Lalə Məmmədova dünyaya gəlməmiş qızına şeir yazdı

Lalə Məmmədova dünyaya gəlməmiş qızına şeir yazdıYeddi aylıq hamilə olan əməkdar artist Lalə Məmmədova dünyaya gələcək qızı haqqında şeir yazıb.

BiG.AZ saytı axsam.az saytına istinadən bildirirki, sosial şəbəkədə paylaşdığı şeirdə o, körpəsinə müraciət edib.
Həmin şeiri sizə təqdim edirik:

Ürəyimin altında böyütdüyüm qızım
bu gün yeddi ayın oldu
bətnimdə
görmədiyim üzün
öpmədiyim balaca
ovcunda toz gizlədəcəyin əllərinçün darıxıram
indidən
şəkərbura ayaqların
süd qoxulu boynundan öpmək olmaz
deyir nənəm

böyüməyi öyrənirsən
yaşamağa yol gəlirsən
hardan gəldiyin bəlliykən
hara gəldiyini hələ bilmirsən

sənə rəngli bələklər
əllərim boyda gömləklər
çiçək bəzəkli ləçəklər alacaq nənən
görərsən
bir bilsən necə gözlənilirsən...

gecələri oyaq qalacaqsan deyirlər
bir qurtum süd istəyib ağlayacaqsan deyirlər
bircə mənim
təkcə mənim qoynumdaykən
ovunacaqsan deyirlər
anladım, qızım
anladım
sən
məni hamıdan çox sevəcək
sən mənə hamıdan çox güvənəcək sən
məni hamıdan çox üzəcək birisən
və hər şeydən çox
və hər şeydən çox
məni həyata
məni dünyaya bağlayacaq birisən
qram-qram böyüməklə
ömrümə yol gəlirsən...

artıq ilk üsyanlarını duyuram
ilk vətənin dar gəlir sənə
əl-qol atırsan
mənəmi can atırsan, qızım
dünyamı çağırır səni?
yolun uzun...
ömrün uzun...
nə tələsirsən, quzum?!

Səni sevgidən yoğurduq
Sən ağrıdan doğulacaqsan
ilk səsinlə
ilk nəfəsinlə
yeni dünya doğuracaqsan
ürəyimin altında böyütdüyüm param,
üzünü görmədiyim,
səsini duymadığım,
qoxunu almadığım
Yavru balam
anandan ağlayanda da gülməyi öyrən
səni gülən görmək istəyirəm, körpəm
gülməyi öyrən..."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3655   Tarix: 23 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Zeynəb Xanlarovanın yeni - Fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası, əvəzolunma

28.04.2024 784
.

"Hər gün buna görə məktəbdən evə göndərilirdim"

Əməkdar artist Kəmalə Müzəffər "Dikdaban" verilişində qonaq olub. Axşam.az xəbrə verir ki, aktrisa uşaqlıq illərindən dikdaban ayaqqabıya marağı olduğunu bildirib:. "Mənimlə məktəbdə oxuyanlar bilir. O vaxt ibtidai sinif 3-cü sinfə qədər idi. Üçüncü sinfi bitirən kimi gözüm ancaq dikdaba

29.04.2024 1034
.

Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO

Əməkdar artist Yusif Mustafayev Cəlilabadda məscid tikdirib. Bu barədə Xəzər TV-nin efirində yayımlanan verilişlərdən birində aşıq Zülfiyyə İbadova məlumat verib. Aşıq sənətçinin həmişə xeyirxah işlər gördüyünü qeyd edib

30.04.2024 1233
.

Bu türk aktrisalar dünyanın 100 ən gözəl qadınlarından seçildilər

TC Candler və Independent Critics dünyanın ən gözəl 100 qadını siyahısını açıqlayıb. xəbər verir ki, onların arasında 3 türkiyəli aktrisa da var. Aktrisa Sıla Türkoğlu 33, Özge Yağız 43, Hande Erçel 53-cü yeri tutub

30.04.2024 833
.

Pərvin Abıyeva ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Tanınmış aktrisa Pərvin Abıyeva rəqsi ilə gündəm olub. BİG.AZ -ə istinadən bildirir ki, paytaxtdakı məclislərdən birində qonaqlıqda iştirak edən aktisa əsl rəqs şousu göstərib. Abıyeva məşhur ərəb mahnısı olan "Allah Allah Ya Baba"nın sədaları altında xeyli rəqs edib. Aktrisanın rəqs hərəkətlər

28.04.2024 1208
.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

01.05.2024 477
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 2150
.

Günaydan sevgilisi ilə bağlı paylaşım - Video

Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sevgilisi ilə avtomobildən video yayımlayıb. Videoda sevfilisinin Günaya gül alması əks olunub. İfaçı onun üzünü göstərməməyə çalışıb

29.04.2024 1031
.

Xalq artisti ilə Namiqin SƏMİMİ görüntüsü YAYILDI… – VİDEO

Xalq artisti Naibə Allahverdiyeva meyxanaçı Namiq Qaraçuxurlu ilə bir araya gəlib. BİG.AZ bizim.media-ya istinadla xəbər verir ki, sənətçilər məclislərin birində üzləşiblər. Namiq mahnı oxuyarkən Naibə səhnəyə çıxıb və onlar səmimi şəkildə qucaqlaşaraq görüşüblər. Allahverdiyeva Qaraçuxurlunun mahnısın

28.04.2024 1856