Uşaqlarımız niyə ağlayırlar?

Uşaqlarımız niyə ağlayırlar?BiG.AZ ekspress.az-a istinadən xəbər verir:Körpə beşikdən belə, anaya tez çatan, ona ehtiyac duyduğunu göstərən tembri seçə bilir
Körpənin gülümsəməsi, məmnun olması hər bir valideynin ən böyük arzusudur. Amma körpə gülümsəməkdənsə, daha çox ağlayır. Körpənin ağlaması təbii olsa da, xüsusilə də gənc valideynlər bunu həyəcanla qarşılayırlar.

Uşaq psixoloqu Nailə Vəliyevanın sözlərinə görə, uşaqlar səbəbli və ya səbəbsiz ağlayır və analar da onları necə sakitləşdirəcəyini bilmirlər. Körpənin ağlaması valideynlər arasında mübahisələrə də səbəb olur. Bir qayda olaraq, ana bu prosesə cəlb edilir, ata isə nəticəni gözləyir və burada hər bir valideyn ayrı-ayrılıqda məsuliyyət daşıyır. Bu baxımdan da uşaq ağlayarkən valideynlərin keçirdiyi hisslər fərqli olur. Onlar uşağın ağlamağının səbəbini də fərqli qəbul edirlər. Bəzən isə uşaq sakitləşməyəndə ailə üzvləri günahı anada görürlər.

N.Vəliyeva bildirib ki, yeni doğulan körpənin emosional həyatında ağlama reaksiyası əsas yer tutur. Ağlama prosesi təbii və təəccüb doğuran fenomendir. Ağlama təkamül prosesində valideynin əsəb sisteminə effektiv "zərbə" yolu ilə diqqətin cəlb edilməsi kimi çox intonasiya ilə təzahür edir. Körpə beşikdən belə anaya tez çatan, ona ehtiyac duyduğunu göstərən tembri seçə bilir. Sadəcə, bunu deməyi körpə hələ bacarmır. Onun ağlaması öz ehtiyacları və arzuları haqqında valideynlərə xəbərin verilməsi üsuludur.

Körpənin ağlaması təbii tənəffüs gimnastikasıdır: "Amma bu gimnastika ilə həddindən artıq çox məşğul olmasın deyə ona qayğı göstərmək lazımdır. Yeni doğulan körpə bir yaşına kimi çağalıq dövrünü yaşayır. Məhz bu dövrdə uşaqlar daha çox ağlayır. Təbii ki, bu yaş dövründə uşaqlar nə istədiklərini başa sala bilmədikləri üçün valideynlər də uşağın nəyə görə ağladığını bilmir və onları sakitləşdirməkdə çətinlik çəkirlər".

Həmsöhbətimizin dediyinə görə, çağalar müxtəlif səbəblərdən - acıyanda, altını batıranda, ətrafdakı səs-küydən narahat olanda, harasısa ağrıyanda - ağlayırlar. Həyatının ilk günlərində çağanın ağlamağı hər dəfə eyni cür görünür: "Sizə elə gələ bilər ki, o, acıyanda da, altını batıranda da, narahat olanda da eyni cür ağlayır. Lakin diqqət etsəniz, əslində uşaqların müxtəlif səbəblərə görə fərqli ağladığını görərsiz. Əgər körpəniz təkidlə və dayanmadan ağlayırsa, deməli, o, acıyıb və ya altını batırıb. Əgər qışqırıq kimi səslə ağlayırsa, deməli, harasısa ağrıyır və ya qazı var. Səs-küydən narahat olursa, onda inilti şəklində ağlayacaq. Körpənizin ağlamağına fikir versəniz, onun nə istədiyini müəyyənləşdirə bilərsiz".

Onun sözlərinə görə, körpəni sakitləşdirməyin ən asan yolu səsli oyuncaqlardı: "Mümkün olduqca səsli və işıqları olan oyuncaqlar alın. Uşağınızı yelləyərək də sakitləşdirə bilərsiz. Çağanızı sol qolunuzun üstünə qarnı üstdə uzadıb yavaşca belini sığallayın. Çünki bu vəziyyətdə uşaq anasının iyini daha yaxşı hiss edir və anasının yanında olduğunu başa düşüb rahatlaşır".

Bir çox valideynlər uşaqlarının maşında gedəndə sakitləşdiyini deyirlər. Buna əsas səbəb uşağın ana bətnində uzun müddət mayenin içərisində olmasıdır. Ana tərpəndikcə uşaq mayenin içərisində sanki yellənir. Buna görə də uşaq doğulduqdan sonra bu şəraiti ona yaratdıqda o, sakitləşir: "Uşaq sakitləşsin deyə, çağanıza əmməsi üçün əmzik və ya sadəcə damağına sürtmək üçün rezin oyuncaq da vermək olar. Ağlayan uşağınızı qucağınıza aldığınız vaxt mütləq gözlərinə baxmağa və onunla danışmağa çalışın. Tez-tez kürəyini, əl və ayaqlarını masaj edin. Əgər adamların çoxluğundan narahat olursa, mütləq sakit yerə keçin. Çünki əgər bunu etməsəniz uşaq bütün günü ağlaya bilər. Ağlamağı kəsmirsə, onu təmiz havaya çıxarmağı çalışın. Uşağınızı yerə arxası üstdə uzadın. Qoyun ayaqlarını oynatsın. Bu onu rahatlaşdıracaq".

Ən əsası uşaq ağlayarkən valideyn sakit olmağa çalışmalıdır. Mütəxəssisə görə, körpə ilə ananın kontaktı o qədər güclü olur ki, ana əsəbi və narahat olduqda o da mütləq narahat olur. Buna görə də körpənizin sağlamlığı üçün neqativ vəziyyətlərdən uzaq olmağa çalışın.

Uşaqların həqiqi və manipulyativ ağladığını deyən psixoloq bildirib ki, təcrübəli valideynlər onları asan ayıracaqlar: "Əgər uşaq yıxılıb ağlayırsa, görünür ki, bu həqiqi ağlamadır. Əgər uşaq ənənəvi şəkildə ağlayıb qışqırmağa başlayırsa, deməli, nəsə onun xoşuna gəlmir və ona nəsə lazımdır. Göründüyü kimi bu manipulyativ ağlamadır. Bir qayda olaraq, ağlama tamamilə həqiqi hisslərdən başlayır, amma manipulyativ kimi davam edir".

Qeyd edək ki, kişilər uşağın manipulyasiya etməsindən şübhələnməyə daha meyllidirlər. Qadınlarsa uşağın həqiqətən ağladığını düşünürlər. Bu da valideynin uşaqla nə qədər vaxt keçirməsindən birbaşa asılıdır. Statistikaya görə, kişilər adətən vəziyyətə daha obyektiv baxırlar. Bu səbəbdən də əgər ata da uşaqla məşğul olursa, onda uşağın ağlamasının səbəbini daha düzgün müəyyən edir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2877   Tarix: 05 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

TOP MP3