifəsi hesab edir. Çünki o dövrü canları, qanları bahasına yazanların adları bu gün tarixdən silinmək üzrədir. Bunun qarşısını almaq üçün ən asan addım heç olmasa onların məzarlarını qoruyub saxlamaqdır.

Geniş anlamda isə ADR dövrünün hərbçilərinin, erməni silahlılarına qarşı vuruşan əsgər və zabitlərin, qoçuların xatirəsini əbədiləşdirmək lazımdır. Amma harada və necə? Bəlkə elə Həzi Aslanovun abidəsinin yanında, general Mehmandarovun qəbrinin olduğu yerdə bir abidə ucaldılsın? Bəlkə Şıxlinskinin bu baxımsız qəbri Fəxri Xiyabana köçürülsün və orada bir abidə qoyulsun? Hətta generallar parkının yaradılmasını təklif edənlər var. Hər halda, yəqin ki, Azərbaycan Ordusunun əsasını qoyanların hər hansı abidəyə, hörmətə və unudulmamağa haqqı çatır.

Tarximizdə dərin iz buraxan şəxslərin adını əbədiləşdirməyi isə biz onlar üçün yox, özümüz üçün etməliyik. Çünki tarixini tanımayan millət özünü tanımaz. Tariximizə bu gün necə yanaşırıqsa, sabahın tarixində də o cür qalacağıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 4465   Tarix: 08 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740