Azərbaycan tarixinin ən böyük sınağına hazırlaşır - VİDEO

Azərbaycan tarixinin ən böyük sınağına hazırlaşır - VİDEOBiG.AZ anspress-ə istinadən xəbər verir ki, Planet tarixində ilk Panavropa Oyunlarına 580 günə yaxın vaxt qalır. İlk baxışdan kifayət qədər böyük görünən bir rəqəmdir. Amma əslində, Azərbaycanda yaradılmalı olan infrastrukturu nəzərə aldıqda, vaxt darlığı göz qarşısındadır.

Avropa Olimpiya Komitəsinin üzvü Spiros Kapralosun sözlərinə görə, Bakının namizədliyi bu oyunları keçirmək üçün gec təsdiqlənib. "Bizim az vaxtımız qalıb. Ona görə də həm hazırlıq, həm də tikinti işlərində bir gün belə itirmək olmaz".

Azərbaycan bu 580 gün ərzində nələr etməlidir?
Yarışın açılış və bağlanış mərasimlərinin keçiriləcəyi olimpiya stadionunun tikintisi başa çatdırılmalıdır. Təşkilat komitəsi bu stadionun, habelə hovuz kompleksinin 2015-ci ilin fevralında istismara veriləcəyinə ümidlidirlər. Avropa Oyunlarına təşrif buyuracaq gimnastlar Milli Gimnastika arenasında yarışmalıdırlar. Bu arenanın tikintisi gələn il yekunlaşacaq. Ümumiyyətlə hesab edilir ki, Avropa Oyunları üçün tələb olunan idman obyektlərinin tikintisi ən uzağı 2015-ci ilin əvvəlinə qədər yekunlaşacaq.

Hazırda əsas problem oyunların keçirilməsi üçün tələb edilən infrastrukturun yaradılmasıdır. Yarışda 5000-ə qədər idmançı, minə qədər nümayəndə heyəti, 2 minə qədər jurnalist qatılacaq. Bu sayda insanın yerləşdirilməsi təşkilatçılar qarşısında duran əsas məsələlərdən biridir. İdmançıların olimpiya, jurnalistlərin isə media kəndində məskunlaşacağı qərara alınıb. Bu kəndlər "Koroğlu" metro stansiyasının yaxınlığında tikilən bu binaların bazasında yaradılacaq. Olimpiya oyunlarında iştirak etmək üçün Bakıya gələn komandaların nümayəndə heyətlərinin üzvləri mehmanxanalarda yerləşdiriləcək. Amma bu yerlərin sayı kifayət edəcəkmi?
Spiros Kapralos otellərdə nömrə çatışmazlığı olduğunu desədə, lakin azərbaycanlı dostlardan Avropa Oyunlarından sonra lazım olmayacaq otelləri tikməyi xahiş etməyiblər.

Məlumdur ki, Azərbaycanda mehmanxana yerlərinin əksəriyyəti bahalı hotellərin payına düşür. Mehmanxanalarda qiymətlər orta hesabla 150-250 manat arasında dəyişir. Bu qiymətlər 2 həftə Bakıda qalacaq xarici azarkeşləri qane edəcəkmi? Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Eurovision" yarışması ərəfəsində bu məsələnin qabardıldığını və müsabiqə zamanı heç bir problem yaranmadığını xatırladıb.

Avropa oyunlarının təşkilatçılarının rastlaşacağı digər bir problem nəqliyyatla bağlı olacaq. "Eurovision" yarışması ilə müqayisə aparsaq, bu dəfə gələn qonaqların sayı dəfələrlə çox olacaq. Və "Eurovision"dan fərqli olaraq, bu dəfə qonaqlar yalnız Baku Kristal Holl deyil, paytaxtın mərkəzi və şəhərətrafı hissəsinə səpələnmiş idman arenalarında axın edəcəklər. Bu isə şəhərin küçə və yollarında hərəkət sıxlığı problemini yaradacaq. Bunu nəzərə alan Nəqliyyat Nazirliyi xüsusi tədbirlər planı hazırlayıb.

