Qurban bayramı təkcə heyvan kəsməkdən ibarət deyil.

Qurban bayramı təkcə heyvan kəsməkdən ibarət deyil.Müsəlman dünyasının müqəddəs bayramı Qurban bayramına az qalır
Bayramın özünəməxsus xüsusiyyətləri mövcuddur.

Bu barədə Modern.az-a danışan dini yazar Kənan Rövşənoğlu deyir ki, Qurban bayramında kəsilən heyvan şəriət qaydalarına cavab verməlidir.

"Qurban bayramının bir sıra əməlləri mövcuddur. Bunlar bayram namazı, qurban kəsmə mərasimi və sairdən ibarətdir. Qurban bayramı namazı gün çıxandan sonra qılınır. Qurban kəsmək qaydalarına əsasən, qurbanlıq heyvan - dəvə, inək, qoyun, qoç olmalıdır. Qurbanlıq dəvənin yaşı 5, inəyin 2, qoyunun yaşı isə 1 ildən az olmamalıdır. Qurbanlıq heyvan sağlam olmalıdır, qüsurlu olmamalıdır, əzaları yerində olmalıdır. Qurbanlıq heyvan, həmçinin, kor, axsaq, qulağı, quyruğu və ya buynuzu kəsik olmamalıdır. Bundan əlavə, heyvan gərək arıq və çox qoca olmasın".

Kənan Rövşənoğlu deyir ki, şəriətə əsasən, qurbanlıq heyvanın əti üç hissəyə bölünməlidir. Bir hissəsini qurban kəsdirən özünə götürməli, bir hissəsini ehtiyaclı kimsələrə verməli və bir hissəsini də hədiyyə etməlidir. Qurban kəsərkən heyvanı üzü qibləyə doğru uzatmaq, qoyunun ayaqlarından birini azad saxlamaq, iribuynuzlu heyvanın isə dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən yaxşı olar ki, Qurban duası oxunsun və ya heç olmazsa "Bismillah" deyərək dəmir alətlə kəsilsin. Qurban kəsən şəxs müsəlman olmalıdır".

Qeyd edək ki, Azərbaycanda bəzi adamlar Qurban bayramı günlərində xoruz, hind quşu və digər ev quşları kəsirlər. Kənan Rövşənoğlu ev quşlarının qurban kimi kəsilməsinə toxunaraq deyib.

"Qurban kəsmək həcc ziyarətində olanlar üçün vacib, digər müsəlmanlar üçünsə bəyənilən, tövsiyə olunan əməldir. Eyni zamanda bayram günü ibadət və qurban kəsməklə yanaşı, ehtiyacı ilan insanlara yardım etmək, xəstələrin, qocaların ziyarətinə getmək, küsülü insanları barışdırmaq tövsiyə olunan əməllərdir. Ev quşları kəsmək qurbana aid deyil, sadəcə bəzi insanlar bayram günü bu mərasimdən geri qalmamaq üçün ev quşları kəsirlər".

Dini yazarın sözlərinə görə, heyvan kəsib ətini bağışlamaq qurbanın simvolikasıdır, bu əməlin özü qurbə, yəni yaxın olmaq, tam mənası ilə Allaha yaxın olmaq deməkdir.
"Qurban bayramı təkcə heyvan kəsməkdən ibarət deyil, Allaha yaxın olmaq, onun razılığını qazanmaq üçün ehtiyacı olan kimsələrə yardım etməkdir".

P.S Qurban bayramınız Mübarək olsun!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3996   Tarix: 14 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364