Mona Liza kimdir?-Ətraflı məlumat

Mona Liza kimdir?-Ətraflı məlumatMona Liza kimdir?-Ətraflı məlumatBu əvəzsiz rəsm əsəri 1911-ci ildə oğurlanmış və itirilmişdir. Rəsm əsəri 3 ilə yaxın bütün dünya ərazisində axtarışda olmuşdur.

Sonra şəkil tapılmış və öz yerinə - Luvr muzeyinə qaytarılmışdır. Belə məlum olmuşdur ki, sən demə, bu rəsm əsərini muzeyin öz işçisi oğurlamış və əsəri öz vətəninə - İtaliyaya qaytarmaq istəmişdir. Həmin şəxs rəsm əsərini oğurladıqdan sonra onu İtaliyaya göndərə bilməmiş, 3 il onu öz evində gizlətmiş və yenidən geri qaytarmaq məcburiyyətində qalmışdır.

Bu rəsm əsəri oxşarının çəkilməsi cəhdlərinə görə birinci yerdə durur. Bir çox professional rəssamlar bu rəsm əsərinin tam oxşarını çəkməyə cəhd göstərmişlər. Portreti eynilə çəkə bilsələr də, bir yerdə buraxdıqları səhvə görə, rəsmin saxta olması aşkarlanmışdır. Professional rəssamlar portretin hər bir detalını olduğu kimi çəkə bilsələr də, Mona Lizanın sehirli gülüşünü orjinalda olduğu kimi çəkə bilməmişlər. Bu da "Mona Liza gülüşü"nün əvəz olunmaz olmasından xəbər verir.

Uzun müddət dəqiq bilinmirdi ki, bu rəsm əsərində təsvir olunan qadın kimdir? Amma bu barədə müxtəlif versiyalar səngimək bilmirdi. Gah deyilirdi ki, bir zadəgan qadının portretidir... Gah deyilirdi ki, varlı cavan bir qızın portretidir... Gah da deyilirdi ki, bu portret elə Leonardonun öz avtoportretidir - cavan qız görkəmində və s.... Amma heç kəs bu versiyaları nə inkar edə bilirdi, nə də təsdiq.... Maraqlı olan isə dəfələrlə bu rəsm əsərini olduğu kimi çəkməyə cəhdlər olunsa da, portreti olduğu kimi çəkmək mumkün olmamış və buna heç kəs nail ola bilməmişdır. Digər məşhur rəssamların məşhur rəsm əsərlərini olduğu kimi çəkmək mümkün olsa da, Leonardonun "Mona Liza"sını olduğu kimi çəkmək mümkün deyil...

Bəs bu portret harada çəkilmişdir? Bu da uzun müddət alim və tədqiqatçıları düşündürmüşdür. Deyilənə görə, portretin arxasındakı mənzərəni Leonardo abstrakt olaraq çəkmişdir. Amma İtaliya alimləri və tədqiqatçıları belə nəticəyə gəlmişlər ki, Mona Lizanın arxasında abstrakt deyil, konkret bir mənzərə təsvir olunmuşdur. Belə ki, guya bu mənzərə İtaliyanın Bobbio şəhərciyinin yaxınlığındakı bir mənzərədən götürülüb.

Mona Lizanın kim olması barədə də çoxlu versiyalar irəli sürülüb. Tədqiqatçı alimlərin bəziləri belə təxmin etmişlər ki, bu portret - o zamanlar məşhur olan varlı bir tacirin arvadı Liza del Cokondanın portretidir. Digərləri isə belə güman edirdilər ki , bu - Milan hersoqunun qızının portretidir. Çünki Leonardonun əsas sifarişçisi məhz Milan hersoqu olmuşdur. Leonardo bu rəsm əsərini 1503-1504- cü illərdə çəkmişdir. Portretin çəkilməsi rəssamın həmin illərdə Milan hersoqunun qonağı olduğu vaxta təsadüf edir.

Mona Lizanın kimliyini dəqiqləşdirmək məqsədilə arxeoloq Vinçetinin arxeoloji ekspedisiyası tərəfindən Florensiyada köhnə monastrın həyətində arxeoloji qazıntılar aparılmış və XVI əsrə aid olan qəbir aşkarlanmışdır. Bu qəbirdə iki qadın skeleti tapılıb. Bu qadın skeletlərindən birinin Mona Lizaya məxsus olduğu ehtimal olunur. Yəni, L. Da Vinçinin portretini çəkdiyi - Cokondaya.... Qədim arxiv sənətlərinə görə, Mona Liza bu monastrda çalışmışdır.

Liza Del Cokonda (1479-1542) həm də Liza Gerardini, Cokonda və ya Mona Liza - florensiyalı olmuş və Florensiyanın ən tanınmış ailəsində dünyaya gəlmişdir. Anası onu həmişə Mona Liza deyə, - çağırarmış. Təxminlərə görə, Leonardo Da Vinçinin çəkdiyi rəsm əsərindəki portret məhz bu qadına məxsusdur. Araşdırmalara əsasən, Mona Liza o zamanlar tanınmış, varlı tacirə ərə getmişdir. Leonardo Da Vinçiyə də Mona Lizanın portretini çəkməyi məhz o sifariş vermişdir...


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 7666   Tarix: 11 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

TOP MP3