Şıltağın yumşaldılması, yaxud eqoistlə necə davranmalı?

Şıltağın yumşaldılması, yaxud eqoistlə necə davranmalı?Özlərini ağıllı sayan eqoistlər həyatlarında nəsə alınmayanda başqalarını günahlandırırlar
Bəzi insanlar başqalarından diqqət və qayğı tələb etsələr də, özləri heç kimə yaxşılıq etmək istəmir, öz maraqlarına görə yaxınlarını belə qurban verirlər. Psixoloqlar bildirirlər ki, belə insanlar eqoist olur və onlarla həyat olduqca dözülməzdir.

Psixoloq İnarə Hacıyevanın sözlərinə görə, eqoist insanlar birinci növbədə özlərini düşünürlər, sonra isə ətrafındakıları: "İfrat dərəcədə eqoist olanlar isə başqalarını heç düşünmür, onlar yalnız özləri üçün yaşayır və öz rahatlıqları üçün çalışırlar. Lakin eqoist insanların əksi olaraq elə insanlar da var ki, özlərindən başqa hamını düşünürlər. Bu da pis haldır. Əslində insan özünü də düşünməli, başqalarını da nəzərə almalıdır. Öz maraqlarına başqalarını qurban verməməlidir. Lakin özünü heç düşünməmək, başqaları üçün yaşamaq da düzgün mövqe deyil".

İ.Hacıyeva bildirib ki, eqoistlər başqaları üçün heç nə etməsə də, onlardan diqqət və qayğı gözləyirlər: "Onlar düşünürlər ki, ətrafındakı adamlar onun üçün nəsə etməlidirlər. O isə heç kimə heç nə etməməlidir. Elə bu cür düşünməsi də başqaları tərəfindən pis qəbul olunur".

Eqoistlər üçün öz rahatlığı başqalarının rahatlığından daha önəmlidir. Hətta bu cür insanlar öz mənafelərinə görə başqalarını aldada bilərlər. Onlar digərlərini manipulyasiya edərək öz xeyri üçün istifadə etməyi də sevirlər. "Adətən eqoistlərin yaxınları əziyyət çəkir, daim psixoloji təsirə məruz qalırlar. Bu səbəbdən də eqoist insanlardan bacardıqca uzaq durmaq məsləhətdir".

Eqoist insanlar özünü hədsiz sevməsi və özünə çox önəm verməsi ilə yanaşı, xəsis, qürurlu, yalançı və qəddar olurlar. Əksər hallarda eqoizm ərköyün böyüyən uşaqlarda özünü göstərir. Belə ki, valideynlər bəzən övladlarını çox sevdikləri üçün onların istəkləri qarşısında aciz qalır və hər tələblərini yerinə yetirirlər. Bu da uşaqlarda eqoizmin formalaşmasına gətirib çıxarır. Uşaq böyüdükcə də düşünür ki, onun hər istəyi mütləq yerinə yetirilməlidir. Ona "bu pisdir", "bunu etmək olmaz", "bunu sənə ala bilmərik" kimi şeylər izah olunmayıb. Bu səbəbdən də o, başqalarını düşünməyi sadəcə öyrənməyib. Nəticədə valideynin düzgün tərbiyə verməməsi və uşağın sözü ilə oturub-durması uşaqda eqoizmin inkişafına səbəb olur.

Eqoistlər bir qayda olaraq özlərini ağıllı sayır və onların həyatında nəsə alınmayanda başqalarını günahlandırırlar. Psixoloqun dediyinə görə, belə insanlar özləri günahkar olduqda, nəsə səhv etdikdə belə bunu görmür və günahı başqalarında axtarırlar. Onlara nəyisə səhv etdiklərini başa salmaq olduqca çətindir. "Bir çox halda isə mümkün olmur. Ona görə ki, eqoist ancaq özünü sevir və özünü bəyənir. Başqaları isə onu maraqlandırmır. O, həm də yaxınlarından daim narazı olur. Ona kimsə çox yaxşılıq etsə belə bunu dəyərləndirə bilmir. Eqoistlər həqiqətən sevməyi və özünü fəda etməyi bacarmırlar. Onlarla birgə həyat dözülməz olur. Belə ki, eqoist kiminsə qayğısına qaldıqda belə öz mənafeyi üçün bunu edir. Eqoistlərə öz uşaqları belə lazım olmur. Onlara elə gəlir ki, uşaqlar ağır yükdür və ona rahat yaşamağa imkan vermirlər. Onlar uşaqların onlara mane olduğunu düşünür və özlərini bədbəxt hiss edirlər. Ona görə ki, eqoist adamlar uşaqlarını belə düşünmək və onların qayğısına qalmaq istəmirlər. Belə adamlar yalnız onların qayğısına qala bilən adamlarla olmaq istəyir, ya da ki, tək qalmağı üstün tuturlar".

Müsahibimiz bildirib ki, eqoizm mənfi xüsusiyyətdir və bununla mübarizə aparmaq vacibdir: "Çünki eqoizm tez və ya gec insanları bezdirir. Yaxınları belə eqoist insanla bacarmayıb ondan inciyib uzaqlaşırlar. Bəziləri yanlış olaraq düşünür ki, eqoizm yaxşı xüsusiyyətdir və insan özü üçün çalışmalı, digərlərini isə sadəcə istifadə etməlidir. Lakin bu cür düşünən və hərəkət edən adamlar özlərinə çoxlu düşmən qazanırlar. Əsl dostları olmur. Axırda belə insanlar tək qalır. Onlarla vaxt keçirmək maraqsızdır, insanlar daim onlardan narazıdır. Bir qayda olaraq eqoist insanlar dost-tanışlarını tez-tez dəyişirlər. Yeni tanışlarından da bacardığı qədər faydalanır, onlar bezənə qədər onları istifadə edirlər. Eqoist insanlar bu cür xasiyyətinə görə, var-dövlətə, yaxşı vəzifəyə sahib ola bilsələr də, həyatdan məmnun ola bilmir və özlərini bədbəxt hiss edirlər. Bu həm onların neqativ şeylər barədə fikirləşdikləri, həm də sevə bilmədikləri üçün baş verir. Onlar heç kim üçün heç nə etmək istəmir, nəticədə də başqaları tərəfindən də sevilmirlər. Eqoist insanlar üçün başqaları vacib olmur. Başqa insanların aqibəti onları maraqlandırmır. Onlar hətta doğmalarına qarşı da soyuq olur, birinci növbədə özünü, sonra isə onları düşünürlər".

Eqoist üçün yalnız bir insan mövcuddur - özü. Onun bütün xəyalları və fikirləri özü ilə bağlıdır. Ona xəyallarına kimisə buraxmaq çox çətindir. Özünü məcbur etsə belə, kimin üçünsə özünü qurban verə, kimə görəsə həyatını dəyişə bilməz. Bu səbəbdən də psixoloq məsləhət görür ki, eqoizmlə mübarizə üçün ən sadə yol özü ilə yanaşı ikinci adam haqqında da düşünməyə başlamaqdır. Bunu etməklə eqoist düşüncə tərzini dəyişir. Artıq onun fikirlərində başqa bir insan da var. O, özünü düşündüyü anda həmin adamı da düşünür. Onun üçün də çalışır. Bu yolla eqoist başqalarını da düşünməyə başlayacaq və eqoizmi normal həddə qədər endirə biləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2868   Tarix: 16 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329