Pulları kimlər yaradıb

Pulları kimlər yaradıbPul unikal fenomendir. Onlar özlüyündə heç bir dəyərə malik deyillər, yalnız mübadilə olunduqları əşya ilə dəyər qazanırlar.

Ümumiyyətlə, mübadilə bütün ticarət və digər iqtisadi proseslərin əsaslandığı məfhumdur. Hələ insanların sikkə və kağız pullardan istifadə etmədiyi qədim zamanlarda ticarət "canlı" mübadiləyə əsaslanırdı. Indi bunu barter adlandırırlar. "Səndə öküz dərisi var, məndə isə bir bağlama donuz quyruğu. Gəl dəyişək!"- ticarət belə idi. Qısası, sivilizasiyanın inkişafı ilə ticarətdə də dəyişikliklər baş verdi. Ovçuluq və yığıcılığın əvəzinə əkinçilik və maldarlıq yarandı. Böyük qəbilələr bir-birilə mübadilə etməyə başladılar. Bəs pulları kim fikirləşdi?

Əlbəttə ki, tarixdə pulu fikirləşən və ya mübadilə ekvivalenti kimi nəyisə istifadə etməyi məsləhət görən insanın adı qalmayıb. Müasir pul nümunələri dünyanın hər yerində demək olar ki, eyni vaxtda yaranmağa başladı. Məsələn, Okeaniya adalarında pul vahidi kimi kauri balıqqulağı, Romada duz, Yeni

Zelandiyada ortası deşik daşlardan istifadə olunurdu. Avropada isə ədviyyatlar xüsusilə qiymətli hesab olunurdu. Təxminən yarım kilo zəncəfil və zəfərana gəmi və ya qoşqu üçün at almaq olardı.

Lakin getdikcə barter tacirlərlə yanaşı, alıcıları da qane etməməyə başladı. Hədsiz çox "valyuta" növü var idi və satıcı qiymət qoymaqda çətinlik çəkirdi.

Alıcı həmişə riskə gedirdi, belə ki onun məhsulu satıcını maraqlandırmaya bilərdi. Buna görə də bazarın inkişafı ilə natural mübadilə narahat olmağa başladı.

Misir və Asiyada hələ e.ə. 2500-ci illərdə metalla hesablaşmağa başlamışdılar. Bunlar mis, gümüş, qızıl sikkələr idi. Metalın dəyərini qeyd etmək üçün ona damğa vurmağa başladılar. Bununla da, sikkələr yarandı. Ona görə də, pulu yaradanların asiyalı və misirli olduğu düşünülür.

Yenilik həm də rahat oldu – sikkələr mal-qara kimi ölmür və ya bazara aparılarkən yolda xarab olmurdu. Onlar bahalı, balaca və bərk idilər. Sikkələr rahat ekvivalent olsalar da, qiymətli metallar təbiətdə o qədər də çox deyildi, hətta sikkələri mis və bürüncdən hazırlamağa başlayanda da sikkə yenə də çatışmırdı.

Çıxış yolunu bizim eranın 910-cu ilində Çində tapdılar. İlk kağız pullar çinlilər tərəfindən yaradılmışdır, onlar kağız pulu tut ağacının qabığından hazırlayırdı.

Avropada belə valyutalar bir qədər gec yarandı. Onun ərazisində ilk kağız pullar 1483-cü ildə buraxılmağa başlanıldı. O da ona görə ki, müharibə gedirdi və sikkə əhəmiyyətli dərəcədə çatışmırdı.

İctimai istifadə üçün pullar ilk dəfə Stokholm bankının işçiləri tərəfindən yaradıldı. Ilk belə pullar 1661-ci ildə emissiya edildi. 18-ci əsrin sonunda kağız pullar demək olar ki, dünyanın hər yerində əsas ekvivalent vasitəsi oldu, metal pullar isə xırda sikkələrə çevrildilər. banker.az.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1311   Tarix: 28 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189