Digər problem əcnəbilərə vizaların verilməsi ilə bağlıdır. Söhbət viza almaq məqsədilə 10 min nəfərdən çox adamın eyni vaxtda səfirliklərə müraciətindən gedir. Bu baxımdan, oyunların keçirildiyi dövrdə viza rejiminin sadələşdirilməsi istiqamətində addımların atılması aktual ola bilər. Məsələn, qonşu Rusiyada Soçi Qış Olimpiya oyunlarını izləmək istəyənlər üçün müvəqqəti viza rejimi tətbiq olunub. Onlar Rusiya səfirliklərində ayrılmış olimpiya pəncərələri vasitəsilə növbədənkənar və sadələşdirilmiş şəkildə viza əldə edə bilərlər.

Azərbaycan üçün bunların hamısı yeni çağırışlardır. MDB məkanında yalnız 3 ölkə - Rusiya, Ukrayna və Azərbaycan "Eurovision" kimi yarışa ev sahibliyi edib. Rusiya indi Soçi Olimpiyadası ilə imtahana hazırlaşır. Ukrayna isə Polşa ilə birlikdə 2012-ci il futbol üzrə Avropa çempionatı ilə sınaqdan çətinliklə çıxdı. İndi növbə Azərbaycanındır. Avropa Oyunlarının müvəffəqiyyətlə keçirilməsi Bakının Olimpiyadaya ev sahibliyi etmək şanslarını artıracaq. Bir sözlə, Azərbaycanın yeni tarixi hadisənin iştirakçısı və yaradıcısına çevriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1801   Tarix: 08 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Niderlandda Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilib

Azərbaycanın Niderlanddakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. "Report"un məlumatına görə, mərasim Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə çıxış edən Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzad

13.12.2025 134
.

Lukaşenko Trampla razılaşmalar çərçivəsində 123 xarici vətəndaşı əfv edib

Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampla əldə edilmiş razılaşmalar çərçivəsində və onun xahişi ilə müxtəlif ölkələrin 123 vətəndaşını əfv edib. "Report" xəbər verir ki, bu barədə "BELTA"ya Belarus liderinin mətbuat xidmətindən bildirilib

13.12.2025 119
.

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri

13.12.2025 108
.

500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA

"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır". -ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramo

00:09 128
.

Səidə Haqverdiyeva vəzifədən azad olundu

Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub

13.12.2025 175
.

Avropa Birliyi Rusiyanın 210 milyard avro dəyərində aktivlərini dondurub

Avropa Birliyi Rusiyanın birlik daxilində 210 milyard avro dəyərində aktivlərini qeyri-müəyyən müddətə dondurub. BİG.AZ DW-yə istinadən xəbər verir ki, bu qərar vəsaitin Ukraynaya yardım üçün istifadəsinə imkan verəcək. Əvvəllər Avropa Birliyi aktivlərin dondurulmasını hər altı aydan bir uzada bilərd

13.12.2025 163
.

Gecə klubundakı partlayışa görə məhkum edilən menecer - Azad olundu

3 il əvvəl Bakıda 4 nəfərin ölümü ilə nəticələnən "Location" klubdakı partlayışla bağlı məhkum edilən Orxan Səfərli vaxtından əvvəl azad edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə məhkumun ərizəsini təmin edib. O.Səfərlinin cəzasının qalan hissəsi şərti hesa

13.12.2025 152
.

Almaniyada polis milad yarmarkasından təxminən 120 nəfəri təxliyə edib

Polis Almaniyanın Duderştatd şəhərində milad yarmarkasından təxminən 120 nəfəri potensial təhlükə səbəbindən təxliyə edib. "Report"un məlumatına görə, bu barədə Bild qəzeti yazır. Buna səbəb kimi potensial terror təhlükəsi haqqında məlumat olub. Şahidlər gənc bir oğlanın odlu silahla gördüklərin

13.12.2025 124
.

Zelenski: Belarus həbsdə olan beş Ukrayna vətəndaşını azad edib

Belarus Ukraynanın beş vətəndaşını azad edib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib. "Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Belarusda olan mülki şəxslərin azad edilməsi üçün xüsusi tədbirin hazırlanmas

13.12.2025 100
.

TOP MP3